İran geri çəkilir
14.10.2021 [10:39]
XİN rəhbərlərinin təması gərginliyi aradan qaldıracaqmı?
Rəsmi Tehran Azərbaycanla təhdid dilində danışmağın mümkünsüzlüyünü bir daha anladı
İran dövləti ölkəmizə qarşı davranışında yol verdiyi səhvləri anlamağa başlayıb. Bunun nəticəsidir ki, Azərbaycanla təhdid dilində danışmağın mümkünsüzlüyünü dərk edən rəsmi Tehran artıq hərəkətlərində və ritorikasında korrektələr edir, dövlətlərarası münasibətlərin normallaşması üçün addımlar atır. Oktyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı da buna misal ola bilər. Danışıqlarda son zamanlar ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğu vurğulanıb. Bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyi qeyd edilib. Həmçinin bildirilib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətlə yanaşmaq vacibdir. Nazirlər Azərbaycan vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə də gəliblər.
İşğal dövründəki davranışlar artıq keçərli deyil
İran artıq dərk edir ki, qonşuları ilə münasibətdə hər zaman dostluğa, əməkdaşlığa önəm verən Azərbaycanın bu mövqeyindən sui-istifadə mümkünsüzdür-rəsmi Tehranın son aylardakı davranışları həm də əlaqələrin gələcək inkişafını sual altına qoya bilər. Bu baxımdan, XİN rəhbərlərinin təması qarşılıqlı etimad mühitinin formalaşması baxımından ekspertlər tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fazil Mustafa da bütün məsələlərin məğzində məhz beynəlxalq hüququn dayandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan hər zaman bütün qonşuları kimi İranla da normal qonşuluq münasibətləri sərgiləyir: “Sadəcə, regionda yaranan yeni situasiyada İranın atdığı bəzi addımlarda, səsləndirdiyi fikirlərdə bizi narahat edən məqamlar oldu. Xüsusilə, Azərbaycan ərazisinə icazəsiz daxil olmaq, o cümlədən separatçı və terrorçu qüvvələrin qarşısını almaq üçün Azərbaycanın atdığı addımlar İran tərəfindən birmənalı qarşılanmadı. Görünür ki, artıq onlar da dərk edirlər ki, sərgilədikləri davranış beynəlxalq hüququn normalarına zidddir. İran Azərbaycanın reaksiyasını əvvəlcədən anlayışla qarşılamalıydı. Zənnimcə, artıq qarşılayırlar. Amma yenə də münasibətlərdəki soyuqluğu saxlayan, etimadsızlıq ortamı yaradan məsələlər mövcuddur. Təbii ki, bu məsələlər də öz həllini tapmalıdır. Gərginliyin davam etməsi qonşu dövlətlərə fayda gətirmir”.
Bu baxımdan da, XİN rəhbərləri arasındakı telefon danışığını müsbət addım kimi dəyərləndirən millət vəkili bildirib ki, bu, münasibətlərin tənzimlənməsi baxımından faydalıdır. Azərbaycanın hər zaman qarşılıqlı anlaşmanın və beynəlxalq hüququn tələblərinə əməl olunmasının tərəfdarı kimi çıxış etdiyini xatırladan F.Mustafanın qənatinə görə, bu iki problem öz həllini taparsa, ortadakı anlaşılmazlıq da azalar. “Bütün hallarda İranın Azərbaycanla münasibətinin yeni və sağlam məntiqə söykənən prinsiplər üzərində qurulmasının tərəfdarıyıq. Ümid edək ki, XİN rəhbərlərinin dialoqu inkişaf edəcək və mövcud gərginlik etmad mühiti ilə əvəzlənəcək”, - deyən millət vəkili onu da əlavə edib ki, İran, Pakistan-Türkiyə-Azərbaycan koordinasiyasının birgə hərbi təlimlərindən, eləcə də Azərbaycanın bölgədə gücünün artmasından narahat olur. Onun fikrincə, yeni kommunikasiya ilə bağlı məsələ də burada müəyyən rol oynayır: “Azərbaycan “Zəngəzur dəhlizi” və ya əməkdaşlıq məsələsində səmimi və açıq mövqe bildirib. Burada İranın marağına zidd ola biləcək hər hansı bir məqam yoxdur. Əksinə, İranın da iştirak edə biləcəyi, iqtisadi inkişafı üçün yararlanacağı format təklif olunur. Bu baxımdan, İran məsələlərə yanaşmasını dəyişməlidir. İşğal dövründəki qeyri-müəyyən davranışlar artıq keçərli deyil. Torpaqlara, sərhədlərə Azərbaycan nəzarət edirsə, məsələlərə köhnə vərdişlər və ya streotiplərlə yanaşmaq olmaz. Bizim də İranın o dövrdəki davranışları ilə bağlı xeyli narazılığımız var və bunu da dilə gətiririk. Hətta İranın ərazilərimizə daxil olması suveren hüquqlarımızın, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Azərbaycan bu məsələni də qabartmağa maraqlı görünmürdü. Amma İran guya bu məsələlər olmamış kimi davranmağa çalışdı. Xatırladandan sonra anladılar ki, böyük siyasi və hüquqi özbaşınalığa yol veriblər. Yenə də biz keçmişi təftiş etməkdə maraqlı deyilik, gələcəyə baxmağı düşünürük və İran da gələcəyə baxmalıdır. İran dövləti anlamalıdır ki, Azərbaycan onlara qarşı hər hansı bir prosesdə iştirak etməkdə maraqlı deyil. Azərbaycan öz təhlükəsizliyini qoruyur. İran da Azərbaycan üçün təhlükə mənbəyinə çevrilməməli, xüsusilə, Azərbaycana düşmən olan qüvvələri və ölkəni dəstəkləməyə davam etməməlidir. Gərginliyi yaradan əsas amil budur və inanıram ki, qarşılıqlı danışıqlardan sonra bu problem aradan qalxacaq”.
Politoloq Zaur Məmmədov da Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığını vacib dialoq adlandırıb. Son dövrlərdə rəsmi Tehranla münasibətlərdə gərginliyin yaşandığını önə çəkən Z.Məmmədov İranın hərbi dairələrinin və xarici siyasətinə əsas istiqamətverici qüvvələrin anti-Azərbaycan bəyanatları verdiyini xatırladıb: “Təbii ki, bu bəyanatlar Azərbaycan dövləti və cəmiyyəti tərəfindən xoş qarşılanmır. Əslində, İran dövləti bir çox məsələlərlə bağlı Azərbaycana təşəkkür etməlidir. Bizim qonşuluğa verdiyimiz dəyərin və İrana qarşı hər hansı bir prosesdə iştirak etməməyimizin qarşılığında ölkəmizi hansısa anti-İran fəaliyyətində ittiham etmək yersiz və əsassızdır. Birmənalı şəkildə deyim ki, İranın Azərbaycana qarşı əsassız ittihamlarının yeganə səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsindən qalib çıxması və bölgədə mövqeyimizin güclənməsidir. İran bundan narahatdır”.
İran Qərbi Zəngəzur vasitəsilə yeni kommunikasiya xətlərinin açılışını da özü üçün təhdid kimi görür
Z.Məmmədovun fikrincə, İran Qərbi Zəngəzur vasitəsilə yeni kommunikasiya xətlərinin açılışını da özü üçün təhdid kimi görür. Azərbaycanın öz tarixi torpaqları haqda xatırlatmaları bu ölkəni daha da qorxuya salır: “İran rəsmiləri son dövrlərdə Qərbi Zəngəzurla bağlı səsləndirilən məsələdən narahat olub “sərhədlər dəyişilməzdir” şəklində bəyanatlar verirlər. Daha açıq desək, onlar Qərbi Zəngəzurun Azərbaycana birləşməsinin yaradacağı presedentdən çəkinirlər. Hər bir halda anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Azərbaycan hər zaman qonşuları ilə, eləcə də başqa ölkələrlə bərabərhüquqlu qarşılıqlı münasibətlərə üstünlük verir”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

