15 sentyabr Zəfər yürüşü - Bakının xilası
15.09.2021 [12:49]
Azərbaycanın tarixində elə önəmli hadisələr baş verib ki, xalqımız onları həmişə minnətdarlıq hissi ilə xatırlayır. Belə hadisələrdən biri də 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulmasıdır. Beş minlik əlahiddə Azərbaycan hərbi korpusunun, beşinci, doqquzuncu və on beşinci Çanaqqala alaylarının bazasında yaradılan Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərində zəfərindən sonra Bakı tarixdə ilk dəfə Azərbaycanın paytaxtı elan edildi.
15 sentyabr Azərbaycan Türkiyə qardaşlığı, birliyi günü kimi səciyyələndirilir. Bu da 1918-ci ilin payızında baş verən hadisələrin böyük tarixi və ictimai-siyasi önəmi ilə bağlıdır. Bəllidir ki, Bakı və bütövlükdə Azərbaycan zəngin sərvətləri, əlverişli coğrafi mövqeyi ilə həmişə imperialist güc mərkəzlərinin maraq dairəsində olub. 1918-ci ildə Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialist güc mərkəzləri də Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi reallıqlar fonunda Bakının tez bir zamanda işğaldan azad edilməsi həyati zərurətə çevrilmişdi. Təbii ki, o dövrdə 1918-ci il mayın 28-də elan edilən və Bakının işğal altında olması səbəbindən Gəncədə məskunlaşmaq məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Bakını təkbaşına işğaldan azad etməyə kifayət qədər hərbi gücü yox idi. Belə şəraitdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi.
Azərbaycanın milli dövlətinin qurulması və Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsi imperialist güc mərkəzlərinin, xüsusilə də daşnak-bolşevik birləşmələrinin hiddətinə səbəb olmuşdu. İki istiqamətdən Gəncəyə doğru irəliləyən daşnak-bolşevik birləşmələri qarşılarına Gəncəni də öz nəzarətləri altına keçirmək, burada AXC-nin fəaliyyətinə imkan verməmək, milli hökuməti elə beşikdəcə boğmaq kimi məkrli niyyət qoymuşdular. Qafqaz İslam Ordusunun qətiyyəti sayəsində bu məkrli plan baş tutmadı və üç gün ərzində ermənilər Gəncə istiqamətində tamam tərk-silah edildilər. Bununla da Gəncədə AXC hökuməti üçün gözlənilən təhlükənin qarşısı alındı.
Gəncədən sonra AXC hökumətinin və Qafqaz İslam Ordusunun qarşısında duran əsas vəzifə Bakının azad edilməsi ilə bağlı idi. Gəncədən Bakıya istiqamət götürən Qafqaz İslam Ordusu yol boyunca bir sıra döyüşlərdə 20 minlik Bakı soveti qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradaraq Bakıya yaxınlaşdı. Şəhər uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. Beləliklə, 103 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır. Bu tarixi qələbədən sonra AXC hökuməti fəaliyyətini Bakıda davam etdirməyə başladı.
Bir millətin iki dövləti arasında birliyin rəmzinə çevrilən tarixi hadisələr sırasında paradların keçirilməsi xüsusi yer tutur. Son bir neçə ildə Bakının “Azadlıq” meydanında iki möhtəşəm parad keçirilib. Bunlardan biri 2018-ci il sentyabrın 15-də baş tutan və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad idi. 2020-ci il dekabrın 10-da isə Bakının “Azadlıq” meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Müstəqil Azərbaycan üçün böyük hərbi-siyasi önəm daşıyan hər iki möhtəşəm paradda Azərbaycan Prezidenti İlham Əliyevin yanında qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dayandı. Azərbaycanın hərbi gücünü dünyaya nümayiş etdirən paradlarda iki qardaş ölkənin liderlərinin yan-yana dayanmaları son dərəcə qürurverici idi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45

