Brüsseldə qeyri-formal görüş - Paris nəyi nümayiş etdirməyə çalışır?
17.12.2021 [10:04]
Emmanuel Makron “ölü doğulmuş körpə”ni dirildə biləcəkmi?
Pərviz Sadayoğlu
Dekabrın 15-də Fransa Respublikasının prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. Ekspertlər vaxtilə münaqişənin tənzimlənməsində vasitəçi missiyası daşımış ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın bu kimi cəhdlərinin ən yaxşı halda “daldan atılan daş” effekti verdiyini qeyd edirlər. Çünki Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırdı və Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini dedi: “Bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində mühüm görüşlər keçirdiyini diqqətə çatdırıb. Emmanuel Makronun təşəbbüsü ilə keçirilən qeyri-formal üçtərəfli görüşə gəldikdə isə, millət vəkili vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olsa da, hər zaman qərəzli mövqe sərgiləyib və birtərəfli siyasət həyata keçirib: “Rəsmi Paris ATƏT-in Minsk qrupunun fəaliyyətdə olan üç həmsədrindən biri olsa da, mövqeyi qərəzli sayıla bilər. O baxımdan ki, Fransa hər zaman açıq şəkildə Ermənistanı dəstəkləyib, işğalçıya dayaq olmağa çalışıb. Hətta müharibə və postmüharibə dövründə də bu qərəzli mövqeyindən əl çəkməyib. Bununla da beynəlxalq hüququn normalarını pozub. Artıq yeni siyasi reallıqlar formalaşıb və münaqişə yoxdur. Bu baxımdan, Makronun sərgilədiyi mövqe ölü doğulmuş körpənin yenidən dirildilməsi cəhdinə oxşayır. Bu isə mümkün deyil. Artıq Ermənistan ilə Azərbaycan arasında dialoq başlanıb. Bu prosesin uğurlu inkişafı üçün həm Rusiya, həm də Avropa İttifaqı öz köməyini təqdim edir. Cənab İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindəki çıxışı, Ermənistanın baş nazirinin açıqlamaları da yaxın gələcəkdə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əsaslı addımların atıla biləcəyinə ümidlər yaradır. Bu baxımdan, Fransa prezidenti artıq prosesin müəyyən sürət qazandığı və geriyə dönüşün olmadığını dərk edir. Makronun hər hansı bir cəhdinin hansısa formada işə yarayacağı inandırıcı deyil”.
R.Həsən bildirib ki, ATƏT-in Minsk qrupunun artıq lüzumsuz olması Avropa İttifaqı tərəfindən də dolayısı ilə təsdiqlənir. Bu qurumun adının müzakirələrdə çəkilməməsi, hətta Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında da rast gəlinməməsi bu reallığı təsdiqləyir. “Fransa anlayır ki, Minsk qrupunun tərkibində onlar da prosesdən kənarda qalıblar. Makronun addımları isə sadəcə taktiki gedişdir. Rəsmi Paris “qatarın içində olduğunu” göstərməyə çalışır. Amma mənzərə fərqlidir”, - deyən millət vəkili əlavə edib ki, Azərbaycanın müstəqil, milli maraqlara xidmət edən xarici siyasət kursu mövcuddur. Azərbaycan suverenliyini tanıyan, qəbul edən və əməkdaşlıqda maraqlı olan bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan, Fransa ilə də ikitərəfli əlaqələrimiz normaldır və gələcəkdə daha da inkişaf edə bilər. Amma hər bir dialoq konstruktiv əməkdaşlığa xidmət göstərməlidir.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08

