Regional sabitliyin tənzimləyici aktoru - Azərbaycan
14.04.2010 [09:18]
Son zamanlar regional və qlobal proseslərin analizi baxımından diqqətə alınan başlıca məsələlərdən biri də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpası yönündə atılan addımlardır. Təsadüfi deyil ki, bir sıra aparıcı analitik mərkəzlər bu məsələni miqyasına görə lokal, mahiyyətinə görə qlobal xarakterli, əhəmiyyətli proseslər sırasında analiz edirlər. Xarici siyasi ekspertlərin qənaətincə, Türkiyə-Ermənistan cəbhəsində cərəyan edən proseslər təkcə bu iki ölkənin diplomatik-siyasi həyatına aid olmayıb, bütövlükdə qlobal proseslərə və regional münasibətlərə, eləcə də, təhlükəsizlik balansına təsir etməkdədir. Yəni, bəhs edilən məsələ ikitərəfli, yəni, “1+1” formatında deyil, çoxtərəfli, yəni, ən azı “2+1” formatı əsasında cərəyan edir və geniş əhatəli təsir mexanizminə malikdir. Bunun bir neçə səbəbi və şərtləndirici motivi mövcuddur. Əvvəla, Türkiyə-Ermənistan yaxınlaşması Cənubi Qafqazda yeni münasibətlər sistemi və təhlükəsizlik balansının formalaşmasına gətirib çıxara bilər ki, bu zaman da söz sahibi olan regional aktorların mövqeyi və mənafeyinin nəzərə alınması zərurəti ortaya çıxacaq. Deməli, bu halda məsələyə bilavasitə aidiyyəti ola biləcək ölkələrin mövqeyi və prinsipal əsasları yönləndirici faktor qismində çıxış edəcək. İkincisi, Türkiyə-Ermənistan diplomatik münasibətlərinin normallaşdırılması prosesində fundament kimi qəbul edilən prinsiplər-əsaslar təkcə bu iki dövlətə aid deyil, eyni zamanda, özündə region dövlətlərinin də problemlərini və mövqelərini ehtiva etməkdədir...
Bir sözlə, indiki məqamda Türkiyə-Ermənistan yaxınlaşmasının fonunda nəzərə alınmalı olan əsas amil Cənubi Qafqazın təhlükəsizlik balansı və onun timsalında regional çoxtərəfli münasibətlərdir. Buradan da belə bir məntiqi nəticə çıxarmaq olur ki, Cənubi Qafqazın təhlükəsizlik və sabitlik qarantı olan Azərbaycanın mövqeyi, həmçinin, fəaliyyət mexanizmi bütün bu proseslərdə bilavasitə nəzərə alınmalıdır. çünki əvvəla, Türkiyə Ermənistanla sərhədlərini məhz bu dövlətin Azərbaycan torpaqlarının 20 faizinin işğal etməsinə görə bağlayıb. Rəsmi Ankaranın da dəfələrlə bəyan etdiyi kimi, sərhədlərin açılması və diplomatik münasibətlərin bərpa edilməsi üçün əsas tutulan fundamental prinsip Ermənistan ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasıdır. Deməli, Türkiyə-Ermənistan yaxınlaşması prosesi çərçivəsində bu fakt zəruri prinsip qismində çıxış edir. İkincisi, regionun ən güclü və nüfuzlu aktoru olan Azərbaycan nəinki Cənubi Qafqazda cərəyan edən bu proseslərdən kənarda qala bilməz, hətta tənzimləyici və düzənləyici qüvvə qismində çıxış etmək imkanına malikdir. Həm Ankara, həm də İrəvan bu amili çox yaxşı anlayır və xarici siyasi strategiyasında nəzərə alır. çünki regionda baş verə biləcək əsaslı dəyişikliklər zamanı Azərbaycanın mövqeyi və milli maraqlarının yönləndirici faktor qismində götürülməsi təcrübi gerçəklikdir.
Digər tərəfdən, Türkiyə-Ermənistan münasibətlərinin bərpasından sonra Cənubi Qafqazda yeni əməkdaşlığa əsaslanan tərəfdaşlıq mühitinin formalaşdırılması və uzun müddət davam etdirilməsi imkanı bilavasitə Azərbaycanın mövqeyindən asılıdır. çünki ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrin mərkəzində yer alıb və onun mövqeyini nəzərə almadan göstərilən istiqamətdə heç bir addım atıla bilməz. Deməli, Azərbaycan amili nəzərə alınmadan ikitərəfli və çoxtərəfli danışıqların istiqamətini müəyyənləşdirmək mümkün və məqbul deyil...
Sadalanan amillər, proseslər və prinsiplər deməyə əsas verir ki, nəinki Türkiyə-Ermənistan yaxınlaşması, eləcə də, regiona yönəlik digər ikitərəfli formatda cərəyan edən hadisələr zamanı Azərbaycanın mövqeyi daim əsas götürülür. Bunun səbəbi odur ki, Cənubi Qafqazın təhlükəsizlik və münasibətlər balansını formalaşdıran və qoruyub saxlayan əsas aktor məhz Azərbaycandır. Ona görə də, mövcud təhlükəsizlik balansının dəyişməsinə təsir edəcək hər hansı bir addım mütləq mənada və qaydada rəsmi Bakının razılığı və dəstəyi-istəyi ilə atılmalıdır. Bu, regional təhlükəsizlik balansını əsaslı şəkildə mühafizə etməklə yanaşı, problemlərin də “əridilməsi” üçün zəruri və fundamental amildir...
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

