Makronun İranın nüvə proqramı ilə bağlı çağırışı...
01.02.2022 [10:28]
Nəyə hesablanıb və real nəticə vəd edirmi?
P.SADAYOĞLU
İranın nüvə proqramı ilə bağlı problemi yenidən gündəmə gəlir. Belə ki, Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə söhbətində Tehran və Vaşinqtonu nüvə ilə bağlı razılaşma üçün danışıqları sürətləndirməyə çağırıb. Yelisey sarayının mətbuat xidmətinin yaydığı məlumata görə, Vyanada danışıqların bərpasından bir neçə ay sonra Fransa Prezidenti nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün danışıqları sürətləndirməyin vacibliyini vurğulayıb. Makron, həmçinin qeyd edib ki, İranın nüvə problemi ilə bağlı danışıqlarda uğur qazanmağı mümkün hesab edir.
Qeyd edək ki, ötən ilin noyabrın 29-da Vyanada İranla bağlanmış beynəlxalq nüvə sazişinin bərpası ilə əlaqədar danışıqların növbəti raundu keçirilmişdi. ABŞ rəsmiləri İranın danışıqlar yolu ilə vaxt qazanmağa və öz nüvə proqramını inkişaf etdirməyə çalışdığını düşünür. İranın isə bu məsələdə mövqeyi və tələbləri aydındır. Onların fikrincə, bu sazişdən imtina edən ABŞ geriyə dönməli və bütün sanksiyaları ləğv etməlidir. ABŞ isə sanksiyaların tamamilə ləğvinə qarşıdır. Yeri gəlmişkən, 2018-ci ildə ABŞ birtərəfli qaydada sazişi tərk etdikdən sonra sazişin bərpası üçün danışıqlar Aİ-nin sədrliyi altında İranla beş ölkə - Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya arasında aparılır.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Fransanın vasitəçilik missiyasını üzərinə götürmək istəyinin arxasında mühüm məqamlar dayanır. Belə ki, rəsmi Paris özünü Avropa lideri rolunda görür və belə təqdim etmək istəyir: “Fransa prezidenti özünü Avropanın “ən təcrübəli siyasətçisi” kimi görür. Çünki Avropanın böyük dövlətləri sırasında ən çox hakimiyyətdə olan siyasətçi Makrondur. Fransa prezidenti düşünür ki, Paris həm Avropa, həm də dünya siyasətində əsaslı rol oynaya bilər. Digər tərəfdən, hazırda Fransa Avropa İttifaqının sədridir. Makron çalışır ki, Avropanın bu məsələyə yanaşmasını məhz onun dövləti ortaya qoysun”.
“Əslində, Fransanın və Makronun Avropa məkanında nüfuzu o qədər də böyük deyil. Makron həm beynəlxalq aləmdə, həm də Avropanın özündə real siyasi çəkiyə malik deyil. Bunu İran tərəfi də anlayır. Bu baxımdan, onun vədləri də o qədər real görünmür. Sadəcə olaraq, nüvə proqramı sazişinin üzvü olduğu üçün bu kimi dialoqlarda iştirakçı olur. İran isə bu dialoqu fövqəladə hadisə kimi qəbul etmir. Bu mənada, rəsmi Tehranın da bu təklifə yanaşması ehtiyatlı olacaq”, - deyən İ.Vəlizadə onu da əlavə edib ki, Fransanın İranın uğur qazanmasına inanması bu ölkənin ardıcıl olmayan siyasətindən xəbər verir. Vaxtilə İrana qarşı müxtəlif tribunalardan hədələr yağdıran, nüvə proqramının məhdudlaşdırılması ilə bağlı çağırışlar edən Makronun birdən-birə fərqli fikrə düşməsi məqbul sayıla bilməz: “Bunlar, sadəcə olaraq, siyasi oyunlardır. Makron Fransa-İran münasibətlərini yaxşılaşdırmaq, həm də guya dünya siyasətinə təsir imkanlarını göstərmək istəyir. Qısacası, cari siyasi konyukturaya hesablanan addımdır. Bunu İranda da yaxşı anlayırlar. Eyni zamanda, Makron bundan yaxın aylarda keçiriləcək prezident seçkilərində də istifadə etmək niyyətindədir. O, xarici siyasətdə xal qazandırmaq istəyir”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

