Yeni Dumadan fərqli gözləntilər
21.09.2021 [13:54]
Rəsmi Moskva qarşıdakı dövrdə hansı prioritetlərində korrektələr edə bilər?
Xəbər verildiyi kimi, sentyabrın 17-dən 19-na kimi davam edən Rusiya parlamentinin aşağı palatasına - Dövlət Dumasına seçkilər başa çatıb. Açıqlanan ilkin nəticələrə görə, dumanın 225 deputatının seçildiyi proporsional sistem üzrə 14 partiya mübarizə aparıb. 5 faizlik səs baryerini aşa bilən 5 partiya - Vahid Rusiya Partiyası 48,97 faizlə, Kommunist Partiyası 20,05 faizlə, Liberal Demokrat Partiyası 7,61 faizlə, Ədalətli Rusiya Partiyası 7,38 faizlə, Yeni Adamlar Partiyası isə 5,46 faizlə parlamentdə təmsilçilik qazanıb. Majoritar sistemə gəlincə isə, 225 dairənin 195-də Vahid Rusiya Partiyası önə çıxıb, 15 dairədə Kommunist Partiyası, 7 dairədə Ədalətli Rusiya Partiyası qalib gəlib, Liberal Demokrat Partiyası, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yabloko Partiyası, Yüksəliş Partiyası hərəyə 1 mandat, müstəqil namizədlər 3 mandat götürüb. Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir. Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir.
Qeyd etmək lazımdır ki, budəfəki seçkilərdə Vahid Rusiya Partiyasının namizədləri sırasında xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu da var. Bu isə, həm də Rusiyada nazir statusunda yeni simaların ortaya çıxacağı deməkdir.
Vurğulanmalıdır ki, 3 gün davam edən seçki prosesi ilə bağlı ekspertlərin fikirləri də fərqlidir. Bununla yanaşı, seçkilərin Rusiyanın xarici siyasət kursuna, ən əsası isə region dövlətləri ilə münasibətlərinə hansı təsirlərlə yadda qalacağı da böyük maraq kəsb edir.
Azərbaycan Parlamentinin Müşahidə missiyası çərçivəsində Rusiya Dövlət Dumasına seçkiləri izləyən Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, ümumilikdə seçki prosesi müsbət məcrada inkişaf edib. Rusiya Dövlət Dumasının və Federasiya Şurasının rəhbərliyi ilə görüşdüklərini bildirən A.Məmmədov bir çox seçki məntəqələrində seçki prosesini izlədiklərini diqqətə çatdırıb: “Seçicilər və seçki prosesini həyata keçirən məsul şəxslərlə ətraflı söhbət etdik. Səsvermə Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmişdi və prosesi izləyərkən əhalinin seçkiyə marağının yüksək olduğunu gördük. Seçicilərin səsvermə hüququndan sərbəst şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılmışdı, seçki məntəqələrində rəqəmsal videonəzarət sistemi quraşdırılmışdı. Müşahidə apardığımız məntəqələrdə təşkilatçılıq yüksək səviyyədə idi, xarici və yerli müşahidəçilərin səsvermə prosesini izləməsi üçün lazımi şərait yaradılmışdı”.
Millət vəkilinin sözlərinə görə, yeni seçilən parlament Rusiya-Azərbaycan münasibətlərinin daha yüksək səviyyədə inkişafına müsbət təsir göstərəcək. Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən millət vəkilinin sözlərinə görə, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrovun partiyanın federal siyahısında lider olmaları iki ölkə arasında parlamentlərarası əlaqələrin də gələcək inkişafına müsbət töhfə verə bilər.
Politoloq Qabil Hüseynli isə Rusiyada keçirilən parlament seçkilərinin dünya standartları səviyyəsindən xeyli aşağı olduğunu düşünür. Seçki prosesində çatışmazlıqların olduğunu deyən politoloqun fikrincə, bu seçki pozuntuları əsasən Rusiyanın uzaq bölgələrində - uzaq Şərqdə və şimal rayonlarında baş verib: “Təbii ki, seçkinin nəticələri ilə bağlı da mühüm məqamlar var. Əsas məqamlardan biri xarici işlər naziri Lavrovun və müdafiə naziri Şoyqunun timsalında Rusiyanın siyasi elitasındakı yerdəyişmələrdir. Bu iki şəxsin duma seçkilərində namizəd kimi iştirak etməsi, idarəetmə aparatına yeni kadrların cəlb olunması deməkdir. Qeyd edim ki, Lavrov Rusiyada mühüm siyasi fiqurlardan sayıldığı üçün onun Dövlət Dumasında mühüm vəzifələrdən birini tutması da gözlənilir. Bununla bağlı Rusiya KİV-ləri də yazır”.
“Rusiyada dövlət idarəetmə sistemi daha da möhkəmləndirilir” - deyən Q.Hüseynlinin sözlərinə görə, aparılan yerdəyişmələr buna əsaslanır. Eləcə də, burada gələcəyə hesablanmış müəyyən siyasi-taktiki gedişləri də sezmək mümkündür. “Yeni təyin olunacaq müdafiə və xarici işlər nazirləri də Rusiyanın mövqeyinin gücləndirilməsi istiqamətində iş aparacaqlar. Yəqin ki, Cənubi Qafqaz regionu ilə bağlı siyasət də bura daxildir və münasibətlərin inkişafı yönündə hansısa addımlar atılacaq. Yeni komandanın buna nə dərəcədə nail olacağını isə zaman göstərəcək. Vahid Rusiya Partiyasının parlamentdə daha çox yer qazanması mərkəzi hakimiyyətin güclənməsinə yol açacaq”, - deyən Q.Hüseynlinin fikrincə, yeni dönəmdə Rusiyanın Qərblə münasibətlərində də hər hansı bir korrektə gözlənilmir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

