Adil Əliyev: Bu gün Azərbaycan təkcə regionun deyil, dünyanın ən güclü dövlətlərindən biridir
16.12.2020 [09:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdi. Ermənistan ordusuna məxsus olan, pərakəndə şəkildə gizlənən azsaylı döyüşçülər isə tam şəkildə zərərsizləşdirildi. Artıq əminliklə deyə bilərik ki, Ermənistanın faşist idarəçilik üsulu məhv edildiyinə görə bundan sonra regionda sülh bərqərar olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ona görə hərbi yolla həll olundu ki, onun həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il ərzində Ermənistanı öhdəliklərini icra etməyə məcbur etmədi. Regionun uzun müddətdən bəri bu sülhə ehtiyacı olsa da, 30 ilə yaxın davam edən münaqişəni heç kəs yoluna qoymağa tələsmirdi. Sanki “münaqişənin hərbi həlli yoxdur” deməklə onu unutdurmağa cəhd edirdilər. Təbii ki, bu da Ermənistan hakimiyyətini tam şəkildə qane edirdi və münaqişənin həllinin qeyri-müəyyən vaxta qədər təxirə salınması demək idi.
Prezident İlham Əliyev dəfələrlə bu münaqişənin həll edilməsi üçün mandat almış dövlətlərdən münaqişənin həmişəlik həllini tələb etməsinə baxmayaraq, beynəlxalq təşkilatlar heç bir ciddi addım atmırdılar. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn ən əsas maddələrindən biri olsa da, bu normanın pozulmasının qarşısının alınması istiqamətində ciddi iş görülmürdü. Beynəlxalq vasitəçilər öz imkanlarından, potensiallarından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə məcbur edə bilərdi, lakin vasitəçilər heç bir ciddi addım atmadılar. Halbuki Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, bu işğalçı ölkə hərbi qüvvələrini geri çəkərdi. Lakin bu, baş vermədiyinə görə ölkəmiz münaqişəni hərbi yolla həll etmək məcburiyyətində qaldı və uğurla həll etdi.
Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın regionun deyil, dünyanın qüdrətli ölkələrindən birinə çevrilməsi bəzi qüvvələri çox narahat edir. Ölkəmizin regionda 30 ilə yaxın davam edən təcavüzə cəmi 44 gün ərzində son qoymasını həzm edə bilməyən kifayət qədər qüvvələr var. Onlar hətta müharibə dövründə istər aşkar, istərsə də gizli yollarla Ermənistana dəstək olmağa cəhd etdilər. Lakin bu dəstəklərin qarşısı alınmaqla yanaşı, Ermənistana çox ciddi zərbələr vuruldu.
Tarixi təcrübəyə istinadən deyə bilərik ki, bu məğlubiyyət de-fakto olaraq Ermənistanın faşist hakimiyyətinin sonu deməkdir. Çünki Ermənistan məğlub olaraq kapitulyasiyanı imzalamağa məcbur edildi.
Hətta müharibənin əvvəlindən də bu müharibənin Ermənistan hakimiyyətinin sonu olacağı barədə proqnozlar verilirdi. Hazırda görürük ki, Ermənistanda hər gün mitinqlər davam edir. Xüsusilə bir hala diqqət çəkmək lazımdır ki, pandemiyadan əvvəl belə Ermənistan büdcəsində çox ciddi kəsir yaranmışdı. Pandemiyanın Ermənistanda tüğyan etməsi isə bu ölkənin iqtisadiyyatını tam məhv etdi. Bütün bunlara əsasən demək olar ki, Ermənistan ölkə kimi məhv olmağın bir addımlığındadır.
Bu ölkənin Azərbaycana qarşı təxribatlara əl atmasının əsas səbəblərindən biri orada mövcud olan hakimiyyətin öz ölkəsindəki iqtisadi böhranı gizlətmək istəməsi idi. Lakin şanlı Ordumuzun düşmənin böyük sayda texnikasını və şəxsi heyətini məhv etməsi, salamat qalan hərbi texnikanı isə qənimət kimi götürməsi onu deməyə əsas verir ki, Ermənistan bundan sonra da öz istifadəsində olmayan və ya məhv edilmiş texnikaların pulunu uzun müddət ödəməli olacaq. Təbii ki, heç bir Ermənistan vətəndaşı Azərbaycan Ordusunun sərəncamında olan və ya ordumuz tərəfindən məhv edilmiş texnikanın pulunu ödəmək istəmir. Müharibədə verdiyi itkilər isə hələ Ermənistanın uzun müddət özünə gəlməsini mümkünsüz edir.
Görünən odur ki, Paşinyan bu məğlubiyyəti ilə həm özünü, həm də dövləti çıxılmaz vəziyyətə salıb və Ermənistan artıq başa düşür ki, bundan sonra Azərbaycan xalqının heysiyyəti ilə oynamaq onlar üçün daha ağır nəticələrə səbəb ola bilər”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

