Əli Əhmədov: Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil
30.10.2020 [09:21]
“Erməni terrorçularının vandalizmi sərhəd bilmir, getdikcə daha eybəcər şəkil almaqda davam edir. Gəncənin ardınca istifadəsi qadağan edilmiş xüsusi dağıdıcı gücə malik kasetli bombalarla Bərdənin hücuma məruz qalması, 21 nəfərin həlak olması, 70-ə qədər insanın ağır yaralanması bunun bariz ifadəsidir. Sentyabrın 27-dən bu günə qədər erməni terrorçu və vandalların qətlə yetirdiyi mülki insanların sayı 100-ə yaxınlaşır. Bugünkü erməni vandalları ata-babalarından miras qalmış terrorçuluğu, uşaq və qadın qatili olmaq ənənəsini daha qəddarcasına həyata keçirirlər”. Bu sətirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun erməni silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror aksiyası və bu terrorizmə bəzi beynəlxalq təşkilatların və dövlətlərin susqun münasibətindən bəhs edən məqaləsində yer alıb.
“Artıq heç kimə sirr deyil ki, terror Ermənistanın dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. Gəncəyə və Bərdəyə atılan raketlərin istifadəsinə dair sərəncam, yalnız ən yüksək səviyyədə verilə bilər. Ermənistanın terrorçu dövlət olduğunu sübuta yetirmək üçün bundan əlavə hər hansı dəlilə ehtiyac yoxdur”, - deyə qeyd edən Əli Əhmədovun sözlərinə görə, erməni terrorçularının vəhşilikləri fonunda münaqişə zonasında dəyərlər savaşının getdiyi əyani şəkildə özünü göstərməkdədir. Doğma torpaqlarını işğaldan azad edən və özünün şərəfli missiyasını döyüş meydanında mərdi-mərdanə yerinə yetirən Azərbaycan əsgərinin qarşısında açıq savaşdan qaçaraq, mülki əhalini raket atəşinə tutan, qadınların və uşaqların qatilinə çevrilən rəzil erməni əsgərinin dayandığını müşahidə etməmək mümkün deyil. Özünü mədəni dövlət kimi təqdim etməyə çalışan Ermənistanın hərbçilərinin və onlara döyüş əmrini verənlərin dinc əhalini hədəfə alması, onların sahib olduğu həqiqi dəyərlərin mahiyyəti haqqında aydın təsəvvür yaradır. Namərdlik, qorxaqlıq, kəmfürsətlilik, satqınlıq erməni terrorçularına xas olan dəyərlərin heç də tam olmayan siyahısıdır. Bir daha əmin olursan ki, dahi rus şairi A.S.Puşkin erməniləri dillər əzbəri olmuş dəyərləndirməsində nə qədər haqlıymış.
Erməni vandalizminə və terrorizminə bəzi beynəlxalq təşkilatların və dövlətlərin susqun münasibətinin olduğunu bildirən Əli Əhmədov “Azərbaycanın dinc əhalisi arasında erməni terrorunun qurbanlarının sayının artmasına baxmayaraq, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların qəribə şəkildə susması da diqqətdən yayınmır. Terrorizmə qarşı mübarizəni az qala öz siyasi platformasının əsas qayəsi hesab edən bir sıra dövlət başçıları və liderləri də, nədənsə erməni terroru qarşısında susmağa üstünlük verir. Başqa vaxtlar ən adi hadisələrdə “böyük” pozuntular görməyə çalışan xadimlərin və təşkilatların bu cür davranışı erməni terrorizminin gizli şəkildə həvəsləndirilməsindən başqa bir şey deyildir.
Gəncədə və Bərdədə törədilən vəhşi terror aktları erməni vandalizminin iyrənc ifadəsi olmaqla yanaşı, həm də Ermənistan rəhbərliyinin eybəcər hərbi taktikası kimi tətbiq edilir. Döyüş meydanında ağır məğlubiyyətə düçar olan Ermənistanın hərbi siyasi rəhbərliyinin xilas yolunu öz tarixi ənənələrinə uyğun olaraq terrorda görməsi bəlkə də təəccüblü deyil. Erməni siyasətçilərindən ötrü terror məqsədlərinə çatmaq naminə istifadə etdikləri ən “sevimli” mübarizə üsuludur. İndi bu iyrənc vasitədən istifadə etməklə Azərbaycan xalqını vahiməyə salmağa, haqq işi uğrunda apardığı mübarizəsindən döndərməyə çalışırlar. Lakin erməni vandallarının törətdiyi terrorlar nə qədər iyrənc, nə qədər qan donduran olsa da, xalqımızı haqq işindən döndərə bilməz. Əksinə, namərdlərin dinc əhaliyə xain hücumları xalqımızı dövlətin, Ordunun və Ali Baş Komandanın ətrafında daha sıx birləşdirir, mübarizə əzmini daha da artırır. Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil”, - deyə qeyd edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09

