/ / ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq qurumlar işğalçı Ermənistana ciddi təzyiq göstərməlidir
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq qurumlar işğalçı Ermənistana ciddi təzyiq göstərməlidir
19.08.2020 [08:54]
Ekspertlərin fikrincə, Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaqla hədələməsi beynəlxalq qurumlar tərəfindən nəzarətə götürülməli, bununla bağlı işğalçı ölkədən izahat tələb olunmalıdır
Məlum olduğu kimi, işğalçılıq əməllərini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın və işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi vaxtaşırı səsləndirdikləri məsuliyyətsiz açıqlamalarla gündəmdə qalmağa çalışırlar. Deyilənlər fonunda bu günlərdə separatçı rejimin qondarma başçısı Araik Arutunyan Azərbaycanın Cəncə şəhərinə qarşı hərbi hücum ehtimalından danışıb. Təbii ki, hədə dolu bu açıqlamaların səbəbini araşdıranda iyul ayının ortalarında Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti dəfə təxribat cəhdinin qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması yada düşür. Görünür, son məğlubiyyətdən sonra çətin vəziyyətə düşən Ermənistan rəhbərliyi yeni təxribatlara əl atır.
Məsələyə münasibət bildirən ekspertlərin fikrincə, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməli, işağlçı dövlətdən bununla bağlı izahat tələb etməlidir.
Milli Məclisin üzvü Anar Məmmədov deyib ki, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyanın Gəncəni vurmaqla hədələməsi ölkəmizə qarşı növbəti təxribat xarakterli addım kimi dəyərləndirilə bilər: “Təbii ki, belə bir hədə dolu açıqlama ilə çıxış etmək birbaşa Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində yaranmış, eləcə də COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər gecikdirmək məqsədi daşıyır. Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb”.
A.Məmmədovun sözlərinə görə, hər bir azərbaycanlı əmindir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyulacaq: “Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə də üstün olduğunu sübut edib. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir qondarma qurumun rəhbərliyinin hər hansı bəyanatla çıxış etməsi heç bir halda ciddi qəbul edilə bilməz”.
Milli Məclisin deputatı Fatma Yıldırım isə bildirib ki, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir: “Araik Arutunyanın qoşunların təmas xəttindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni vurmaqla hədələməsi əslində, qondarma rejimin başçısının Ermənistan rəhbərliyindən aldığı tapşırıqların əsasında əl atdığı təxribatdır. Üstəlik, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağı vərdiş halına çevirmiş Ermənistan bununla öz yırtıcı və faşist simasını növbəti dəfə nümayiş etdirib”.
“Maraqlı məqam odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana qarşı bu cür həddini aşan bəyanatlara münasibət bildirmirlər. Halbuki onlar, həmçinin digər beynəlxalq qurumlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsinə diqqət yetirməli və bu məsələ nəzarətə götürülməlidir. Eyni zamanda, səsləndirilən iddialarla bağlı Ermənistan hakimiyyətindən izahat tələb olunmalıdır. ATƏT-in Minsk qrupuna həmsədr ölkələr və eləcə də beynəlxalq qurumlar mütləq Ermənistana ciddi təzyiq göstərməli və bu bəyanatları pisləməlidir. Dünya birliyi heç bir halda Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə sayğısızlıq nümayiş etdirməsinə göz yummamalıdır”, - deyə F.Yıldırım vurğulayıb.
Qaşqay
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

