Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rufiz Qonaqov: Azərbaycan bir daha bütün dünyaya öz gücünü, quruculuq qabiliyyətini nümayiş etdirəcək

Rufiz Qonaqov: Azərbaycan bir daha bütün dünyaya öz gücünü, quruculuq qabiliyyətini nümayiş etdirəcək

02.06.2021 [08:58]

“Cənab Prezident İlham Əliyevin son 6 ay ərzində dəfələrlə işğaldan azad edilmiş torpaqları ziyarət etməsi, bu torpaqların dirçəldilməsi, yenidən qurulması və abadlaşdırılması istiqamətində aparılan fəaliyyətə şəxsən nəzarət etməsi bir daha Azərbaycan dövlətinin güclü iradəsini ortaya qoymaqdadır. Yeri gəlmişkən, ölkə Prezidenti bu ilin mayın 28-də Ağdam şəhərinə səfəri çərçivəsində Ağdam rayonunun yenidən qurulmasının müjdəsini geniş ictimaiyyətə təqdim etdi. Bəli, bu gün Ağdam, Zəngilan rayonlarının timsalında işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir”. Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ağdam rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi tarixi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratdı: “Cənab Prezidentimiz bildirdi ki, işğaldan azad olunmuş bütün ərazilər Baş Plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaq. Ağdam rayonunun tanınmış şəxslərinin Baş Planla tanış olması və onların təkliflərinin də nəzərə alınması isə qurulacaq yeni şəhərlərimizin, kəndlərimizin öz tarixi keçmişini əks etdirəcəyini göstərir. Ağdam rayonunun bərpası ən yeni texnoloji imkanlardan yararlanmaqla təmin olunacaq. İnanırıq ki, Azərbaycan bir daha bütün dünyaya öz gücünü, quruculuq qabiliyyətini nümayiş etdirəcək”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30