Mais Səfərli: Milli birliyimiz bizi qələbəyə aparan əsas amillərdəndir
13.10.2020 [09:00]
“Hazırkı şəraitdə Azərbaycanda milli birliyin və həmrəyliyin nümayiş etdirilməsi son dərəcə vacibdir. Hələ 2016-cı ildə ölkədə referendum keçirilərkən Prezident İlham Əliyev anons vermişdi ki, ölkədə genişmiqyaslı islahatlar aparılacaq. 2018-ci il prezident seçkilərindən sonra bu islahatlar ardıcıl həyata keçirilməyə başladı”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
M.Səfərli bildirib ki, islahatların mühüm istiqamətlərindən biri siyasi islahatlar oldu. Siyasi islahatların aparılması üçün cənab Prezident ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatları mövqeyindən, baxışlarından asılı olmayaraq dialoqa dəvət etdi. Bu dialoq artıq cari ilin əvvəllərindən davam edir. Onun sözlərinə görə, Prezident Administrasiyasında yeni yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu dialoqu aparır: “Kiçik istisnalarla Azərbaycanda fəaliyyət göstərən siyasi arenanın bütün iştirakçıları bu dialoqda uğurla iştirak edirlər. Dialoqun nəticəsi kimi ölkədə hakimiyyətlə siyasi seqmentin iştirakçıları arasında çox normal münasibətlər var. Ümummilli məsələlərdə isə birlik var. Hələ iyul ayında Ermənistan Tovuz rayonu istiqamətində hərbi təxribat törədərkən 40-dan çox partiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdiyini təsdiqləyən birgə bəyanat imzaladı. İndi isə sentyabrın 27-də ermənilərin növbəti hücumu zamanı 50 partiya birgə bəyanat imzalayaraq yenə də Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirdi və bu gün də eyni mövqedəyik. Ermənistanın və düşmənlərimizin havadarlarının ən çox qorxduqları Azərbaycandakı milli birlikdir. Yəni Prezident, ordu, xalq birliyi, o cümlədən siyasi təşkilatların həmrəyliyi düşmənlərimizi çox qorxudur”.
Partiya sədri onu da əlavə edib ki, bugünlərdə 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüş də çox böyük əhəmiyyətə malikdir: “Görüşdə iştirak edən partiya rəhbərlərinin hamısı bəyan etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Bu hadisə böyük rezonans yaradıb. Görüş dünya mətbuatında da geniş işıqlandırıldı, hətta manşetlərə də çıxarıldı. Bu gün ordumuzun cəbhədə inamla irəliləməsinin səbəblərindən biri də odur ki, hərbçilərimiz arxa cəbhədə güclü birliyin olmasından əmindirlər. Xalqımız, o cümlədən siyasi təşkilatlar, vətəndaş cəmiyyəti ordu və Prezidentin ətrafında sıx birləşib. Bu gün biz yumruq kimi birləşmişik. Bu, bizi qələbəyə aparan əsas amillərdəndir”.
Nardar
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

