Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür

Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür

16.01.2022 [12:15]

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris tviter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb.

AZƏRTAC xəbər verir ki, D.Harris Heydər Əliyev Beynəlxalq Aeroportundan paylaşım edib.

‪O, paylaşımında Azərbaycana səfərlərini xatırladaraq ölkəmizin bir çox mənada heyranedici olduğunu söyləyib. Qeyd edib ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür. 

O deyib: ‪“Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür. Azərbaycanın yəhudi icması üçün də önəmlidir. 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə rast gəlinməyib”.

Devid Harris bildirib ki, uzun illər ərzində Azərbaycan yəhudiləri ilə dünyanın çeşidli ölkələrində qarşılaşıb. Onların hər birinin ortaq cəhəti Azərbaycana bağlılıqlarıdır. Əhalisinin çox hissəsi şiə müsəlmanları olan ölkədə onlar bir ailə kimi birgə, mehriban şəraitdə yaşayırlar. Azərbaycan İsrail dövləti üçün də önəmlidir. Bizim diplomatik əlaqələrimiz var. Demək olar ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr sıxdır. Bu ölkə strateji əhəmiyyətinə, coğrafi mövqeyinə, zəngin enerji yataqlarına, ABŞ ilə münasibətlərinə, İsraillə əməkdaşlığına, dini tolerantlığına və yəhudi xalqına göstərdiyi hörmətə görə böyük önəm daşıyır. Buna görə mən buraya 13-cü dəfədir gəlirəm”, - deyə Devid Harris vurğulayıb.

Paylaş:
Baxılıb: 1480 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30