/ / Pərvin Kərimzadə: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı azad edəcək
Pərvin Kərimzadə: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı azad edəcək
16.10.2020 [08:56]
“Azərbaycan ərazisinin 20 faizini işğal edərək 1 milyondan çox vətəndaşımızı öz doğma yurdundan didərgin salan faşist niyyətli ermənilər bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayaraq, hələ də işğalçı mövqelərində qalırlar. Günahsız uşaqları hədəfə alan, evlərini yerlə-yeksan edən, dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alır və alacaq. Çünki Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün döyüşür. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı azad edəcək. Əminik ki, Azərbaycan haqq mübarizəsində tezliklə qalib olacaq”.
Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
“Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkarlıq siyasətini davam etdirdiyini hər addımında təsdiqləyir. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra, Gəncə və Mingəçevir şəhərlərinin işğalçı dövlət tərəfindən yenidən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçmək deməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən həyata keçirilirsə, bu, bütün regionda sülh və sabitliyə ciddi təhlükədir”, - deyə deputat bildirib.
Deputat qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların əlavə protokollarını pozaraq dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edir: “Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Ən acınacaqlısı isə odur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncə erməni vandalları tərəfindən raket və artilleriya atəşinə məruz qalır, dinc sakinlər həlak olur”.
Deputat qeyd edib ki, bütün bunlara baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində zəfər əldə edilməsi üçün Azərbaycan xalqının birlik nümayiş etdirməsi vacibdir: “Düşmənin mülki əhalini və infrastrukturu məqsədyönlü şəkildə hədəfə almasında məqsəd dinc sakinləri təşvişə salmaqdır. Əminliklə deyə bilərik ki, avantürist erməni hakimiyyəti məqsədinə çata, Azərbaycan xalqında, həmçinin Gəncə sakinlərində heç bir təşviş yarada bilmədi. Xalqımız, o cümlədən bütün gəncəlilər düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə davam edir, şanlı ordumuzun uğurlarından daha da ruhlanırlar”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

