/ / Hazırkı şəraitdə işğalçı Ermənistana qarşı təzyiqlər gücləndirilməli, adekvat addımlar atılmalıdır
Hazırkı şəraitdə işğalçı Ermənistana qarşı təzyiqlər gücləndirilməli, adekvat addımlar atılmalıdır
25.09.2020 [23:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini, təcavüzkar mahiyyətini faktlar əsasında və mövcud reallıqlar fonunda ifşa etdi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı BMT-ni, bütövlükdə beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün konkret və qətiyyətli əməli tədbirlər görməyə, təcavüzkar dövlətin təxribatçı hərəkətlərinə seyrçi qalmamağa çağırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlunun sözlərinə görə, ümumiyyətlə, Prezident İlham Əliyevin toxunduğu məsələlər təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində deyil, həm də regional və beynəlxalq təhlükəsizlik problemi baxımından mühüm aktuallığa və əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizin işğal altındakı ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul olmasını xüsusi diqqətə çatdırdı, qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsinin olmadığını qətiyyətlə vurğuladı. Həqiqətən də Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması faktiki olaraq müharibə cinayətidir. Bu addım işğal edilmiş ərazilərdə demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədi güdür, həmçinin dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin növbəti təxribata və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu bu məsələyə xüsusi diqqət yetirməli, hətta işğalçı dövlətə qarşı sanksiya tələb olunmalıdır. Beynəlxalq qanunvericilik bazası və beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdan çəkindirmək məqsədilə müxtəlif ölkələrə qarşı sanksiya tələb olunması nümunələri mövcuddur. Xüsusilə də nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur, onlar icra edilənə qədər qüvvədədir. Hazırkı mənzərə BMT-nin nüfuzunu sarsıdır, buna görə də Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır. Qətnamələrin icra olunmadığı təqdirdə, sanksiya mexanizmi işə salınmalıdır.
Prezident İlham Əliyev çıxışı zamanı daha bir zəruri məsələni diqqətə çatdırdı. Bu, Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etməsi, Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismarıdır. Uzun müddətdir ki, bu fakt mövcud olduğu halda, beynəlxalq təşkilatların məsələyə laqeyd münasibəti ciddi təəssüf doğurur. Hazırkı şəraitdə bəhs edilən halla əlaqədar ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətdir. Çünki dövlətimizin başçısının diqqət çəkdiyi reallığa, açıqlanan faktlara biganə münasibət göstərilməsi yolverilməzdir. Loyal münasibət, eyni zamanda, Ermənistanı yeni qeyri-qanuni və cinayət əməllərinə təşviq etmək, həvəsləndirməkdir. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Eyni zamanda, Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Əks halda, onlar beynəlxalq hüquq normalarının tələblərinə müvafiq surətdə hüquqi məsuliyyətlə üzləşəcəklər.
Bütövlükdə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmaqla milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirdi. Ümumiyyətlə, Ermənistanın məqsədinin işğal ilə bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaq olduğunun BMT-nin tribunasından vurğulanması xüsusi əhəmiyyətə malikdir. Dünya ictimaiyyətinin siyasi yaddaşı bir daha yeniləndi. Növbəti dəfə məlum oldu ki, qeyd etdiyimiz kimi, hazırkı şəraitdə işğalçı Ermənistana qarşı təsir və təzyiqlər gücləndirilməli, adekvat addımlar atılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulansa da, yetərli deyil, çünki real addımlar atmadan münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. Birmənalı olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

