/ / Anar Eyvazov: Ordumuz qazandığı uğurları genişləndirmək üçün irəliləyərək yeni dayaq məntəqələrini azad edib
Anar Eyvazov: Ordumuz qazandığı uğurları genişləndirmək üçün irəliləyərək yeni dayaq məntəqələrini azad edib
08.10.2020 [09:10]
Ötən müddət ərzində bütün cəbhəboyu döyüşlər davam edib. Ordumuz əldə olunan nailiyyətləri genişləndirmək məqsədilə müxtəlif istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edib. Bölmələrimiz ərazini düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, eyni zamanda, qarşılıqlı artilleriya atışları qeydə alınıb. Ordumuzun dəqiq artilleriya zərbələri ilə düşmənin müdafiə sahəsində bir tankı və üç topu məhv edilib. Beşinci alayın müdafiə sahəsində isə komanda-müşahidə məntəqəsi sıradan çıxarılıb. Düşmənin tərəfindən çoxlu sayda ölən və yaralananlar var. Əldə olunan məlumata görə düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaranıb. Buna görə də şəxsi heyət döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib.
Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq təminatında ciddi problemlər var. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələrinin öz arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var. Əks-hücum əməliyyatı başlayandan bu günədək ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilib.
Diqqətə çatdırılıb ki, ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan qondarma rejimin və Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatları onların psixoloji durumunu aydın şəkildə əks etdirir. İtirilmiş mövqeləri dırnaqarası qaytaran işğalçı ordu Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun və əsgərlərimizin qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə icra edilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

