/ / Eldar İbrahimov: Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda böyük zəfərlər qazanmaqdadır
Eldar İbrahimov: Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda böyük zəfərlər qazanmaqdadır
16.10.2020 [09:01]
“Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində böyük zəfərlər qazanmaqdadır. Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və bir çox kəndlərin, strateji yüksəkliklərin işğalçılardan azad edilməsi hər bir vətəndaşımızda böyük sevinc yaradıb”. Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimovun sözlərinə görə, uzun illər idi ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmğa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. Ötən günlər ərzindəki döyüşlər Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü.
YAP İdarə Heyətinin üzvü bildirib ki, Prezident İlham Əliyev daim, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlərin və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.
E.İbrahimov qeyd edib ki, Gəncə şəhərində çoxmənzilli yaşayış binalarına atılan raket zərbələri, günahsız insanların hücuma məruz qalması erməni faşizmini dünyaya bir daha göstərir: “Cəbhə bölgəsində, eləcə də cəbhədən xeyli uzaqda yerləşən digər şəhərlərimizin atəşə tutulması davam edir. Ermənilər Mingəçevir, Bərdə, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, dinc əhalini qəsdən hədəfə alaraq ağır artilleriya atəşinə tutur. Xocalı faciəsindən bu yana Ermənistan tərəfindən soyqırımı aktları bu gün də davam etdirilir. Terrorizmi dövlət siyasəti səviyyəsində aparan qatil Ermənistan bu cinayətlərə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu terrora “dur” deməlidir. Düşmən bu hücumlarla üçüncü qüvvələri münaqişəyə cəlb etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə verdiyi son şansı da onlar bu şəkildə dəyərləndirirlərsə, hansı atəşkəsdən danışırlar?! Deməli, ermənilərə atəşkəs lazım deyil. Bu vəziyyətdə atəşkəs çağırışları riyakarlıqdır. Hamımız Ali Baş Komandana və şanlı Ordumuza inanır və sonsuz güvənirik! Əgər dünya birliyi bu vəhşiliyə dur deyə bilmirsə, Azərbaycan ordusu terrorçuları susdurmağa qadirdir. Tezliklə qələbə qazanacağımıza inanırıq!”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54

