Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

31.07.2021 [09:25]

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənova təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirildiyi məruzə olunub. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki xüsusiyyətlərini və istifadə qaydalarını öyrənirlər.

Eyni zamanda, hərbi qulluqçular silah və hərbi texnikanın digər müasir nümunələrini də öyrənir, taktikada və döyüş hazırlığının digər fənlərində öz vərdişlərini təkmilləşdirirlər. Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

Sonda müdafiə naziri hərbi qulluqçuların tank və piyada döyüş maşınlarında yerinə yetirdikləri təlim tapşırıqlarını və atış məşğələlərini izləyib.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30