“Eurasia Review” nəşrində Qafqaz Albaniyası ilə bağlı məqalə dərc olunub
28.05.2021 [10:06]
Nüfuzlu “Eurasia Review” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Qafqaz Albaniyası ilə bağlı müəmma” sərlövhəli məqaləsi dərc olunub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müəllif məqaləsində yazır ki, müasir dövrdə Ermənistanla Azərbaycan arasında başlamış münaqişə Qafqaz Albaniyasına marağın artmasına və mövzunun siyasiləşdirilməsinə səbəb olub. Fərid Şəfiyev qeyd edir ki, bəzi Qərb ekspertləri Azərbaycanın Qafqaz Albaniyası ilə bağlı nəzəriyyələrini uydurma və saxta adlandır. Lakin bu ekspertlərin əksəriyyəti Qafqaz Albaniyasının tarixi, o cümlədən bu tarixi öyrənmək üçün tələb olunan erməni, ərəb və hazırda mövcud olmayan alban dili biliklərinə və tarix üzrə fəlsəfə doktoru dərəcəsində malik deyillər. Yalnız sayla göstərilə biləcək Qərb ekspertləri Qafqaz Albaniyasının tarixini bilir, digərləri isə erməni və ya erməni əslli digər alimlərin nəzəriyyələrini təkrarlayırlar.
Məqalədə qeyd olunur ki, Qafqaz Albaniyası ilə bağlı nəzəriyyə Ermənistan milliyyətçiləri üçün tamamilə qəbuledilməzdir. Belə ki, bu nəzəriyyə ermənilərin son 300 ildir iddia etdikləri, Qarabağ və Cənubi Qafqazı əhatə edən və Qafqaz Albaniyası coğrafiyası ilə üst-üstə düşən Böyük Ermənistanla bağlı nəzəriyyəni dağıdır.
Fərid Şəfiyev Qafqaz Albaniyası ilə bağlı bir sıra materialların siyasiləşdirildiyini deyərək, Qərbdə bir çox araşdırmaların antiazərbaycan mövqeyi ilə tanınan, Karnegi Fondu kimi vəqflərə maddi dəstək verən Tavitian kimi erməni diasporu qrupları tərəfindən maliyyələşdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, digər problem ondan ibarətdir ki Qafqaz Albaniyasının erməni mənbələrindən öyrənilməsi hələ də davam edir. Müəllif alban mətnlərinin əsrlərlə itkin olduğunu və qısa müddət əvvəl gürcü alim Zaza Aleksidze tərəfindən Misirin Dağ Sinay Monastırında aşkar edildiyini diqqətə çatdırıb: “Alban dini mətnlərinin Cənubi Qafqazda aşkar edilməməsi çox qəribədir. Üstəlik nəzərə alaq ki, 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban Katolikosluğu ləğv edilərək Ermənistanın Eçmiədzin kilsəsinə verilib”.
Müəllif qeyd edir ki, Qafqaz Albaniyası VII əsrdə süqut edərək, Ərəb xilafətinin tərkibinə keçib və əhalinin əksəriyyəti islamı qəbul edib. Xristian qalmaq istəyənlər isə tədricən Alban kilsəsi üzərində nəzarəti ələ keçirmək istəyən, Azərbaycan tarixçilərinin yazdığı kimi Qafqaz Albaniyasının izini itirmək üçün tarixi sənədləri məhv edən və ya saxtalaşdıran erməni kilsəsi ilə birləşib. Bildirilir ki, qeyd edilən fakt Zaza Aleksidze, Yost Qippet, Volfanq Şulz və Timur Maisak kimi alimlər tərəfindən də təsdiqlənib. Müəllifin fikrincə, Eçmiədzinin bəzi mətnləri hələ də saxlaması mümkündür, lakin çətin ki bu sənədləri əlçatan etsin.
Məqalədə qeyd olunur ki, xristian albanların xristian ermənilərlə sıx münasibətləri olsa da bəziləri öz müstəqilliklərini saxlamağa çalışıblar. Hətta Azərbaycanın Qarabağ regionunda yerləşən Gəncəsər Alban Katolikosluğunun müstəqilliyi bir sıra orta əsr mənbələri tərəfindən təsdiqlənib. Müəllif əlavə edir ki, Rusiya İmperiyası siyasətçiləri də Albaniyanın mövcudluğunu təsdiqləyiblər. Hətta şahzadə Georgi Potemkin özünün “Şərq planında” Ermənistan və Albaniyanın iki ayrı vassal kimi yaradılamasını nəzərdə tuturdu.
“Qafqaz Albaniyasının dini iris ilə bağlı məsələ müvafiq dilləri bilən və elmi biliklərə malik peşəkar tarixçilər tərəfindən həll edilməlidir. Üstəlik, məsələ hər cür milliyyətçilərin hücumlarından da azad olmalıdır”, - deyə müəllif vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

