Azərbaycan dövləti mətbuatın inkişafına xüsusi diqqət yetirir
17.07.2010 [11:14]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov yubiley münasibətilə jurnalistləri təbrik edib. Əli Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyətin həyatında xüsusi yer tutur: “Siz məsuliyyətli bir peşənin sahibisiniz. Cəmiyyətin, o cümlədən, siyasi partiyaların ehtiyac duyduğu fəaliyyətlə məşğul olursunuz. KİV olmadan insanlar öz həyatını təsəvvür edə bilmir. Mətbuat insanların peşə fəaliyyətini həyata keçirmək üçün vacib vasitəyə çevrilib”.
Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP Sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir. Onun fikrincə, mətbuat bu vəzifənin öhdəsindən layiqincə gəlir: “Azərbaycanda çoxlu sayda KİV-lər fəaliyyət göstərir. Onlar Azərbaycan cəmiyyətinin informasiya təminatında çox vacib funksiyanı yerinə yetirir. Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyil. İnsanlar da, cəmiyyətlər də, dövlətlər də informasiyanın əhəmiyyətini yetərincə qiymətləndirirlər və indiki dövrdəki informasiyalar əvvəlki vaxtlardan bəlkə də, qat-qat böyük əhəmiyyət kəsb edir. çox zaman mətbuata dördüncü hakimiyyət deyirlər. İnsanlara təsir edə bilirsinizsə, cəmiyyət həyatına nüfuz etmək imkanlarına maliksinizsə, bu elə hakimiyyət funksiyasının ayrı-ayrı elementlərinin həyata keçirilməsi deməkdir. Amma, istənilən hakimiyyət funksiyasını çox düzgün şəkildə həyata keçirilməsi də vacib şərtdir. İstərdik ki, dördüncü hakimiyyətdən KİV-də çalışanlar səmərəli şəkildə istifadə etsinlər. Azərbaycanda KİV-lərin yeni şəbəkəsinin formalaşması və fəaliyyət göstərməsi cəmiyyətimizin demokratik dəyərlərə hörmətlə yanaşmasının ifadəsidir. Bu gün Azərbaycanda bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı kəsimlərinin informasiya təminatına və cəmiyyətin demokratik dəyərlər üzərində qurulmasına KİV öz töhfəsini verir”.
YAP Sədrinin müavini məmnunluq hissi ilə qeyd edib ki, Azərbaycan mətbuatının mütləq əksəriyyəti düzgün dəyərlər üzərində formalaşıb. Onlar Azərbaycanın 135 ili əhatə edən mətbuat tarixi prosesində formalaşan ənənələri mənimsəyib və bu ənənələr, dəyərlər əsasında da səmərəli fəaliyyət göstərir. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan öz həyatının, xalqımız isə öz taleyinin çox əhəmiyyətli bir mərhələsini yaşayır. Onun sözlərinə görə, son illər Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir: “Bu gün Azərbaycan sürətlə yeniləşir, müasirləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün guşələrində müşahidə olunmaqdadır. Azərbaycanın dinamik inkişafı hər bir vətəndaşın həyatında hiss edilir. Dövlətimizin başlıca məqsədlərindən biri də budur ki, Azərbaycanın hər bir vətəndaşı daha yaxşı yaşasın, sosial rifahı daha da yüksəlsin. Təbii ki, bütün bunlar Azərbaycan reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdırlar”.
Azərbaycan dövlətinin KİV-lərin inkişafına da xüsusi diqqət göstərdiyini deyən YAP-ın Sədr müavininin sözlərinə görə, bu bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır. Hökumət mətbuat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq istiqamətində mütəmadi olaraq addımlar atır, tədbirlər görür, mətbuatın inkişafına kömək göstərir. Bunun nəticəsində də ölkəmizdə geniş şəbəkəli KİV formalaşıb fəaliyyət göstərir.
Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası da kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir. Onun sözlərinə görə, mətbuat YAP-ı özünün dostu hesab edə bilər: “YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün partiyamızın üzvlərinin sayı 500 min nəfəri ötüb. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli mətbuat günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib. KİV-də YAP-ın fəaliyyətinin işıqlandırılması qaneedici səviyyədədir. Daim bu əlaqələrin sağlam münasibətlər üzərində həyata keçirilməsinə çalışırıq. Hesab edirik ki, bu, partiyamızın bir tərəfdən mətbuata münasibətinin ifadəsidirsə, digər tərəfdən, YAP-ın ictimaiyyətlə əlaqələrinin geniş şəkildə həyata keçirilməsinə mətbuatın verə biləcəyi töhfələrlə əlaqədardır. İctimai təşkilatlar, partiyalar cəmiyyət üçün fəaliyyət göstərir və çox arzu edirlər ki, onların fəaliyyəti insanların diqqətinə çatdırılsın. çünki bununla bu və digər partiyalar öz mesajlarını insanlara çatdırmış olur və bunun vasitəsilə də insanların dəstəyini əldə etməyə ümid bəsləyir. Hesab edirəm ki, qarşılıqlı fəaliyyətimiz nəticəsində YAP-la Azərbaycan mətbuatının böyük bir hissəsinin arasında yaxşı, səmərəli dostluq münasibətləri formalaşıb. Biz öz tərəfimizdən bu münasibətləri yüksək qiymətləndiririk və arzumuz ondan ibarətdir ki, Azərbaycanın mətbuatı YAP-a dostluq münasibətləri prizmasından yanaşsın.
Bu gün ölkədə mətbuatın 135 illik yubileyi qeyd olunmaqdadır. Bütövlükdə YAP olaraq bizim Azərbaycan mətbuatının fəaliyyətindən, durumundan, özü üçün müəyyənləşdirdiyi dəyərlər sistemindən və bu dəyərlərə əməl etməsindən razı olduğumuzu bildirmək istəyirik. Bütövlükdə Azərbaycan mətbuatı bu vəzifənin öhdəsindən layiqincə gəlir. Eyni zamanda, mətbuatımızın daha da inkişaf etdirilməsini arzu edirik”.
Sonda bir qrup jurnalistlərə mükafatlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

