Ankara masası yeni fürsətdir
02.02.2022 [10:39]
Türkiyə Prezidentinin Ukraynaya səfəri regiondakı gərginliyin azaldılması baxımından önəmlidir
Nardar BAYRAMLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər edəcək. Qardaş ölkə mətbuatı səfər zamanı Ankara ilə Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağı barədə məlumat yaysa da, əsas müzakirə mövzusunun Ukrayna ətrafında yaranan gərginliklə bağlı olacağı şübhəsizdir. Türkiyə Prezidenti Kiyevə səfərində ukraynalı həmkarı ilə regiondakı mövcud vəziyyəti geniş müzakirə edəcək.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Türkiyə-Ukrayna əlaqələrinin tarixi kökləri var. Onun sözlərinə görə, hər iki ölkə arasında normal münasibətlər mövcuddur və Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından önəmlidir: “Amma şübhəsiz ki, səfər zamanı Ukrayna ətrafında yaşanan gərginlik diqqət mərkəzində olacaq. Bilirsiniz ki, Türkiyə Prezidenti hər iki tərəfə öz vasitəçiliyini təklif edib. Bunun üçün Ərdoğan Rusiya Prezidenti Vladimir Putini ölkəsinə dəvət edib. Öz növbəsində, Putin Ərdoğanın Ukrayna məsələsini müzakirə etmək üçün Türkiyəyə dəvətini qəbul etdi. Səfərin vaxtı bəlli deyil, qarşıdurmanın kəskinləşməsi fonunda bunun qısa zamanda baş tutması gözləniləndir. Hərçənd ki, Kremlin açıqlaması diqqəti fərqli məqama da çəkir. Kremlin sözçüsü Peskov bildirir ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Putin Türkiyəyə gedəcək. Bu o deməkdir ki, Moskva Ukrayna məsələsində Türkiyənin təklif etdiyi masa ilə bağlı yekun qərarı verməyib və səfərin vaxtı proseslərin inkişafına uyğun müəyyən ediləcək. Yəni Qərblə qarşıdurma daha da kəskinləşəcəksə, Putinin Türkiyəyə səfəri tezləşə bilər və Moskva bununla Ankaranın ona əks cəbhədə yer almamasına çalışacaq. Eyni zamanda, Ukrayna Prezidenti Zelenski də toqquşmanın tərəfdarı olmadığını, Putinlə təmas qurmaq istədiyini açıqlayıb. Ankara masası Kiyev üçün yeni fürsətdir, lakin burada ABŞ və Avropanın yanaşması da həlledici rol oynaya bilər. ABŞ Avropanın Rusiyaya qarşı cəbhədə birləşməsini, Fransa və Almaniya isə Vaşinqtonun marağında olmayan “Normand formatı”nın bərpasını istəyir. Qərb yarımkürəsi Rusiyaya qarşı məsələdə fikir ayrılığı yaşasa da, Türkiyənin qurmaq istədiyi masa məsələsində birləşə bilər. Yəni Avropa “Normand formatı”na alternativə, ABŞ Rusiya və Ukraynanın anlaşmasına qarşıdır. Putin Ankaraya bütün hallarda səfər edəcək. Hərçənd ki, Moskvanın hazırda əsas prioriteti “Normand formatı”nın aktivləşməsi, bununla NATO-da Avropa-ABŞ çatının dərinləşməsidir və bu istiqamətdə işləyəcək”.
A.Nərimanlı qeyd edib ki, proseslərin inkişafından asılı olmayaraq, Kremlin dəvəti qəbul etməsi Ankaranın alternativ masa təklifində müəyyən irəliləyiş hesab oluna bilər: “Ukraynaya səfər edən Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə münaqişənin həllində irəliləyişə nail olmaq çətin olsa da, yeni eskalasiyanın qarşısını almaq mümkündür. Bununla da Türkiyənin anti-Rusiya cəbhəsində yer almaq riski azalacaq. Ankara Qara dəniz bölgəsində geniş toqquşmaya imkan verməməklə Şərqi Aralıq dənizindəki ssenarinin təkrarlanmasının qarşısını ala bilər. Həmçinin alternativ masada istənilən irəliləyiş masanın qurulmasını həyata keçirən Ankara və Bakının regional oyunçu olmaq gücünü artıracaq. Türkiyə masası Ukrayna üçün ən azı toqquşmanın qarşısını almaq baxımından ən unikal variant hesab edilə bilər. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri və səfər zamanı aparılacaq müzakirələr böyük əhəmiyyət kəsr edir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52

