/ / Cavanşir Paşazadə: Xalqımızda yüksək vətənpərvərlik ruhu var və hər bir vətəndaş qələbəyə köklənib
Cavanşir Paşazadə: Xalqımızda yüksək vətənpərvərlik ruhu var və hər bir vətəndaş qələbəyə köklənib
27.10.2020 [09:23]
“Şanlı Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz demək olar ki, hər gün irəliləyir, uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, əks-hücum əməliyyatlarının ilk günündə ordumuz, qəhrəman əsgərlərimiz Füzuli rayonunun bir neçə kəndini, bir sıra strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad etdi. Həmin gündən sonra da bir-birinin ardınca gələn qələbə xəbərləri xalqımızı sevindirir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, eləcə də digər bir çox qəsəbə və kəndlərin işğaldan azad edilməsi buna sübutdur. Cənab Prezident xalqımıza son müraciətində də yeni qələbə müjdəsi verdi, ötən gün işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqladı. Bu qələbələr münasibətilə bütün xalqımızı təbrik edirəm! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan İlham Əliyev!.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həm xalqa müraciətlərində, həm də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində prinsipial mövqeyini dəfələrlə bəyan edib: “Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma biz hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görmürük. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir. Bilirsiniz ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında humanitar atəşkəslə bağlı razılaşma əldə olundu. Amma erməni tərəfi dərhal bu razılaşmanı pozdu. Onlar ikinci dəfə də, yəni oktyabrın 18-də atəşkəslə bağlı razılaşmaya əməl etmədilər, döyüş mövqelərimizi və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Oktyabrın 26-da da elan edilmiş atəşkəs Ermənistan tərəfindən cəmi bir neçə dəqiqə sonra pozuldu. Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan bu razılaşmalardan sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Bu faktlar erməni xislətinin göstəricisidir. Paşinyan hakimiyyəti indi də atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Amma unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil”.
“Təbii ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbəyə köklənib. Cənab Prezidentin xalqa müraciətində verdiyi növbəti qələbə xəbərləri hər bir kəsi daha da ruhlandırır. O cümlədən, mənim təmsil etdiyim, Lənkəran və Masallı rayonlarının sakinləri də yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirirlər. İnşallah, tezliklə bütün torpaqlarımızdan işğalçılar qovulacaq, Azərbaycanın ərazi bütövlüyü tam təmin ediləcək! Qarabağ Azərbaycandır!”, - deyə deputat vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

