Üçüncü Dünya müharibəsi Şərq sularında baş verəcək?
18.12.2021 [11:01]
Ağ Evin sözçüsü ABŞ-ın dünya liderliyi uğrunda döyüşlərə başlayacağının anonsunu verdi
Pərviz Sadayoğlu
Dünyada baş verən qlobal proseslər, o cümlədən geosiyasi kataklizmlər yeni qarşıdurmaların anonsunu verməkdədir. Belə ki, qlobal liderlik uğrunda mübarizə arzusu hazırkı situasiyada geostrateji qütblərin açıq mübarizəsi ilə müşayiət olunur. Bu mənada, ABŞ-ın cəhdləri daha nümayişkaranə xarakter daşımaqdadır. Avroatlantik Alyansın gücünü arxasına alan rəsmi Vaşinqton dünyada təkqütblü hakimiyyət uğrunda mübarizə apardığını gizlətmir. Yeni hərbi koalisiyalar axtarışında olan ABŞ Üçüncü Dünya müharibəsi təhdidi yaratmaqla həm də öz müttəfiqlərinin sayını artırmaq niyyətindədir.
Yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər
Vurğulanmalıdır ki, Üçüncü Dünya müharibəsi ilə bağlı proqnozlar artıq aparıcı beynəlxalq ekspertlər tərəfindən də təsdiqini tapmaqdadır. “The Wall Street Journal” qəzetinin eksperti Endryu Mista bildirib ki, yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər. Ekspertin fikrincə, ABŞ və Çin arasında qarşıdurma riski əvvəlkindən qat-qat yüksəkdir. İki ölkə arasında Tayvanın statusu ilə bağlı mübahisə aktiv müharibəyə çevrilə bilər. Mista hesab edir ki, Amerika ordusunun hələlik müharibə formatına hazır olmaması səbəbindən digər güclü dövlətlər ona meydan oxumaq istəyəcək. Eyni zamanda, silahlı qüvvələrin modernləşdirilməsi üçün Pentaqona təxminən 15 il vaxt lazım olacaq. Bununla yanaşı, Yaxın Şərq və Şimali Afrikadan miqrant axını ölkələr arasında müharibə riskini əhəmiyyətli şəkildə artırır. Mütəxəssisin fikrincə, ABŞ-ın xeyli zəifləməsi bəzi ölkələri cəsarətli addımlar atmağa sövq edir.
ABŞ hazır deyil?
Siyasi ekspertin fikirlərinin bir qismi həqiqəti əks etdirsə də, “ABŞ-ın müharibəyə hazır olmaması” və hədəfin yalnız Çin olması barədə iddialar mübahisə doğurur. Belə ki, son dövrlərdə daha çox şərqdə müttəfiq axtaran rəsmi Vaşinqtonun ardıcıl addımlarına nəzər saldıqda hər şey məlum olur. 2022-ci il üçün fantastik hərbi büdcə formalaşdıran, dünyanın bir sıra nöqtələrindəki hərbi kontingentini geri çağıran Pentaqon muzdlu ordu sayını da artırmaq niyyətində olduğunu gizlətmir. Bu isə ABŞ hərbi gücünün arzuolunan səviyyəyə çatmasına, Mistanın iddia etdiyi kimi, 15 il yox, cəmi 1-2 il vaxtın lazım olduğunu təsdiqləyir.
Çini zərərsizləşdirməklə Rusiyaya Şərqdən müdaxilə...
ABŞ hərbi gücünü artırmaqla yanaşı, müttəfiq axtarışlarını da səngitmir. Avstraliya ilə AUKUS hərbi platformasında müttəfiq olan, Yaponiyanı özünün “demokratiya sammiti”nə cəlb edən ABŞ-ın cızdığı yeni plan ortadadır - Çini zərərsizləşdirməklə Rusiyaya Şərqdən müdaxilə etmək. Bunun üçün lazımi bütün danışıqlar isə sammitlərdə aparılır. Bir müddət öncə Yaponiyada hakimiyyətə gələn qüvvələrin Kuril adaları məsələsini aktuallaşdırdığını nəzərə alsaq, təfərrüatlar aydın olur. ABŞ iki cəbhədə mübarizə aparmamaq üçün Rusiyaya qarşı fərqli “düşmən” yaratmaqdadır. Bu mənada, yaxın zamanlarda, “gündoğar ölkə”nin hansısa güclərlə hərbi sazişlər bağladığını görsək, təəccüblənməməliyik.
AUKUS ikinci NATO ola biləcəkmi?
Təsadüfi deyil ki, Ağ Evin sözçüsü Cen Psaki “Twitter” səhifəsində administrasiyanın il ərzində əldə etdiyi üç əsas xarici siyasət uğurunu sadalayarkən Böyük Britaniya və Avstraliya ilə üçtərəfli müdafiə sazişini ilin ən böyük nailiyyəti adlandırıb. Onun fikrincə, müvəffəqiyyətlərdən biri ABŞ-ın beynəlxalq təşkilatlarda aparıcı rolunun bərpası və dövrün ən ciddi problemlərinin həllində irəliləyişə nail olmaq üçün dünya liderlərinin birləşməsi olub. İkinci uğur ittifaqların bərpası, o cümlədən Avropa ilə ticarət mübahisələrinin həllidir. Psaki əlavə edib ki, ABŞ müdafiə məsələlərində Hind-Sakit okean regionunda müttəfiqləri ilə getdikcə daha çox əməkdaşlıq edir: “Hind-Sakit okean regionunda biz AUKUS kimi yeni platformalar hazırlamışıq”.
Üçüncü cəhd uğurlu olacaqmı?
Psaki tərəfindən verilən koordinat ehtimal olunan III Dünya müharibəsinin başlayacağı nöqtəni göstərməkdədir. ABŞ-ın Çin yaxınlığında, Hind-Sakit okeanının onun arealına aidiyyəti olmadığı bir məkanda güclənmək arzusu haradan qaynaqlanır? “Demokratiya balladası” ilə dünyanı “yuxuya verməyə” çalışan ABŞ uzaq Şərq sularına hansı arqumentlə hərbi güc yığır? Sadəcə olaraq, Psaki yaxın gələcəyin ən böyük informasiyasını dünyaya çatdırır.
İddia olunan yeni dünya savaşı ilə bağlı oxların Şərqi göstərməsinin bir mühüm cəhəti isə Avropanın bu müharibədə yer almaq istəməməsidir. XX əsrdə iki dəfə dünya müharibəsinin dağıntıları altında qalan “köhnə qitə” yeni dönəmdə seyirçi olmağa üstünlük verir. Vaşinqtona göstəriləcək mümkün dəstəkdə də bu şərt əks olunacaq - bizdən uzaqda yardıma hazırıq. Rusiyaya Şərqdən hücum isə, həm də bir “siyasi novatorluq” sayıla bilər. Rusiyanın əsas gücünün qərbdə olduğunu düşünən ABŞ-ın “ildırım sürətli” yeni planı şərqdən qərbə yol alacaq.
Nəticə etibarilə, budəfəki savaşın Şərqə transfer edildiyinin şahidi olmaqdayıq. Amma nəzərə alınmalıdır ki, ABŞ Şərqdə heç vaxt hərbi nailiyyət qazana bilməyib. Görünən budur ki, tarixi Vyetnam və Şimali Koreya nümunələri Pentaqona dərs olmayıb. Üçüncü cəhdin də boşa çıxma ehtimalı çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

