/ / Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribat cəhdinin qarşısını qətiyyətlə aldı
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribat cəhdinin qarşısını qətiyyətlə aldı
27.08.2020 [09:05]
İşğalçı ölkənin hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur oldular
Məlum olduğu kimi, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilib ki, Qurgen Alaverdyan Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycan Respublikasının hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə 2020-ci il avqustun 23-də ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistan Respublikasına ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Vurğulanmalıdır ki, uzun illərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan zaman-zaman hərbi təxribatlara əl atır, işğal altında olan torpaqlarımızla təmas xəttində, eləcə də dövlət sərhədimizdə atəşkəsi pozur, dinc əhaliyə qarşı silah işlədir. Təbii ki, mənfur düşmənin cavabı Silahlı Qüvvələrimiz tərəfindən layiqli şəkildə verilir və ermənilərin bütün təxribatları onların özlərinin acı məğlubiyyəti və çoxsaylı itkiləri ilə müşayət olunur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Cavid Osmanov Ermənistanın davamlı olaraq belə təxribatlara əl atdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun ayıq-sayıqlığı ermənilərin növbəti təxribatını da fiaskoya uğratdı və diversiya-kəşfiyyat qrupunun rəhbəri Azərbaycan Milli Ordusu tərəfindən əsir götürüldu. Ordumuzun bu şücaəti birmənalı olaraq Tovuz hadisələrində nümayiş etdirilən qəhrəmanlığın, ayıq-sayıqlığın davamıdır: “Digər tərəfdən, Ermənistanın ombudsmanı Tatoyanın guya tutulan kəşfiyyatçının hüquqlarının pozulması ilə bağlı bəyanatı olduqca gülüncdür. Tatoyan əvvəlcə Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı. Erməni ombudsman Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən vəhşiliklərdən xəbərdardır. Həqiqəti gizlətmək, yalanlar danışmaq və dünya ictimaiyyətini aldatmaq cəhdləri bütün ermənilər kimi A.Tatoyanın da əsl peşəsinə çevrilib”.
Milli Məclisin deputatı Anar Məmmədov da Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu istiqamətində həyata keçirməyə çalışdığı diversiya-kəşfiyyat cəhdini təxribat adlandırıb və bildirib ki, bu, vəziyyətin yenidən gərginləşdirilməsinə hesablanıb. Deputatın sözlərinə görə, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir: “Bu ilin iyulunda Ermənistanın həyata keçirməyə çalışdığı hərbi təxribatların qarşısı şanlı ordumuz tərəfindən alınmış və düşmən böyük itkilər verərək geri oturdulmuşdu. Avqustun 23-də qeydə alınan diversiya cəhdi də məhz Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribatdır. Düşmənin mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan sonuncu aksiyasının əsas hədəfi məhz Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub. Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu aksiyasının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar. Bu təxritbat cəhdi də düşmən ölkənin növbəti rəzil məğlubiyyəti kimi yadda qaldı”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45

