Türkiyəyə qarşı “iqtisadi müharibə”nin siyasi aspektləri...
26.11.2021 [10:48]
Qardaş ölkəni hansı proseslər gözləyir?
Türkiyədə milli valyutanın - lirənin dollara nisbətdə dəyərini itirməsi təkcə qardaş ölkədə deyil, dünya miqyasında geniş müzakirə olunur. Prosesə müxtəlif aspektlərdən yanaşılır, əsas etibarilə, məsələnin iqtisadi tərəflərinə nəzər salınır. Amma hadisənin siyasi aspektləri ilə əlaqədar suallar da diqqəti cəlb edir:
- Niyə məhz Türkiyə və niyə məhz indi?
- İqtisadi krizisin siyasi böhrana çevrilməsi ehtimalı varmı?
- Proses Türkiyənin gələcək, xüsusilə də 2023-cü il üçün milli-strateji hədəflərinə mane ola bilərmi?
- Növbədənkənar seçki ehtimalı nə qədərdir?
Bu suallara dəqiq və konkret cavab vermək üçün bir sıra məsələlərə qısa olsa da, xüsusi nəzər salmaq gərəkdir.
Məlumdur ki, Türkiyə son zamanlar dünya siyasəti və beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişə malikdir. Xüsusilə də, praqmatik strateji kurs qardaş ölkənin Avrasiyanın ayrı-ayrı geosiyasi məntəqələrində mövqeyinin möhkəmlənməsini, təsir imkanlarının artmasını təmin edib. Aralıq və Qara dəniz geoiqtisadi hövzələrində, Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Balkanlarda böyük nüfuz qazanması Türkiyənin regional aktordan beynəlxalq supergücə çevrilməsinə geniş imkanlar yaradır. Bundan başqa, Rusiya və Çin kimi güc mərkəzləri ilə müxtəlif sahələrdə təmasların gücləndirilməsi bir sıra Qərb dairələri tərəfindən geosiyasi qısqanclıqla qarşılanır. Ona görə də Türkiyənin beynəlxalq nüfuzunun artmasının və siyasi təsir imkanlarının genişlənməsinin qarşısını almaq üçün müəyyən maliyyə alətlərindən istifadə edərək təzyiq mexanizmi formalaşdırmağa cəhd edirlər. Bunu Türkiyəyə qarşı “yeni iqtisadi müharibə” kimi səciyyələndirənlər də var. Təbii ki, qardaş ölkənin siyasi imkanları, səmərəli ikitərəfli və çoxtərəfli əlaqələri bu “iqtisadi dalğa”nın qarşısını almağa imkan verir. Xüsusilə, böyük həcmdə yeni investisiyaların cəlb olunması yeni maliyyə resurslarının formalaşması deməkdir. Artıq Türkiyə ilə Körfəz ölkələri arasında bu istiqamətdə fəal və səmərəli təmaslar müşahidə olunur.
Digər tərəfdən, bu prosesdən ölkə daxilində ictimai-siyasi ajiotaj yaratmaq məqsədilə istifadə olunması cəhdləri də diqqəti cəlb edir. Məqsəd hakimiyyət ilə vətəndaşlar arasında narazılıq yaratmaqla siyasi sistemə, ictimai mühitə kənar müdaxilə imkanları formalaşdırmaqdır. Digər tərəfdən, bu səylərin növbədənkənar seçki keçirilməsi zəmini yaratmaq məqsədinə xidmət etdiyini vurğulayanlar da var. Amma reallıq budur ki, iqtisadi krizisin siyasi böhrana çevrilməsi müşahidə edilmir.
Bu gün biz bir çox inkişaf etmiş Avropa ölkəsində sosial və iqtisadi səbəblərdən kütləvi nümayişlərin keçirildiyini, hakimiyyət ilə vətəndaşlar arasında ziddiyyətlərin artdığını, ictimai-siyasi kataklizmlərin şiddətləndiyini görürük. Amma qardaş ölkədə hakimiyyətin düzgün ictimai-siyasi strategiyası, o cümlədən vətəndaşların iqtisadi və siyasi məsələlərə şüurlu yanaşması, iqtidarla həmrəylik nümayiş etdirməsi Türkiyə dövlətinin kənar planların - qaranlıq ssenarilərin qarşısını almasına imkan verir. Çünki ictimai rəyə yaxşı məlumdur ki, bu ssenarilər Türkiyə hakimiyyətinə deyil, dövlətinə qarşı yönəlib.
Ümumiyyətlə, iqtisadi kataklizmlər şəraitində əmin-amanlıq və həmrəyliyin təmin olunması Türkiyənin ictimai-siyasi sabitlik modelini nümayiş etdirir. Elə ona görə də güclü mərkəzi hakimiyyət, qətiyyətli ictimai dəstək amilləri Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna edir. Bütövlükdə, hazırkı şəraitdə həm daxili, həm də xarici siyasətdə yeni dövrün reallıqlarına və müasir çağırışlara uyğun müstəqil strateji kursun davam etdirilməsi, Qərbin bəzi dairələrinin Türkiyəyə qarşı ssenarilərinin - hazırkı oyunların içərisində yer almayan müttəfiqlərlə iqtisadi təmasların sıxlaşdırılması Türkiyənin perspektiv milli-strateji, o cümlədən 2023-cü il hədəflərinə doğru inamla irəliləyəcəyini proqnozlaşdırmağa imkan verir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49

