Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: YAP namizədlərinin siyahısını seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacaq

Mübariz Qurbanlı: YAP namizədlərinin siyahısını seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacaq

24.06.2010 [09:34]

“Yeni Azərbaycan Partiyası parlament seçkilərinə qatılacaq namizədlərinin müəyyənləşdirilməsi istiqamətində işləyir. Namizədlərimizi seçki prosesinə rəsmi start veriləndən sonra açıqlayacağıq”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Hakim partiya funksionerinin sözlərinə görə, namizədlərin adlarının əvvəlcədən açıqlanıb-açıqlanmaması o qədər də önəmli deyil. M.Qurbanlı YAP-da parlament seçkiləri ilə bağlı hazırlıq işlərinin davam etdirildiyini bildirib. İcra katibinin müavini deyib ki, seçkiyə hazırlıqla bağlı lazımi işlər həyata keçirilir: “Bizim seçkiyə hazırlıq proqramımız var. Hər bir iş proqrama uyğun görülür” .
M.Qurbanlı artıq bir çox siyasi təşkilatların seçkiyə qatılacaq namizədlərinin adlarını açıqlamasına da münasibət bildirib: “Hər bir siyasi təşkilatın namizədlərini elan etməsi məsələsində öz taktikası var”.

Paylaş:
Baxılıb: 1155 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30