Xəzərin bölünməsi ilə bağlı problem həllini tapa bilər
16.03.2010 [10:53]
Xəbər verildiyi kimi, martın 11-12-də Bakıda “Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında” saziş layihəsinin müzakirəsi aparılıb. Müzakirələrdə Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinləri və həmin dövlətlərin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak edib. Tədibirin açılış mərasimində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkəmiz həmişə Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizində bərabər təhlükəsizlik mühitinin yaradılması onu tam şəkildə sülh məqsədləri üçün istifadə etməyə, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirməyə imkan yaradacaq. Nazir Azərbaycanın Xəzər regionunda terrorçuluğa və mütəşəkkil cinayətkarlığa, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə beynəlxalq hüququn prinsipləri və normaları çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini dilə gətirib.
Saziş layihəsinin müzakirələrinin yekunlarına həsr edilən mətbuat konfransında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzər dənizində təhlükəsizliyə dair saziş layihəsinin müddəalarının çoxu razılaşdırılıb. Nazir müavini bəzi razılaşdırılmamış məqamların qaldığını istisna etməsə də, tərəflərin həmin məqamlar barəsində mövqelərinin yaxın olduğunu dilə gətirib. X.Xələfov ümid etdiyini bildirib ki, növbəti görüşdə tərəflər qəti razılığa gələcəklər: “Bütün ölkələrin nümayəndələrinin fikrincə, Bakı görüşü səmərəli olmuşdur. Əsas məqam ondan ibarətdir ki, tərəflər Xəzər dənizinin sülh və sabitlik dənizinə çevrilməsi əzmindədirlər”.
Qeyd edək ki, bu məsləhətləşmələr beynəlxalq aləm tərəfindən maraqla izlənilir. Bəzi, xarici ekspertlərin qənaətinə görə, Bakı məsləhətləşmələri Xəzər dənizi ilə bağlı bəzi problemlərin həllinə yardım edə bilər. öz növbəsində, məsələyə münasibət bildirən politoloq Elman Nəsirli öncə Xəzərdə təhlükəsizlik məsələləri ilə bağlı sazişin müzakirəsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq beş Xəzəryanı dövlət dənizdə təhlükəsizlik məsələsinin təminatına yalnız həmin ölkələrin cavabdeh olması ideyasını dəstəkləyir: “Yəni, burada kənar aktorların təmsilçiliyinə imkan verilməyəcək”.
Politoloq qeyd edib ki, belə bir addımın atılması son nəticədə Xəzərin hərbsizləşdirilməsi siyasətinə xidmət edir. Bir müddət öncə, Xəzərdə hərbiləşmə qorxusu yaşanırdı və bu gün həmin dövlətlərin mövqeyində də loyallaşma müşahidə olunur: “Məlum olduğu kimi, rəsmi Aşqabad bir zamanlar Xəzərin Türkmənistana aid olan hissəsində çox güclü hərbi donanma yaratmaq fikrində olduğuna dair bəyanat vermişdi. Bu isə, faktiki olaraq Xəzərin hərbiləşdirilməsi demək idi. Bu gün isə təhlükəsizlik məsələsi ilə bağlı ortaq mövqenin tapılması, konkret sənəd üzərində işlənməsi, Xəzərin sülh regionuna çevrilməsi ilə bağlı ortaq mövqelərin nümayiş etdirilməsinə yol açacaq. Azərbaycanın Xəzərlə bağlı digər türkdilli ölkə-Qazaxıstan ilə heç bir problemi yoxdur. Türkmənistanla bağlı müəyyən problemlər isə artıq həll olunur. Bu isə, Xəzərdə təhlükəsizliklə bağlı üç türk dövlətinin razılaşmasına gətirib çıxara və perspektiv baxımından böyük nəticələr vəd edə bilər. Yəni, bu məsələdə ortaq mövqe sərgiləyən hər üç dövlət gələcəkdə digər sferalarda da yaxın mövqe nümayiş etdirə bilərlər. ümumiyyətlə, Türkmənistanın artıq kompromis variantla razılaşmaq üzrə olduğunu nəzərə alsaq, yaxın dövrdə Xəzərin bölünməsi məsələsinin tam şəkildə həll ediləcəyini proqnozlaşdıra bilərik”.
Politoloq Elşad Mirbəşir də Bakıda keçirilən konfransın böyük önəmə malik olduğunu deyib. O, yaxın vaxtlarda Xəzəryanı dövlətlərin dövlət başçılarının görüşünün keçirilməsinin də nəzərdə tutulduğunu söyləyib: “Bu görüş də Azərbaycan paytaxtında baş tutacaq. Xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, prezidentlərin görüşünün istiqaməti Bakı konfransından asılıdır. Yəni, bu tədbirdə aparılan müzakirələr həmin görüşün müsbət nəticələr vəd etməsinə yol aça bilər. Qeyd olunduğu kimi, bu tədbirə beş ölkənin hüquq-mühafizə, o cümlədən, sərhəd, gömrük, fövqəladə hallar, nəqliyyat və digər orqanların nümayəndələri qatılıblar. Bu da təhlükəsizliyin təminatı ilə bağlı çoxspektrli məsələlərin müzakirə edildiyindən xəbər verir. Nəticə etibarı ilə aparılan müzakirələr kompleks təhlükəsizliyin təminatında böyük rol oynaya bilər”.
Politoloq vurğulayıb ki, beş ölkənin heç biri artıq Xəzərlə bağlı status-kvonun qalmasında maraqlı deyil. Bu gün Xəzər məsələsində problemə çevrilə biləcək kifayət qədər açıq məsələlər var: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, açıq qalan strateji məsələlər mövcuddur. Əsasən də, Xəzərin statusu, dənizin dibinin bölünməsi məsələləri geniş müzakirə tələb edir. Bu səbəbdən, hər beş dövlətdə məsələlərə aydınlıq gətirilməsinə meyillilik müşahidə olunmaqdadır. Bu, mövqelərin yaxınlaşması kimi dəyərləndirilməlidir. Prezidentlərin görüşündə də əsas müzakirə obyekti status və təhlükəsizlik məsələləri olacaq”.
Bu sazişin ən əsas önəmi barədə danışan politoloq “Artıq burada mövqelər də, status da müəyyən olunacaq. Rusiya tərəfi də bildirib ki, müzakirələr Xəzərlə bağlı açıq qalmış məsələlərdə qəti qərar verilməsini şərtləndirəcək. Bu, həm də dövlətlər arasında səmərəli şəkildə inteqrasiyanı gücləndirəcək. Müzakirələrin müsbət nəticəsi isə konstruktiv qərarların qəbul olunması baxımından çox önəmlidir” - deyib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

