26 yaşlı Konstitusiyamız!
12.11.2021 [09:59]
Konstitusiyamıza əlavə və dəyişikliklər edilməlidirmi?
Konstitusiya ölkəmizdə hakimiyyət bölgüsünü təmin etməklə yanaşı, siyasi partiyalar başda olmaqla, subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yaradıb
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 26 il ötür. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
1995-ci il noyabr ayının 12-də ilk Milli Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi (Konstitusiyanın 48 maddəsi, yəni üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdi) ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Vüqar İskəndərovun fikrincə, 26 il öncə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Əsas Qanunu, eyni zamanda milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı. İlk milli Konstitusiyamızın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolunu yüksək qiymətləndirən millət vəkili vurğulayıb ki, Konstitusiya ölkəmizdə hakimiyyət bölgüsünü təmin etməklə yanaşı, siyasi partiyalar başda olmaqla, subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yaradıb. Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin etmək mümkün oldu: “Sonrakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər müasir çağırışları və yenilikləri özündə əks etdirməkdədir. Azərbaycan dövləti bu gün qlobal dünyanın mühüm siyasi aktorlarından birinə çevrilib. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da bu prosesə xüsusi töhfələr bəxş edib. Bu dəyişikliklər qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib”.
Millət vəkili bildirib ki, Azərbaycan dövləti hər zaman yeniliklərə və islahatlara açıqdır. Qarşıdakı dövrdə də Konstitusiyaya milli maraqların təmin edilməsi baxımından dövlətin inkişafına xidmət göstərən əlavələrin və dəyişikliklərin edilməsi zərurətinin meydana çıxması istisna edilmir. Onun fikrincə, bu dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edə bilər.
Partiyalaşma institutunun yenidən dirçəlməsi baxımından proporsional seçki sisteminin bərpasına ehtiyac var
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyamızın mükəmməl hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən müddət ərzində keçirilən referendumlarla Konstitusiyaya bir sıra zəruri əlavə və dəyişikliklər edilib. A.Əlizadə bəzi dəyişikliklərin birmənalı qarşılanmadığı fikrindədir: “Xüsusilə, 2002-ci ildəki Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanda proporsional seçki sisteminin ləğv edilməsi, parlamentin formalaşdırılmasında yalnız mojaritar seçki sistemindən istifadə ilə bağlı qərar fikrimcə, o qədər doğru qərar deyil. Azərbaycanda partiyalaşma institutunun yenidən dirçəlməsi, siyasi partiyaların ölkənin siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi baxımından proporsional seçki sisteminin bərpasına ehtiyac var. Bu barədə cəmiyyətdə də bir sıra fikirlər səsləndirilir. Biz də AMİP olaraq bununla bağlı təkliflərimizi vermişik, səsləndirmişik. Hesab edirəm ki, ölkədə yenidən referendum həyata keçirməklə yeni dövrün çağırışlarını özündə əks etdirən bir sıra düzəlişlərin edilməsinə ehtiyac var. Ümumilikdə isə, Azərbaycan Konstitusiyası kifayət qədər mükəmməldir və bu sənədin dövlət müstəqilliyimizi tam olaraq əhatə etməsinə şübhə yoxdur. İnsan hüquq və azadlıqlarının qorunması ilə bağlı bütün müddəalar Konstitusiyada öz əksini tapıb”.
“Siyasi partiyalar haqqında” Qanun Konstitusiya normalarına əsaslanmalıdır
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Konstitusiyanın varlığını böyük nailiyyət adlandırıb və bunu ölkənin müstəqilliyinin göstəricisi sayıb. Onun fikrincə, Konstitusiyanın mövcudluğu dövlətin mövcudluğundan xəbər verir və bu alqışlanmalıdır: “Təbii ki, zaman dəyişdikcə, dövr yeniləndikcə müəyyən əlavələrə, dəyişikliklərə ehtiyac duyulur. Xüsusən də, Azərbaycan Konstitusiyasında siyasi partiyalarla bağlı əlavələr edilməlidir. Siyasi partiyaların fəaliyyətinin konstitusion əsası olmalıdır. Bizim bütün qanunlar kimi “Siyasi partiyalar haqqında” Qanun da Konstitusiya normalarına əsaslanmalıdır. Amma təəssüf ki, bu, belə deyil. Konstitusiyamızda siyasi partiya ifadəsi belə yer almayıb. Digər tərəfdən, Azərbaycanda qanunların hüquqi gücünü artırmaq lazımdır. Məsələn, konstitusion hüquqların pozulması ilə bağlı hüquqi məsuliyyət nəzərdə tutulsa da, bu konkretləşdirilməyib və bu günə qədər konstitusion hüquqların pozulması ilə bağlı bir nəfər belə məsuliyyətə cəlb olunmayıb. Bu da onu göstərir ki, Azərbaycan Konstitusiyasının reqlamentasiyası düzgün müəyyənləşdirilməyib. Konstitusiyanın maddəsinin pozulması ilə bağlı hüquqi məsuliyyət konkretləşdirilməlidir. Bu halda konstitusion hüququ pozanlar da cinayət məsuliyyəti daşıyacaqlar”.
ADP sədri də proporsional seçki sisteminin bərpasını vacib hesab edib və bildirib ki, bu seçki sistemi ölkədə çoxpartiyalılığı göstərən əsas əlamətlərdəndir. “Azərbaycanda siyasi partiyalar seçkilərdə fəal iştirak etməlidir. Deputatlara bəzən “millət vəkili” deyilir, amma onları bütövlükdə millət deyil, bir dairənin seçiciləri seçib. Və deputat da həmin dairənin seçicilərinin maraqlarını qoruyur. Millətin parlamentin formalaşmasında tam iştirakını təmin etmək üçün proporsional seçki sistemi bərpa edilməldir”, - deyə S.Cəlaloğlu əlavə edib.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

