ABŞ mətbuatında Ermənistan hakimiyyəti və erməni lobbisinin təcavüzkar mahiyyəti ortaya qoyulub
14.08.2020 [11:48]
“Monterey Herald”da dərc edilən məqalə ermənilərin Los-Anecelesdəki son təxribatı ilə yanaşı, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinin ifşası baxımından əhəmiyyətlidir
Məlum olduğu kimi, iyulun ortalarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması Ermənistan hakimiyyətinin planlarını pozdu və düşmən mübarizəni başqa müstəviyə keçirdi. Belə ki, radikal ermənilər tərəfindən Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, habelə həmin ölkələrdə aksiya keçirən dinc azərbaycanlılara qarşı vandalizm aktları törədildi. Azərbaycanın ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, Fransa, İsveç, Polşa və digər ölkələrdə dinc azərbaycanlılara qarşı radikal ermənilərin təxribatçı əməllər törətməsi Ermənistanın terrorçu və təcavüzkar mahiyyətini bir daha ortaya qoydu.
Qeyd edək ki, Ermənistanın növbəti hərbi təxribatına etiraz edən dinc soydaşlarımızın, həmçinin diplomatik nümayəndəliklərimizin radikal erməni qruplaşmaları tərəfindən hücuma məruz qalmasının xarici KİV-in diqqətini cəlb etməsi Ermənistan hakimiyyəti və erməni lobbisinin təcavüzkarlığının beynəlxalq müstəvidə ifşası baxımından önəmlidir. Bu kontekstdə, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində dərc olunan “Monterey Herald” mətbu orqanında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Qonaq şərhi: Nifrət zəminində cinayətlərə yer yoxdur” adlı məqaləsinin dərc edilməsi də xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən məqalədə iyulun 21-də Los-Ancelesdəki Azərbaycan Respublikasının baş konsulluğunun qarşısında keçirilən etiraz aksiyası zamanı azərbaycanlılara qarşı etnik zorakılığın törədilməsinin Kaliforniya ştatının müsbət imicinə xələl gətirməsindən bəhs olunur. Eyni zamanda, bu hadisə zamanı 3 minə yaxın erməninin azsaylı azərbaycanlı qrupuna qarşı hücuma keçməsi, nəticədə yaralanan və xəsarət alanların olması qeyd edilir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, sözügedən məqalə Ermənistanın işğalçılıq siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm önəm kəsb edir. Belə ki, səfir bu etiraz aksiyalarının Ermənistanın iyul ayında Azərbaycanla sərhəddə hücuma keçməsindən qaynaqlandığını yazır. Məqalədə təxribat nəticəsində Azərbaycan hərbçilərinin və bir dinc sakinin həyatını itirməsindən, Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti olan enerji infrastruktur layihələrinə təhlükə yaranmasından da bəhs olunur. E.Süleymanov, həmçinin qeyd edib ki, Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə Minsk qrupunun həyata keçirdiyi vasitəçilik səylərinə baxmayaraq, Azərbaycanın 20 faiz ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq, hələ də Ermənistanın işğalı altında qalmaqdadır.
Bununla yanaşı, Kaliforniyada baş verən cinayətin Ermənistan və xaricdə yaşayan erməni icmasının uzunmüddətli ekstremist ideoloji təsirləri, siyasi zorakılıq və nasistlərlə əməkdaşlıq fonunda baş verdiyini qeyd edən səfir Avropadakı bir sıra Azərbaycan səfirliklərinin də hücuma məruz qalmasını xatırladıb. Məqalədə qeyd olunur ki, qonşularla mütəmadi münaqişələr və Azərbaycan torpaqlarını işğal altında saxlaması Ermənistanın gələcəyini təhlükə altına qoyduğu kimi, erməni radikal siyasi qrupların fəaliyyəti də erməni əsilli amerikalılara ziyan vurur.
Yuxarıda qeyd edildiyi kimi, ABŞ-da və digər xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya keçirən azərbaycanlılara qarşı zorakılıq hallarının baş verdiyi hadisələr barədə son günlərdə bir çox xarici KİV-də materiallar yer alıb. “Monterey Herald” mətbu orqanında dərc edilən məqalə isə yalnız Los-Anecelesdəki hadisə barədə deyil, həmçinin digər ölkələrdəki vandalizm aktları, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinin mahiyyəti, işğalçının beynəlxalq hüququn bütün norma və prinsiplərini pozması ilə bağlı həqiqətlərin ABŞ oxucularına çatdırılması baxımından əhəmiyyət daşıyır.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

