ABŞ ilə Rusiya dünyanı bölür?
28.12.2021 [10:15]
Pərviz Sadayoğlu
Son dövrlərdə daha da aktivləşən təkqütblü dünya uğrunda mübarizə yeni istiqamət almaqdadır. Belə ki, qlobal liderliyə can atan ABŞ-ın “Ukrayna sahilləri”nə lövbər salmaq niyyəti daşa dəyir. Bəlkə də, bu səbəbdəndir ki, rəsmi Vaşinqton Rusiya ilə qarşıdurmada fərqli yollara əl atır. Məsələn, Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk ABŞ Prezidenti Co Baydenin administrasiyasında Rusiyaya güzəştə getməyin tərəfdarı olan insanların olduğunu bildirib. Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə, ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır: “Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir”.
Zaqorodnyuk vurğulayıb ki, “qırmızı xətlər” daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq: “Rusiya Ukraynanı “İkinci Belarus”a çevirmək istəyir”.
Bu açıqlama, əslində, ABŞ-ın açıq döyüşdən yayınmağa çalışdığını göstərir. Belə ki, Ağ Ev dolayısı ilə Rusiyanı dünyanı, daha doğrusu, hazırda mübahisə mövzusu olan əraziləri masa arxasında bölməyə çağırır. Rusiya isə bu təklifin səmimiliyinə inanmır. Kreml hesab edir ki, ABŞ-ın bu təklifi vaxt udmağa hesablanıb. ABŞ-Rusiya danışıqlarının yeni raundunun gələn ilin yanvarına planlaşdırıldığını nəzərə alsaq, Ağ Evin masa arxasında yuxarıda qeyd edilən təkliflə otura bilmə ehtimalı yüksəkdir. Rusiya Prezidenti Vladimir Putin isə bütün hallarda böhranın aradan qaldırılması üçün NATO-nun Şərqə doğru genişlənməyəcəyinə dair təminat tələbindən də əl çəkmir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev bildirib ki, Rusiya ilə ABŞ arasında 2014-cü ildən başlanan Ukrayna problemi artıq pik həddə çatmaqdadır. Politoloqun fikrincə, ABŞ-ın irəli sürdüyü heç bir təklif Rusiyaya cəlbedici görünmür: “Kremlin yeganə tələbi NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaqdır. NATO-nun Şərqə doğru genişlənmə planında Rusiya üçün ən təhlükəli ölkələr isə Ukrayna ilə Gürcüstandır. Rəsmi Moskva bütün vasitələrdən istifadə etməklə bu ölkələrin Alyansa qatılmasının qarşısını almağa çalışır. Təbii ki, indiki halda hər iki tərəf mümkün imkanlarını işə salıblar. Zaqorodnyakın fikirləri, bəlkə də, düz ola bilər. Amma bu daha çox Vaşinqtonun apardığı informasiya təbliğatına bənzəyir”.
İ.Babayev qeyd edib ki, Rusiya ilə ABŞ arasında indiki halda hansısa konstruktuv müzakirənin baş tutma ehtimalı çox azdır. Bir müddət öncə Ağ Evin sözçüsü Psaki bildirmişdi ki, Rusiyanın qaldırdığı məsələləri açıq müzakirə etmək bizə konstruktiv görünmür və belə diplomatik söhbətlərlə irəliləyiş əldə olunması keçmişdə qalıb. Rəsmi Vaşinqton Rusiya ilə şərtsiz danışıq arzusundadır. Amma Kreml NATO-nun Şərqə doğru genişlənmə planının dayandırılmasında israrlıdır. “Gələn ilin ilk ayında müəyyən danışıqlar nəzərdə tutulur. Amma bu danışıqların da 2021-ci ildəki müzakirələrdən fərqlənməyəcəyini düşünürəm. Belə olan halda isə, ABŞ-ın Rusiyaya qarşı fəaliyyəti yalnız iqtisadi müstəvi ilə məhdudlaşmaya bilər. Ağ Ev açıq şəkildə Ukraynaya dəstəyini artıracağını bildirir. Pentaqon kömək məqsədilə rəsmi Kiyevi kəşfiyyat məlumatları ilə təmin etmək planı üzərində işlədiyini belə gizlətmir. Hətta Pentaqon rəsmilərindən ibarət kiçik bir qrupun bu yaxınlarda ölkənin hava hücumundan müdafiə ehtiyaclarını qiymətləndirmək üçün Ukraynaya səfər etdiyi barədə məlumatlar da var. Bu məlumatı Pentaqonun sözçüsü Con Kirbi təkzib etməyib. ABŞ artıq Ukraynanı “Javelin” tank əleyhinə idarə olunan raketlərlə təchiz edir. Belə olan halda, hansısa konstruktiv danışığın mümkünlüyü sual altına düşür”, - deyən politoloq əlavə edib ki, Pentaqonun kəşfiyyat məlumatlarını ötürmək təklifi açıq şəkildə müharibəyə təhrikdir. Vaxtaşırı Qara dəniz sahillərində ABŞ hərbi donanmasına məxsus gəmilərin və ya təyyarələrin görülməsi də bu baxımdan istisna deyil.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

