Avrasiya İqtisadi Birliyi yenilənir?
11.11.2021 [10:47]
Rusiya ilə Belarusun “vahid ittifaq”da birləşmə ehtimalı təşkilatda birmənalı qarşılanmır
Uzun illərdir Rusiya ilə Belarus arasında gedən birləşmə müzakirəsi yenidən aktuallaşır. Dövlət başçılarının bu istiqamətdə apardıqları danışıqların müsbət nəticələr verəcəyinə əmin olan bir sıra ekspertlər hətta bu İttifaqın gələcəkdə yeni bir dövlətə-SSRİ modelinə çevrilə bilmə ehtimalından da bəhs edirlər. Məsələn, Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiyaya inteqrasiya komitəsinin rəhbəri Leonid Kalaşnikovun fikrincə, keçmiş sovet respublikaları da bu formanın üstünlüklərini qiymətləndirərək, sonradan prosesə qoşula bilər. Bununla belə, nəzərdə tutulan “İttifaq”ın yaranma və Avrasiya İttifaqına daxil olan ölkələrin də məhz bu formatda orada təmsil olunma perspektivi hələlik inandırıcı görünmür.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən bildirib ki, Rusiya Federasiyası və Belarus dövləti bir sıra təşkilatlarda birgə təmsil olunmaqdadır. İki dövlətin həm Avrasiya İqtisadi Birliyində, həm Avrasiya Gömrük İttifaqında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olduqlarını önə çəkən millət vəkili vurğulayıb: “Belarusla Rusiyanın vahid ittifaq içində birləşməsi ilə bağlı mesajlar yeni deyil. Dəfələrlə bununla bağlı istər Aleksandr Lukoşenko, istərsə də Vladimir Putin tərəfindən fikirlər irəli sürülüb. Bununla belə, bəhs edilən ittifaq hələ də reallaşmayıb. Hətta birləşmə ilə bağlı əvvəlki dönəmdə daha qətiyyətli mövqe ifadə olunurdusa belə, bu baş vermədi. Fikrimcə, dövlətlər əvvəlcə hansı formatda birləşəcəklərini müəyyənləşdirməlidir. Çünki əgər söhbət iqtisadi-hərbi yaxınlaşmadan gedirsə, bu, onsuz da mövcuddur. Əgər bir dövlətdə birləşmədən söz açılırsa, bunun da formatı bəlli olmalıdır. Fikrimcə, bu suallar öz cavabını tapmalıdır. Bununla belə, bu ölkələrin ittifaq və ya vahid dövlət formatında birləşməsi onların suveren hüquqları, xalqlarının verəcəyi qərardır”.
Belə bir İttifaqın sonradan SSRİ-nin bərpasına yol aça bilmə ehtimalına gəldikdə isə R.Həsən bunu real saymır. Onun sözlərinə görə, SSRİ bir daha geri qayıtmamaq şərtilə tarixin arxivinə gedib: “Belə bir perspektiv üfüqdə də görünmür”.
Politoloq İlqar Vəlizadə də belə bir İttifaqın yaranması üçün uzun müddətin gərək olmasını düşünür. Hazırda bir dövlətdə birləşmənin müzakirə mövzusu olmadığını bildirən İ.Vəlizadənin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukoşenko atılan siyasi addımların dövlətinin müstəqilliyinin möhkəmlənməsinə yönəldiyini vurğulayıb: “İttifaq ideyası yeni bir dövlətin yaranmasından daha çox ikitərəfli inteqrasiyanın dərinləşməsinə hesablanılıb. Burada əsasən iqtisadi məsələlər prioritet təşkil edir. Aparılan müzakirələrdən görünür ki, bu format SSRİ-dən çox Avropa İttifaqını xatırladır. Amma birlik məsələsinin yaxın perspektivdə reallaşması inandırıcı deyil. Çünki bununla bağlı son iyirmi ildə imzalanan sənədlərin əksəriyyəti yenidən işlənməlidir. Bu sənədlərin işlək, səmərəli şəklə gətirilməsi üçün baza yenilənməlidir”.
İ.Vəlizadə də Rusiya ilə Belarusun bir sıra ittifaqlarda birgə təmsil olunduğunu diqqətə çatdıraraq bildirib ki, bu ittifaqların əsasında yeni dövlətin yaranması mümkün deyil. Burada söhbət, köhnə İttifaqın keyfiyyətcə yenilənməsidir: “Bunun nə dərəcədə səmərəli və faydalı olacağını zaman göstərəcək. Vaxtilə çox sənədlər qəbul olunub, amma işlək olmayıb. Tərəflər ən azı Avrasiya İt?ifaqı çərçivəsində Avropa İttifaqı modelini təqdim etmək niyyətindədirlər. Amma bu, sadəcə niyyətdir. Reallıqda Avrasiya İttifaqına daxil olan digər dövlətlərin bu modeli seçəcəyi inandırıcı görünmür”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

