Zəfər zirvəsinə yüksələn Lider
24.12.2021 [10:29]
Mübariz ABDULLAYEV
Ötən il Azərbaycan üçün Zəfər ili oldu. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. 30 il ərzində düşmənin nəzarəti altında qalan torpaqların, xüsusilə xalqımızın mədəniyyət beşiyi sayılan Şuşanın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Böyük Qələbənin memarı
44 günlük müharibədə qazanılan Zəfər çoxəsrlik dövlətçilik tariximizdə ən böyük Qələbədir. Tarixə nəzər saldıqda görürük ki, məmləkətimizə yadellilərin həmlələri çox olub və bu həmlələr əksər hallarda itkilərlə sonuclanıb. Sərhədlərimiz daralıb, torpaqlarımız yad əllərə keçib. Xatırladaq ki, indiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir.
Azərbaycan ərazisində heç bir əsası olmadan yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğala məruz qalması da ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. “İştaha diş altındadır” deyiblər. Havadarlarının köməyinə arxalanan ermənilər bu dəfə də Azərbaycandan yeni ərazilər qoparmaq istəyirdilər.
Deyə bilərik ki, bu dəfə Azərbaycanın qarşısında daha təşkilatlanmış və dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən daha əmin-arxayın edilmiş məkrli düşmən dayanmışdı. Elə bir düşmən ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin belə qətnamələrinə məhəl qoymur, hətta yeni ərazilər uğrunda yeni müharibə iddiaları səsləndirirdi. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu formalaşdırılmışdı. Yenə də heyrət doğuran reallıqdır ki, ABŞ, Fransa və Rusiya kimi supergüc dövlətlərin həmsədrliyi ilə fəaliyyət göstərən bu qurum ona həvalə olunan missiyanı yerinə yetirə bilmədi və yaxud bunu istəmədi.
Bu kimi faktlar Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaradır. Lakin Müzəffər Lider İlham Əliyev ayrı-ayrı azərbaycanafob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir.
Ermənistanın genişmiqyaslı təxribatlarına qarşı əks-hücum əməliyyatının başlanmasından sonra ilk döyüşlərdə qazanılan uğurlar dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müharibə hazırlıqlarını necə yüksək keyfiyyətlə apardığını əyani şəkildə təsdiqlədi. Hər bir məsələdə müasir yanaşma tətbiq edən İlham Əliyev Vətən müharibəsində də novatorluq nümunəsi sərgilədi. Bu müharibənin, tətbiq olunan taktikaların dünya hərb tarixində analoqu yoxdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdə kimi döyüş əməliyyatlarını elə planlaşdırırmışdı ki, Ordumuz müharibənin hər günündə irəlilədi və yeni-yeni zəfərlərə imza atdı. Prezident İlham Əliyev bu günlərdə Brüsseldə “El Pais” qəzetinə müsahibəsində Vətən müharibəsini dəyərləndirərək “Bəli, bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi”, - deyə vurğulayıb.
Güclü Ordu və gənclərin motivasiyası amili
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərindən biri də odur ki, son 18 ildə respublikamızda güclü Ordu və mübariz gənc nəsil formalaşıb. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində möhkəm təməli qoyulan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbə sevinci yaşadan qalib Orduya çevrilib.
2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycanın Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən müdafiə sənayesi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda yerli müəssisələr Ordumuzu hərbi təyinatlı məhsullarla əhəmiyyətli dərəcədə təchiz edir.
Müharibədə misilsiz şücaətlər göstərən, düşmənə aman verməyən döyüşçülər isə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yetişən gənclərdirlər. Döyüşlərdə Azərbaycan hərbçilərinin əsas motivasiyası Vətən, torpaq məhəbbəti idi. Bəli, 44 günlük müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, ancaq dövlət başçısının dəfələrlə vurğuladığı kimi, əsas ağırlıq gənclərin üzərinə düşüb. Müharibə günlərində düşmən tərəfində 10 minədək fərari qeydə alınıb. Bizim Ordumuzda isə bir nəfər də olsun postunu qoyaraq geri çəkilməyib. “Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi”, - deyə Prezident İlham Əliyev bildirib.
İnformasiya cəbhəsində savaş
Prezident İlham Əliyevin qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən titanik mübarizəsi də xüsusi diqqətçəkən məsələdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün dünyada böyük populyarlığa malik 30-dan artıq KİV-ə verdiyi müsahibələr XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrdə reallıqdan uzaq, qərəzli suallar çox səsləndirilirdi. Bəzi müxbirlər, hətta diktə notları seçməyə, özlərini prokuror kimi aparmağa cəhdlər göstərirdilər. Lakin onlar Azərbaycan Prezidentinin hazırcavablılığı, geniş erudisiyası, aydın yanaşması və diplomatik məharəti qarşısında geri çəkilmək məcburiyyətində qalırdılar. Prezident, Müzəffər Ali Baş Komandan döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də Azərbaycanın qələbəsini təmin etdi.
Böyük Qələbəmiz tarixdə əbədi qalacaq
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə tarixdə əbədi qalacaq və həmişə qürur mənbəyimiz olacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan Qələbənin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm qərarlar verib. O cümlədən Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri müxtəlif təltiflərə layiq görülüblər. Hazırda bu proses davam edir. Prezident İlham Əliyev, həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Bundan başqa, dövlət başçımızın təşəbbüsü əsasında paytaxtımızda Hərbi Qənimətlər Parkı yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

