Tehran niyə narahatdır?
06.10.2021 [15:23]
Dövlətin öz diplomatik dili varsa, o, hansısa əyalət mollasının üslubunda danışmamalıdır
Bütün bu illər ərzində Prezident İlham Əliyevin siyasətində Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətin istifadəsinin yolverilməz olması qırmızı xətt kimi keçib
Bu gün Avrasiyada tarixi anlar yaşanır. Öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycanın strateji təşəbbüsləri ilə Asiyadan Avropaya doğru geniş bir coğrafiyada yeni əməkdaşlıq imkanları formalaşır. Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar regionda bütün xalqlar və dövlətlər üçün mühüm dividendlər, yaxşı perspektivlər vəd edir. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, rasional yanaşma və praqmatik davranış ortaya qoymaq lazımdır. Amma biz hazırda bunu bütün region dövlətlərinin timsalında müşahidə etmirik.
Regionda yeni etimad mühitinin yaranması İranı qane etmir?
Çox uzağa getməyək: elə İran İslam Respublikasından duyulan siyasi səslər - müxtəlif açıqlamalar, bəyanatlar qonşu ölkənin Azərbaycanın tarixi qələbəsindən, postkonflikt dövrünün reallıqlarından narahat olduğunu göstərir. Yeni situasiya fonunda gələcək proseslərdən kənarda qaldığını düşünərək, əməkdaşlıq platformalarına qoşulmaq istəməyən İranın siyasi isterika vəziyyəti isə anlaşılan deyil. Üstəlik, maraqlıdır, 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarının işğal altında olmasından, xalqımızın tarixi, dini və mədəni dəyərlərinin erməni vandalizminin təcavüzünə məruz qalmasından bu qədər narahatlıq keçirməyən bu müsəlman dövlətinin indiki həyəcanı nədən qaynaqlanır? Məgər regionda yeni etimad mühitinin yaranması, çoxtərəfli əməkdaşlıq imkanlarının genişlənməsi Tehranı qane etmir?
Görünən odur ki, İran özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss edir, rasional qərar verə və praqmatik addım ata bilmir. Bu isə yeni geosiyasi konfiqurasiyadan kənarda qalaraq bölgədə siyasi autsayder vəziyyətinə düşmək deməkdir.
Diplomatiya və informasiya siyasəti əyalət mollasının siyasi moizələrindən ibarətdir?
Respublikamız qonşu İranla dostluq münasibətlərinin tarixi ənənələr və siyasi-mənəvi dəyərlər əsasında, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində inkişafının tərəfdarı olduğunu dəfələrlə ifadə edib. Hətta bütün bu illər ərzində Prezident İlham Əliyevin siyasətində Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətin istifadəsinin yolverilməz olması qırmızı xətt kimi keçib. Elə bu gün də Azərbaycan xoş niyyət göstərir, dostluq əlini uzadır, siyasi jestlərlə etimad mühitinin dərinləşməsinə töhfə verir. Amma bunun müqabilində ölkəmizə qarşı hansısa ittihamlar səslənir, absurd - mənasız iddiaların ictimai rəyə sırınması cəhdləri müşahidə olunur.
Bu yaxınlarda İranın hansısa əyalət mollasının Azərbaycana qarşı iftiralar səsləndirməsi tarixi ənənələrə və siyasi ənənələrə zidd olmaqla yanaşı, qəbuledilməzdir. Əyalət mollasını ölkənin danışan dilinə çevirmək isə heç də dövlətçilik ənənələrindən, diplomatiyadan və böyük siyasətdən xəbər vermir. Maraqlı və paradoksaldır: özünü regional güc mərkəzi adlandıran bir dövlətin informasiya - diplomatiya kanalı siyasi moizələr səviyyəsində fəaliyyət göstərir?! Bunun ardınca, bəzi rəsmi şəxslərin əyalət mollasının açdığı cığırdan irəliləyərək Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmələri isə daha bir reallığı ortaya çıxarır və belə bir nəticəyə gəlməyə imkan verir: rasional dövlət ağlı olmadan, ölkənin uğurlu gələcəyini təmin etmək və milli maraqları qorumaq olmaz!
Tehran geostrateji seçim qarşısında...
Təbii ki, Tehranın bu mövqeyi regionda reallıqları dəyişə, geoiqtisadi və geosiyasi proseslərə yön verə bilməz. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Təhlükəsizlik və əməkdaşlıq şəraitində kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin reallaşması və digər işbirliyi layihələrinin reallaşdırılması bölgənin geostrateji gələcəyinin inşasıdır.
Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın razılığı olmadan bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Hazırkı reallıqlar Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatında yeni əməkdaşlıq platformasının gerçəkləşməsi perspektivi yaradır. Rifah və inkişafdan kənarda qalmaq istəməyən dövlət isə bu platformaya qoşula, konstruktiv mövqedən çıxış edərək əməkdaşlıq imkanlarından faydalana bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

