Qərbin inkişafına sinektik baxış
20.07.2010 [11:01]
Lazımdırsa cəhalətlə güləşmək,
Bir çarə var, o da yeniləşmək.
Mübariz Süleymanlıya görə (“Mədəniyyətdə müasirləşmə probleminə tarixi bir baxış”, Simurq, N 2, 2010) avropalaşma və müasirləşmə ideyası ətrafındakı müzakirələr Azərbaycan və Türkiyə ziyalılarını bir neçə yerə parçalamışdır. Mühafizəkar mövqedə duranlar belə hesab edirdilər ki, mədəniyyətdə müasirləşmək, dinin-imanın əldən getməsi ilə nəticələnəcək; Ə.Ağaoğlu kimi qərbçi mövqeli ziyalılar isə Qərb mədəniyyətinin istinasız qəbulu tərəfdarı olmuşlar; üçüncü mövqe tərəfdarları (Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə) elmi-texniki və mədəni yenilikləri mənimsəmək, ruhi-mənəvi dəyərləri isə mühafizə etməyi lazım bilmişlər.
Göründüyü kimi, Azərbaycanın tanınmış ziyalıları Qərbin texnogen mədəniyyətindən geriqalmada həmfikir deyillər və problemin həllində müxtəlif mövqedən çıxış edirlər.
O zamandan bəri çox vaxt keçməsinə baxmayaraq, vəziyyət az dəyişmişdir. Yenə əvvəlki kimi dünyada gedən proseslərin subyekti Qərb, obyekti isə Şərqdir.
Geriqalmanın səbəblərini düzgün müəyyən etmək üçün hesab edirəm ki, ona başqa tərəfdən baxmaq və problemi “Qərbin inkişafının əsas səbəbi nədir?” - sualı ətrafında çözələmək lazımdır. Başqa sözlə, Şərqin geri qalmasının səbəblərini araşdırmaqla bərabər, Qərbin inkişafının əsas səbəblərini öyrənməklə daha düzgün fikirlər söyləmək olardı. Bu yanaşmanın üstünlüyü bir də ondadır ki, daxili intellektual potensialı parçalamır, əksinə, bütün səylər bir hədəfə tərəf yönələr.
İstənilən canlının, o cümlədən də, insanın əsas məqsədi fiziki varlığını qoruyub saxlamaqdır. İnsanın yaşamasını təmin edən əsas potensial torpaqdadır. Adətən, torpağın üstü insanların yaşaması və işləməsi, təbii sərvətləri isə iqtisadiyyatı qaydaya salmaq üçün istifadə edilir. Bu səbəbdən də, dünya müharibələrinin əksəriyyəti torpaq tutmaq niyyəti ilə aparılmışdı.
Tarixən, Şərq xalqları günəşli, münbit və təbii sərvətlərlə zəngin torpaqlarda məskunlaşmışlar. Qərblilərin yerləşdiyi torpaqlar nisbətən az günəşli və az zəngindir. Bu fiziki fərq tarixin sonrakı gedişinə mühüm təsir göstərmişdir.
Son yüz illərin təcrübəsi göstərir ki, Şərq xalqlarının məskunlaşdığı torpağın potensialı üzərində məskunlaşan insanların rahat yaşaması üçün yetərli olduğundan, bu xalqlar tərəqqiyə çox meyilli deyillər. Qərb dövlətlərinin yerləşdiyi torpaqlarının potensialı, üzərində yaşayan əhalini layiqincə yaşatmağa kifayət etmədiyindən, bu xalqlar son bir neçə yüz illər ərzində davamlı müstəmləkəçilik, işğalçılıq siyasəti aparmışlar. Yaşamanı asanlaşdırmaq üçün müxtəlif texniki vasitələrin icadını və bu səbəbdən də təhsili də diqqət mərkəzində saxlamışlar. Alimin, ixtiraçının adi vətəndaşdan fərqini, başqa sözlə əqli gücün (alimin), fiziki gücdən (əsgərdən) qat-qat üstünlüyü vaxtında düzgün dəyərləndirilmiş və insanın böyük potensiala malik olduğu dərk edilmişdir. Deməli, Qərb düşüncəsinə görə insanın yaşaması üçün lazım olan digər əsas potensial insanın özüdür. Layiqincə dəyərləndirilsə, hər bir insan ayrılıqda, toplum isə bütövlükdə böyük potensiala malikdir. özünü qoruma instinktinin təsiri altında, qərblilər fərd kimi yox, toplum kimi yaşamanın faydalı olduğunu təbii olaraq dərk etmişlər, bu əsasda milli birlik və qüdrətli dövlətlər qurmuşlar. Bu dövlətlərdə şəxsi maraq ilə milli maraq arasında münasibət qanunlarla tənzimlənir. Kasıb təbiət qərbliləri həm də mübariz etmişdir. Qərb insanı siyasi aktiv olmaqla bərabər, həm də problemdən qorxmur, onun üzərinə getməyi bacarır. Bir neçə yüz ildir ki, Qərbdə dövlət quruculuğunun demokratik və liberal dəyərlərin tətbiqi istiqamətində inkişafı, həm toplumun, həm də fərdin güclü olması niyyəti ilə edilir. Bu səbəbdən insan haqları və azadlıqları yüksələn xətt boyunca inkişaf etdirilir. Başqa sözlə, insan daxilindəki potensialın açılması üçün hər cür hüquqi şərait yaradılır. Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, son dövrlərdə Qərbin inkişafının paradiqması insana varolmanın potensialı kimi baxmasıdır.
Beləliklə, insan faktoru xeyli müddətdir ki, Qərb dövlətlərinin diqqət mərkəzindədir. Avropa dövlət başçılarının 2003-cü ildə Lissabonda keçirilən Sammitinin qərarına görə, Qərb insanı təhsili ömür boyu almalıdır ki, dünyada gedən bütün hadisə və proseslərin mərkəzində olsun. özü də passiv yox, aktiv tərəf kimi. Hər il BMT tərəfindən “İnsan inkişafı haqda məruzələr”- adlı toplu dərc edilir. Bu topluda dünya dövlətləri inkişaf səviyyəsinə görə sıraya düzülür. Bu zaman, “Human development İndex” adlanan meyardan istifadə edilir. Bu meyar 0-1 intervalında dəyişir və “İndex” adlanır. Adambaşına düşən üDM 40 000 $ olan dövlətlər üçün bu “İndex”in qiyməti vahidə yaxın olur. O ölkələrdə ki, adam başına düşən üDM 100 ABŞ $ səviyyəsindədir, belə ölkələr üçün “İndex”in qiyməti sıfır qəbul edilir. Yeri gəlmişkən, qeyd edək ki, 180 Dünya dövlətlərinin sırasında birinci yerləri Norveç, İsveç, Danimarka, sonuncu yerləri Nigeriya, Burkino-Faso, Mali və digərləri tuturlar. Bunu da qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə üDM-in çox böyük hissəsini intellektual məhsul təşkil edir.
Son 30-40 ildə dünya dövlətləri arasında münasibətlərdə yeni forma nəzərə çarpır. Belə ki, dövlətlərarası münasibətlər zor müstəvisindən, intellektual müstəviyə keçir. İkinci Dünya müharibəsindən sonra güc hesabına yaranmış Sovet dövləti və sosialist sistemi, bir güllə atılmadan, ağıl hesabına dağıdıldı. Ağlın gücü sonsuzdur.
İnsanın həm personal, həm də professional keyfiyyətləri Qərbdə qayğı altındadır. Bu səbəbdən də, bəşəriyyətin inkişafına səbəb olmuş son iki elmi texniki inqilab (mühərrikin və kompüterin ixtirası) Qərbdə baş vermişdir. Personal sahədə insana verilmiş sonsuz azadlıq bir çox sahələrdə uğurlara səbəb olsa da, mənəviyyat sahəsində mənfur sonluqla nəticələnməkdədir. Qərb mənəvi dəyərləri, iqtisadi dəyərlərə qurban verə - verə varlanır və korlanır. İnsanın edə biləcəyi bütün iyrənc işlərə, ən yaxşı halda, Qərb biganədir.
Varolmanın potensialı kimi, inkişaf etmiş dövlətlərdə insan amili, torpaqdan daha üstün mövqe tutur. Bu baxımdan, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin tarixi üçün ləkədir. İnanıram ki, bir müddətdən sonra Ermənistan bu hərəkət üçün peşman olacaqdır. Bu ölkə işğala sərf etdiyi gücü, insan potensialına sərf etsəydi, daha böyük uğurlar qazanardı. Ermənistan uğursuz işğalçılıqdan əl çəkməlidir.
Şərqdə yaşamanın əsas potensialı torpaq və onun təbii sərvətlərdir. Torpağın münbitliyi səbəbindən hər kəs müstəqil yaşaya bildiyindən insanların bir-birinə, başqa sözlə milli birliyə ehtiyacı az olur. Şərqdə problemin yanından keçməyə üstünlük verilir. İnkişafa az meyilliliyin səbəbi budur. çünki, inkişaf problemlərin həllindən törəyir. Problem yoxdursa, inkişaf da yoxdur. Şərqdə arzu olunan qəhrəmanlıq nümunələri azdır. Şərq cəmiyyətləri özlərinin sabahı haqqında yox, dünəni və bu günü haqqında daha çox düşünürlər və bu səbəbdən siyasi cəhətdən az aktivdirlər. Şərqdə insan haqları və azadlıqları prioritet deyildir. İnsanın dəyəri və milli birliyin hikməti az dərk olunur. Milli birliyin təmərküzləşmiş forması dövlətdir. Şərq dövlətləri nə BMT TŞ-nin beş üzvündən biridir, nə də Kosmos klubunun üzvüdür. İnsana varolmanın potensialı kimi baxılmır. çünki, toplumun yaşaması insandan çox, torpağın potensialından asılıdır. Bu səbəbdən də, bəşəri dəyərlərə biganədir. Şərqdə hər gün bir neçə insanın edam oluqmasının toplumun yaşamasına təsir etmədiyi düşüncəsi üstünlük təşkil edir.
İnsan potensialının inkişaf “İndex”i Azərbaycan üçün 0,7 - 0,8 arasında dəyişir. Bu isə o deməkdir ki, Azərbaycan Şərqlə Qərbin arasındadır, daha doğrusu Şərqin qabaqcıl dövlətləri sırasındadır. Bu təbiidir, çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik dövrünün ilk çağlarında söylədiyi tezislərinin biri “qara qızılı insan amilinə çevirmək” olmuşdur. Hal-hazırda ölkəmizdə üDM-in xeyli hissəsini intellektual məhsul təşkil edir. Bu isə insan amilinin diqqət mərkəzində saxlanılmasına imkan verir.
İnsan azadlıqları və haqları hədd sevər. Səmavi kitablar bu hədləri qorumağa çağırır. Hədd olmayanda cəmiyyət sürətlə çürüyər və bəşəriyyət öz sonuna yaxınlaşar. Nəzərə almaq lazımdır ki, Allahın qoyduğu yoldan və tarixi bəşəri dəyərlərdən imtina, fəlakətə aparar.
Şahlar Əsgərov,
YAP - ın İdarə Heyətinin üzvü, BDU - nun professoru
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

