/ / Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03.08.2021 [09:22]
Prezident İlham Əliyev: Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyan və özünün ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında hazırda yeni çağırışlar durur. Bu çağırışlar, ilk növbədə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasını həyata keçirmək və oraya Böyük Qayıdışı təmin etməklə bağlıdır. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında videoformatda təqdim olunan çıxışında Böyük Qayıdışı təmin etməyin Azərbaycanın əsas prioritetləri sırasında yer aldığını diqqətə çatdıraraq vurğulayıb: “Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir”.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi birinci dərəcəli vəzifə kimi müəyyənləşdirilib
Ölkəmiz işğaldan azad edilən ərazilərin bərpasını və Böyük Qayıdışı planlı şəkildə həyata keçirir. Artıq bərpa planları ilə bağlı prioritetlər də müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi birinci dərəcəli vəzifə kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Daşkəsən rayonuna səfəri çərçivəsində “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədikdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin önəminə xüsusi diqqət çəkib. “Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır”.
Azərbaycanın Böyük Qayıdış planında işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. İşğalçı Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətləri sırasında üç onillik ərzində işğal altında saxladığı ərazilərimizi minalaması xüsusi yer tutur. İşğalçı Ermənistan tərəfindən hərbi təyinatı olmayan ərazilərin belə minalanması müharibə cinayətidir. Təbii ki, minalanmış ərazilər xəritələşdirilib. Beynəlxalq konvensiyalara əsasən, müharibədən sonrakı mərhələdə minalanmış ərazilərin xəritələri qarşı tərəfə təhvil verilməlidir. Ancaq müharibədə məğlub olan Ermənistan bunu etmir. Burada Ermənistan çirkin məqsəd güdür. Qarşı tərəfin niyyəti odur ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası, azərbaycanlıların bu yerlərə qayıdışı ləngisin və daha çox sayda mülki şəxs xəsarət alsın və yaxud həyatını itirsin. Qeyd edək ki, müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə təxminən 150 mülki şəxs minaya düşərək ya həyatla vidalaşıb, ya da ağır bədən xəsarəti alıb. Prezident İlham Əliyevin mövqeyi belədir ki, düşmənin mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. “Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi istiqamətində qarşıya qoyulan hədəf ondan ibarətdir ki, bu işlər həm mümkün qədər qısa müddətdə, həm də yüksək keyfiyyət və dəqiqliklə həyata keçirilsin. Bunun üçün qüvvələr səfərbər olunub. Bununla bağlı bir neçə istiqamətdə iş aparılır. İlk növbədə, infrastruktur obyektlərinin inşası aparılan ərazilər yoxlanılaraq minalardan təmizlənir. Ümumiyyətlə, ərazilərin minalardan qısa müddətdə təmizlənməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Məlum olduğu kimi, Prezident İlham Əliyev 15 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA-nın peşəkar kollektivi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasını getdikcə genişləndirir. Ərazilərin minalardan təmizlənməsi əməliyyatları ilə yanaşı, ANAMA işğaldan azad edilən ərazilərdə arıçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri, eləcə də energetika, bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlər müharibədən zərərçəkmiş rayonların məktəblərində və məcburi köçkün qəsəbələrində də davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün görülən işlər müxtəlif istiqamətləri əhatə edir
Minalardan təmizlənmiş ərazilərdə aparılan bərpa işləri müxtəlif istiqamətləri əhatə edir. Buraya həm Böyük Qayıdış üçün zəruri olan infrastruktur quruculuğu, həm də yaşayış məntəqələrinin, eləcə də tarixi mədəni-dini abidələrin bərpası aiddir. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamız işğaldan azad edilmiş ərazilərin bərpasını da yeni yanaşmalar, “Yaşıl enerji”, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarını tətbiq etməklə həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq səviyyəli üç hava limanının inşası nəzərdə tutulub. Füzulidə və Zəngilanda inşa olunan hava limanlarının təməlqoyma mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Növbəti hava limanı isə Laçın rayonunun ərazisində inşa olunacaq.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir. Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Artıq Zəfər yolunda asfaltlama işləri aparılır. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. Paralel şəkildə 4-6 zolaqlı Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları çəkilir. Kəlbəcər və Laçın rayonlarında çəkilən hərbi əhəmiyyətli yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Göygöldən Ömər aşırımı üzrərindən çəkilən yol Kəlbəcərə rahat gediş-gəlişi təmin edəcək. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə böyükmiqyaslı işlərin görülməsini qəhrəmanlıq kimi səciyyələndirərək vurğulayıb: “Bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq”.
İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğunun digər mühüm istiqamətlərindən birini enerji güclərinin bərpası və yaxud yenilərinin yaradılması təşkil edir. Qısa müddətdə 110/35/10 kilovoltluq “Füzuli” və eyni gücə malik “Şuşa” yarımstansiyalarının tikintisi yüksək keyfiyyətlə tamamlanaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. Ümumiyyətlə, Azərbaycan işğaldan azad edilən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaların hamısını yenidən qurmaq niyyətindədir. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə enerji güclərinin bərpa olunması istiqamətində layihələrin uğurla reallaşdırılmasından məmnunluğunu bildirərək “Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar”, - deyə vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası ilə bağlı ilk layihələrin də icrasına başlanıb. Cari ilin aprel ayında Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in təməli qoyulub. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Artıq Ağdamın Baş Planı təsdiqlənib. Yaxın vaxtlarda Füzulinin, Cəbrayılın Baş planları da ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Zəngilan şəhərinin Baş Planının hazırlanması prosesinə başlanıb. Həmçinin xüsusi layihələr əsasında Qubadlı, Laçın və Kəlbəcər şəhərləri də yenidən qurulacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

