Paşinyan nədən və niyə qaçır?
13.11.2021 [09:03]
Ermənistan cəmiyyəti seçim etməlidir: siyasi fiaskoya məhkum revanşistlərin arxasında məhv ola bilərlər
Onların çıxış yolu Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirərək regionda yaranan yeni əməkdaşlıq platformasında yer almaq və düşdükləri iqtisadi böhrandan xilas olmaqdır
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından bir il ötsə də, Ermənistan regionda davamlı sülhün təmini istiqamətində heç bir addım atmır. Rəsmi İrəvanın vaxtilə “Dağlıq Qarabağ münaqişəsi”nin həlli ilə bağlı danışıqlardakı qeyri-konstruktiv, yalançı davranışları yenidən özünü büruzə verir. Belə ki, sələfləri Sarkisyanın, Köçəryanın sülh danışıqlarından yayınması estafetini indi Nikol Paşinyan davam etdirir.
Ötən bir il ərzində Ermənistanın və Azərbaycanın XİN rəhbərlərinin bir neçə dəfə masa arxasına oturması iki dövlət arasında son sənədin imzalanması ümidlərini yaratmışdı. Hətta Ermənistan KİV-i üçtərəfli Bəyanatın ildönümü ərəfəsində bunun mümkünlüyünü belə yazmışdı. Amma Nikol Paşinyanın bu dəfə də danışıqlardan “qaçması” proqnozları yanıltdı. Noyabrın 9-da keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov da bildirmişdi ki, üçtərəfli Bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan arasında hər hansı təmas nəzərdə tutulmur. Peskov görüşlə bağlı konkret anlaşmanın olmadığını söyləmişdi və qeyd etmişdi ki, Bakı və İrəvan müxtəlif səviyyələrdə əməkdaşlığı davam etdirir.
Maraqlıdır, Paşinyanın budəfəki “gizlənmə”sinin arxasında hansı səbəblər dayanır? Üçtərəfli Bəyanatın icrasının nəticələnməsinə mane olmağa çalışan Paşinyan nədən qorxur? Axı, Azərbaycan bölgədə yaradılan yeni iqtisadi reallığın Ermənistan üçün də xilas, bu ölkənin düşdüyü iqtisadi böhrandan yeganə nicat yolu olduğunu dəfələrlə bildirib. Bunun qarşılığında Paşinyan niyə hələ də masa arxasına oturmaqdan yayınır?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Paşinyanın bu davranışı daxili auditoriya ilə daha çox bağlıdır. 2020-ci ilin 10 noyabrında da Paşinyanın üçtərəfli Bəyanatı məhz gizli bir məkanda imzaladığını və üzə çıxmadığını xatırladan millət vəkilinin fikrincə, son dövrlərdə revanşist qüvvələrin bu ölkədə yaratdığı qarışıqlıqlar Paşinyanı qəti qərar verməkdən çəkindirən əsas amildir: “Bəlli olduğu kimi, hələ bir müddət öncə Ermənistan KİV-i noyabr ayında sülh danışıqları ilə bağlı prosesin yekunlaşacağı barədə yazmışdı. Həmin vaxt revanşist qüvvələrin əsas özəyini təşkil edən “Hayastan” bloku kütləvi aksiyalar keçirəcəyini bildirmişdi. Paşinyan, o cümlədən Ermənistan cəmiyyəti reallığı dərk edir və anlayır ki, onların xilası məhz Azərbaycanla münasibətləri normallaşdırmaqdan asılıdır. Belə demək mümkündürsə, Azərbaycanın yaratdığı yeni siyasi-iqtisadi mənzərə həm də Ermənistanın maraqlarına cavab verir. Açılacaq dəhlizlər bu ölkənin iqtisadi vəziyyətini sabitləşdirə bilər. Amma indiki halda revanşist qüvvələr bəzi xarici mərkəzlərin diktəsi ilə Ermənistan rəhbərliyini şantaj edirlər. Onlar dolayısı ilə dövlət çevrilişi edəcəklərini belə söyləyirlər. Çıxış yolu qalmayan Paşinyan isə gizlənməyə və danışıqlardan yayınmağa üstünlük verir”.
Millət vəkilinin sözlərinə görə, bu vəziyyət belə davam edə bilməz: “Onların çıxış yolu Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirərək regionda yaranan yeni əməkdaşlıq platformasında yer almaq və düşdükləri iqtisadi böhrandan xilas olmaqdır. Əks halda, əsassız iddialar irəli sürən və indidən siyasi fiaskoya məhkum revanşistlərin arxasında məhv olacaqlar. Bu revanşistlər illərlə Ermənistana rəhbərlik ediblər və Ermənistanın rəzil duruma düşməsinin də əsas səbəbkarlarıdırlar. Əgər vaxtında işğal siyasətindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etsəydilər, bəlkə də Ermənistan bugünkü ağır durumda olmazdı. Bu baxımdan, fikrimcə, Paşinyan da, Ermənistan cəmiyyəti də artıq öz qərarını verməli və regionda sabitliyin, davamlı sülhün təmininə mane olmamalıdırlar”, - deyə millət vəkili əlavə edib.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

