Azərbaycan-Rusiya əlaqələrinin inkişafı artıq yeni mərhələyə qədəm qoyub
16.04.2010 [09:32]
Dünən Bakıda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığı genişləndirmək yolu ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə doğru” mövzusunda “dəyirmi masa” keçirilib. “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri administrasiyalarının, xarici işlər nazirliklərinin, Milli Məclisin və Dövlət Dumasının təmsilçiləri, nazirlik, dövlət komitələri və şirkətlərin, Rusiya regionlarının nümayəndələri, iş adamları, ekspertlər iştirak ediblər. Tədbirin təşkilatçısı - “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun prezidenti Valeri Tursunov bildirib ki, “dəyirmi masa” Rusiya və Azərbaycanın regionlararı arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək, ikitərəfli əlaqələri daha da genişləndirmək, ölkələrimizin vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafı məqsədini daşıyır.
“Dəyirmi masa”nın aparıcılarından biri - Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə tədbirin iki ölkənin ictimai-siyasi həyatında vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı artıq yeni mərhələyə qədəm qoyub. Komitə sədri ölkələrimiz arasındakı münasibətlərin zəngin tarixindən danışaraq son illər aparılan siyasət nəticəsində əməkdaşlığın daha da möhkəmləndiyini və inkişaf etdiyini vurğulayıb.
Tədbirin açılışında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov, Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr komitəsinin sədri Aleksey Ostrovski çıxış edib, forumun işinə uğurlar arzulayıblar.
Əli Həsənov qonaqları Azərbaycan Prezidenti İlham Əliyevin adından salamlayıb və deyib ki, son on ilə yaxın bir müddətdə Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq istiqamətində inkişaf etməkdədir. ümumiyyətlə, Azərbaycan xalqı ilə rus xalqını 200 ildən artıq bir müştərək tarix birləşdirir. Əcdadlarımız ötən müddətdə hansı şəraitdə, hansı dövlətin bayrağı altında yaşamasından asılı olmayaraq bir-biri ilə iqtisadi, siyasi, sosial, mədəni əlaqələr qurub, bir-birindən görüb-götürüblər.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin uğurlu inkişafına töhfədir. Dövlətlərarası münasibətlərin ruhu bu əlaqələrin təkcə prezidentlər və hökumətlər səviyyəsində deyil, digər sahələrdə də inkişafını tələb edir.
Sergey Vinokurov Azərbaycan ilə Rusiya arasında münasibətlərin intensiv inkişaf etdiyini və strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıb. O, regionlararası əlaqələrin strateji tərəfdaşlığı möhkəmləndirmək istiqamətində mühüm amil kimi dəyərləndirərək bildirib ki, ölkələrimiz energetika, neft-qaz, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli əməkdaşlıq edir, bir sıra uğurlu investisiya layihələri həyata keçirir. Rusiyanın 70 regional subyekti Azərbaycanın regionları ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Daha 11 subyekt isə sazişi imzalamağı planlaşdırır. Hər il Rusiyadan Azərbaycana 1,5 milyard, Azərbaycandan Rusiyaya isə 500 milyon dollarlıq məhsul göndərilir. Rusiyada Azərbaycan diasporu, Azərbaycanda isə rus icması fəaliyyət göstərir.
“Dəyirmi masa”da “Rusiya və Azərbaycanın regionlararası əlaqələrinin səmərəli inkişafına şərait yaradılmasında dövlət orqanlarının rolu”, “Rusiya və Azərbaycanın təsərrüfat subyektlərinin regionlararası əməkdaşlığı - vəzifələr, problemlər və təkmilləşdirmə yolları”, “Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığının inkişaf perspektivləri iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi amili kimi” mövzularında müzakirələr aparılıb. “Rusiya-Azərbaycan münasibətləri müasir mərhələdə” mövzusunda məruzə ilə çıxış edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin də dövlətlərimiz arasındakı münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu, Azərbaycanın Rusiyanın xüsusilə Şimali Qafqazdakı subyektlərinə münasibətinin yüksək dərəcədə nəzakətli olduğunu vurğulayıb. Diplomat tədbir iştirakçılarını regionlararası əməkdaşlıqda gənclərlə bağlı siyasətə, sərhədyanı əməkdaşlığın, bilavsitə iki ölkənin regionlarının əlaqələrinin genişləndirilməsinə daha çox diqqət yetirməyə çağırıb.
“Dəyirmi masa”da Azərbaycan Xarici İşlər Nazirliyi V Avropa şöbəsinin müdiri Asəf Mehdiyevin “Azərbaycan və Rusiyanın dövlət hakimiyyəti orqanları regionlararası sahədə ikitərəfli əlaqələrin inkişafının lokomotivi kimi”, Moskva Vilayəti sənaye nazirinin müavini Mixail Savinin “Azərbaycan Respublikası ilə ikitərəfli regionlararası əlaqələrin möhkəmləndirilməsində Moskva vilayətinin iştirakı”, Azərbaycan Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadənin “Regionlararası əməkdaşlığın inkişafında Azərbaycan və Rusiya ticarət-sənaye palatalarının rolu”, Rusiya Energetika Nazirliyi beynəlxalq əməkdaşlıq departamenti direktorunun müavini Mixail Plyoşkinin “Qafqazın energetikası - Xəzər regionunda Rusiya-Azərbaycan enerji layihələrinin problemləri, vəzifələri və perspektiv inkişafı” mövzularında məruzələri, ümumiyyətlə 23 məruzə dinlənilib.
Müzakirələrdə ölkələrimizin regionları arasında işgüzar əlaqələrin bundan sonra da möhkəmləndirilməsi, regionlararası əlaqələr sahəsində beynəlxalq hüquqi aktların hazırlanması, Rusiya və Azərbaycanın müvafiq qanunları və aktlarının uyğunlaşdırılmasının sürətləndirilməsi, regionlararası əlaqələrin səmərəliliyinin qarşılıqlı faydalı əsasda təkmilləşdirilməsi, birgə müəssisələr yaradılması təcrübəsinin genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının əməkdaşlığının dərinləşdirilməsi, sərgi-yarmarka fəaliyyətinin gücləndirilməsi, Xəzərdə inteqrasiya proseslərinin genişləndirilməsi forması kimi Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XİƏT) yaradılması məqsədəuyğun hesab edilib.
İkitərəfli regionlararası məsələlərin müzakirəsi üçün mərkəzi və regional hakimiyyət orqanlarının iştirakı ilə hər il forumlar keçirilməsi qərara alınıb, hər iki ölkənin ticarət və sənaye palatalarına 2010-cu ilin ikinci yarısında Moskvada tərəflərin hakimiyyət orqanları, ictimai təşkilatları, işgüzar dairələri təmsilçilərinin iştirakı ilə biznes forumu təşkil etmək tövsiyə olunub.
Azərbaycan Ticarət və Sənaye Palatası ilə Stavropol diyarı, Volqoqrad, Saratov vilayətləri, Dağıstan Respublikası ticarət və sənaye palataları arasında sazişlər imzalanıb. “Dəyirmi masa”nın iştirakçıları yekun bəyannamə qəbul ediblər. Sənəddə belə bir fikir əminliklə vurğulanır ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikasının regionlararası əməkdaşlığının bundan sonrakı inkişafı bütün Cənubi Qafqaz və Xəzəryanı dövlətlər üçün yaxşı nümunə, regionlarda inteqrasiya proseslərinin katalizatoru olacaq. Bu proseslər regional təhlükəsizliyə və siyasi sabitliyə müsbət təsir edəcək, xalqların rifahının yüksəlməsinə yardım göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

