Tarixin qanlı səhifəsi xatirələrdə
20.01.2022 [01:12]
Nicat Dilqəmli
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı 20 Yanvar faciəsinin qurbanlarını dərin hüzn və ehtiramla yad edir. İnsanlar axın-axın Bakının ən yüksək nöqtələrindən birində yerləşən, hər bir azərbaycanlı üçün müqəddəs yer hesab edilən Şəhidlər Xiyabanına gələrək, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olmuş Azərbaycanın oğul və qızlarının uyuduğu bu məkanda onların əziz xatirəsini yad edirlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu sındıra bilmədi.
Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan rəhbərliyindən tələb edilirdi. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.
Qanlı yanvar hadisəsinin minlərlə, yüz minlərlə gənc şahidləri var. Universitet illərinə yenicə başlamış tələbənin gördüklərini, yaşadıqlarını dinləyəndə bir daha dərindən anlayırsan ki, törədilən vəhşiliklər yalnız fiziki terror deyil. Redaksiyamızın xanım nümayəndələrindən birinin danışdığı xatirə timsalında anlamaq olur ki, bu, həm də neçə-neçə gəncin yaddaşına qanla yazılmış səhifədir: “32 il əvvəl... 19 yanvar... Birinci kursun ilk semestrini başa vurub ayın 20-də səhər reysi ilə Bakıya uçacaqdıq. 17-18 yaşlarında dörd azərbaycanlı tələbə olaraq Domodedovo hava limanında təyyarəyə buraxılacağımız dəqiqələri sayırdıq. Nə biləydik ki, Bakı bizi qarşılamaq hayında deyil... “Bakıya uçuş ləngiyir” elanı da lap zəhləmizi tökmüşdü. Bir qədər kənarda dayanmış biri (rus idi) “sizin şəhərinizdə çevriliş olub, bəlkə də, oralara daha reys olmayacaq” deyib nigaranlığımızı daha da artırdı. Aeroportdan evə zəng etmək istəsək də, alınmadı. Elə bu vaxt bir həmyerlimiz bizə yaxınlaşıb şəhərə qayıtmağımızı məsləhət gördü, dedi ki, mərkəzdə azərbaycanlılar mitinq keçirir, Heydər Əliyev də orada olacaq. Ona qoşulub şəhərə qayıtdıq və o tarixi çıxışı canlı izlədik, milli qürurumuzun qorunmasına səslənən tarixi mitinqin iştirakçısına çevrildik... Bakıya uçuşlar bir sutkadan sonra bərpa olundu. Köhnə hava limanının qapısındaca dördümüz də donub qalmışdıq - cəmi 5 ay əvvəl sevinclə tərk etdiyimiz bənzərsiz, yaraşıqlı şəhərimizə sanki kül ələnmişdi... İnsanlar baxışlarını gizlətməyə çalışırdılar, elə bil... Qocalmışdı Bakımız... Benzin qıtlığından hava limanında qarşılayanımız da yox idi... Nəhayət, taksilərdən biri ilə razılaşıb (adambaşı 15 rubl) şəhərə yola düşdük. Yolboyu hər iki tərəfə qırmızı qərənfillər düzülmüşdü. Şəhərin rəngi bozarmış, həmişə öyrəşdiyimiz külək də şıltaqlığından əl çəkmişdi... Şəhərə yaxınlaşdıqca asfaltı əzmiş tank izlərini, bu izlərə qarışan al qan ləkələrini görüncə isə bir gün öncə haqqında eşitdiyimiz faciənin dəhşətini anladıq”.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30

