Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
23.07.2021 [09:14]
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Bu reallıqlar sırasında regional əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi də mühüm yer tutur. Vurğulamaq lazımdır ki, Azərbaycan yeni dönəmdə Cənubi Qafqaz regionunun mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir. Yeri gəlmişkən, Azərbaycan Prezezidenti İlham Əliyevin iyulun 20-də Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri zamanı regional sülhün və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlıqların genişləndirilməsi kimi, məsələlər müzakirə olunub. Qeyd etmək lazımdır ki, iki dövlət arasında əməkdaşlıq əlaqələrinin səviyyəsi, regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqelər üst-üstə düşür. Bununla yanaşı, ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur. Hər iki ölkə başçısının Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi, bu razılaşmanın yerinə yetirilməsi, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləri regionun gələcək inkişafı üçün mühüm amildir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, bu səfər bir daha göstərdi ki, Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşır, Ermənistanın da bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Millət vəkilinin fikrincə, Rusiya Azərbaycanın mövqeyini müsbət dəyərləndirir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir: “Rusiya Prezidentinin Azərbaycanın postmünaqişə dövründə daimi sülhün əldə olunmasında maraqlı olduğuna görə cənab Prezident İlham Əliyevə təşəkkür etməsi də əsas məqamlardan biri kimi dəyərləndirilməlidir. İstənilən halda, Azərbaycan münaqişəni öz gücü hesabına həll edib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bölgədə kommunikasiya xətlərinin açılması üçün çox münbit şərait var. Üçtərəfli Bəyanatda da göstərildiyi kimi, həm Rusiya, həm Ermənistan, həm də Azərbaycan bu kommunikasiya xətlərinin fəaliyyət göstərməsi razılığına gəliblər. Ancaq Ermənistan tərəfinin seçkilərə qədərki dövrdə sərgilədiyi mövqedən fərqli mövqe ortaya qoymasının artıq vacib olduğu ekspertlər tərəfindən də söylənilir və bu baxımdan, Rusiyanın bu məsələdə oynayacağı rol böyükdür. Həmçinin cənab Prezidentin Rusiyaya səfərindən öncə bildirdiyi fikirlər və orada səsləndirdiyi bir çox məqamlar var. Düşünürəm ki, artıq bu problemlərin aradan qalxmasına çox müsbət təsir edəcək. Rusiya da ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşır. Ermənistan və Azərbaycan arasında sərhədlərin tanınması prosesi sürətlənə bilər və yəqin ki, yaxın vaxtda sülh müqaviləsinin də imzalanması gündəmdə olacaq. Çünki istənilən münaqişə bitdikdən sonra sülh müqaviləsinin bağlanması labüddür. Ermənistan da gec-tez bunu anlayacaq”.
Milli Məclisin deputatı Könül Nurullayeva da Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərini şərh edərkən bildirib ki, dövlət başçılarının görüşdə ifadə etdikləri fikirlərdən aydın oldu ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. K.Nurullayeva qeyd edib ki, görüşdə diqqətçəkən əsas məqamlardan biri Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələrin aparılması oldu: “Bu, iki dövlət başçısı arasında şəxsi münasibətlərin, ikitərəfli əlaqələrin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir. Biz bu görüşə postmünaqişə dövrü prizmasından baxdıqda daha vacib məqamların üzərində dayanmaq zərurəti yaranır. Azərbaycan və Rusiya 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. Nəzərə alsaq ki, bu razılaşma, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Bu, o deməkdir ki, Rusiya da təkcə dəmir yolu nəqliyyatının deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Görünən budur ki, Ermənistanın bu dəhlizin açılmasına süni əngəl törətmək cəhdləri iflasa uğrayır. Məsələ burasındadır ki, 2020-ci il 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də az deyil. Əslində, həmin qüvvələr bu yanaşma ilə regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmadıqlarını göstərirlər. Amma regionun əsas lokomotivi Azərbaycanın, eləcə də Rusiyanın qətiyyətli mövqeyi destruktiv cəhdlərin nəticə verməyəcəyinə əminlik yaradır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03

