Azərbaycan-Polşa əməkdaşlığının böyük perspektivləri var
12.03.2010 [10:22]
Polşa ilə Azərbaycan arasında əməkdaşlığın tarixi təqribən iki yüz ilədək bir dövrü əhatə edir. Polşalılar üçün Azərbaycan hələ XIX əsrin ortalarından “kəşf edilməyə” başlanıb. Belə ki, bu ölkəni işğal edən çar Rusiyası 1831-1863-cü illər Polşa üsyanlarının iştirakçılarının bir qismini Azərbaycana sürgün etmişdi. Sonrakı illərdə çoxsaylı polyak mütəxəssisləri neft bumunun yaşandığı Bakıya gəlmiş, burada öz talelərini sınamaq istəmişdilər. Nəticədə ölkəmizdə hərbçilərdən, həkimlərdən, mühəndislərdən, müəllim, memar və hüquqşünaslardan ibarət güclü və nüfuzlu polyak icması formalaşmışdı. Onlar Azərbaycanın elmi, mədəni, ictimai və siyasi həyatına bir sıra ciddi töhfələr vermişdilər. ötən əsrin əvvəllərində polşalı memarlar-Yozef Qoslavski və Yozef Ploşkonun tikdiyi möhtəşəm binalar bu gün də Bakıya xüsusi yaraşıq verməkdədir. Məşhur neftçi-mühəndis, Bakı buxtasının qurudulması və dünyada ilk dəfə dənizin dibindən neft çıxarılması ideyasının müəllifi Pavel Pototskinin məzarını isə Bibiheybətdə Xəzərin ləpələri yumaqdadır.
İki ölkə arasında diplomatik əlaqələrin tarixinə nəzər salsaq, Azərbaycanın hər zaman Polşa ilə əməkdaşlığa önəm verdiyinin şahidi olarıq. Əbəs yerə deyil ki, Polşanın yenidən istiqlal qazanmasından cəmi 20 gün sonra-1918-ci il dekabrın 1-də Azərbaycan öz elçisini- görkəmli yazıçısı və diplomat Yusif Vəzir çəmənzəminlini bu ölkəyə səfir təyin etmişdi. Sovet hakimiyyəti illərində ölkələrimiz arasında əlaqələrdə nəzərəçarpacaq dəyişikliklər baş verməsə də, ötən əsrin sonunda yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən biri yenə də Polşa oldu.
ötən müddət ərzində ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırdı. Son dörd ilə nəzər salsaq, Polşa Respublikasının prezidenti Lex Kaçinski beş dəfə Azərbaycanda rəsmi və işgüzar səfərdə olub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Polşaya rəsmi və işgüzar səfər edib. ötən müddət ərzində Polşa Senatının sədri Boqdan Boruseviç iki dəfə Bakıda səfərdə olub. öz növbəsində Milli Məclisin sədri Oqtay Əsədov Varşavaya rəsmi səfər edib. 2005-ci ilin martında Prezident İlham Əliyev Varşavada rəsmi səfərdə olarkən Azərbaycanla Polşa arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Həmin sazişə əsasən, iki ölkə arasında əməkdaşlıq uğurla davam etdirilir. Digər tərəfdən, Azərbaycan və Polsa Avro-Atlantik Tərəfdaşlıq Şurası, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı və Azərbaycanın təqdim etdiyi “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” çərçivəsində sıx əməkdaşlıq edirlər. Hər iki ölkə dünyada və regionda təhlükəsizliyin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışırlar. ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, GUAM və Avropa Şurası Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyirlər. Bundan əlavə, Azərbaycanla Polşa arasında enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Belə ki, Polşa prezidentinin təşəbbüsü ilə ilk dəfə 2007-ci ilin mayında Krakovda keçirilən, daha sonra isə Kiyev, Vilnüs və Bakıda davam etdirilən Enerji sammitləri Xəzərin karbohidrogen ehtiyatlarının Baltik dənizi sahillərinə çatdırılması üçün imkanlar açmaqdadır. Xəzər hövzəsindən hasil olunan neft Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Qara dənizdən “Odessa-Brodı-Plotsk-Qdansk” neft kəməri vasitəsilə Avropa ölkələrinə çatdırılacaq. Bu isə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və Xəzər bölgəsinin əhəmiyyətinin yaxın illərdə daha da artacağını göstərir. İki ölkə arasında iqtisadi əlaqələrdən danışarkən, Azərbaycan-Polşa hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının işini xüsusi olaraq qeyd etmək lazım gəlir. Belə ki, ötən ilin mayında Varşavada üçüncü iclasını keçirən komissiyanın iclasında iki ölkə arasında əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub.
ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan danışarkən, ötən gün başa çatan Polşa Respublikasının Baş naziri Donald Tuskun ölkəmizə rəsmi səfərini xüsusi olaraq qeyd etmək lazım gəlir. İki günlük səfər zamanı Polşanın hökumət başçısını geniş tərkibdə nümayəndə heyəti müşayiət edib. Martın 10-da polşalı qonaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.
ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyən dövlət başçısı İlham Əliyev baş nazirin ölkəmizə səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Polşanın hökumət başçısının baş nazir Artur Rasizadə ilə görüşü də səmərəli keçib. Görüşdə Donald Tusk ölkəsinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını dəstəkləyəcəyini bildirib. Qonaq Azərbaycan paytaxtında müşahidə etdiyi tikinti və abadlıq işlərinin miqyasını yüksək qiymətləndirib. Polşanın baş naziri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanı dəstəkləməkdən söhbət açaraq bildirib ki, bu, ölkəmizə, o cümlədən, Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi sahəsində böyük səmərə verə bilər.
ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Artur Rasizadə isə öz növbəsində Polşa hökumətinin başçısının bu səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirib.
Həmin gün Polşanın hökumət başçısı Donald Tuskun Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü konstruktiv şəraitdə keçib. Parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Polşa dövlətinə və hökumətinə minnətdarlıq edib, bu siyasətin gələcəkdə dəyişməyəcəyinə ümidvar olduğunu bildirib. ölkəmizin Avropanın enerji təminatında mühüm rolunu vurğulayan Donald Tusk Azərbaycanın son illər əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Qonaq, Azərbaycanda əldə olunmuş bütün nailiyyətlərin, qlobal maliyyə böhranının respublikamıza çox az təsir göstərməsini ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün siyasətin nəticəsi olduğunu vurğulayıb.
Dövlətlər və xalqlar arasında parlamentlərin rolunu xüsusi qeyd edən Polşanın baş naziri, qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirib. O, Polşa ilə Azərbaycan arasındakı əlaqələrin Avropa İttifaqı, xüsusən də, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində inkişaf etdirilməsinin vacibliyini xüsusi ilə qeyd edərək deyib ki, Polşa yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcək və bu dövrdə Azərbaycan ilə qurum arasında münasibətlərin genişlənməsinə, Azərbaycanın Avropaya inteqrasiyasına xüsusi diqqət yetiriləcək.
Donald Tusk, həmçinin, əmin olduğunu bildirib ki, onun Bakıya səfəri Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi və əlaqələrimizin daha da genişləndirilməsi baxımından səmərəli olacaq.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

