Ermənistanda məsuliyyət davası
16.02.2022 [10:24]
İstintaq komissiyasının yaradılması etirazlara səbəb oldu
Pərviz SADAYOĞLU
II Qarabağ müharibəsindəki məğlubiyyətini “araşdırmaq” qərarına gələn Ermənistan dövləti bununla bağlı istintaq komissiyası yaradıb. Parlament fraksiyalarının təmsilçilərindən, o cümlədən parlamentdə təmsil olunmayan partiyaların nümayəndələrindən ibarət olan 16 nəfərlik komissiya artıq ilk toplantısını da keçirib. Amma komissiyanın fəaliyyəti bu ölkənin siyasi dairələri tərəfindən birmənalı qarşılanmır. Hətta parlamentdə təmsil olunan bəzi müxalifət partiyalarının nümayəndələri komissiyanın fəaliyyətinə etiraz əlaməti olaraq iclası tərk ediblər. Onlar bu komissiyanın fəaliyyətini qeyri-səmimi adlandırır, onu “hakimiyyətin tamaşa səhnəsi” kimi dəyərləndirirlər. Məsələn, parlamentin “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan hesab edir ki, hakimiyyət bu komissiyanı yaratmaqla 44 günlük müharibədəki şəraiti araşdırmaq istəyir. Müxalifət isə bunda maraqlı deyil. Onun fikrincə, bunu araşdırmaq üçün hüquq-mühafizə orqanları var: “Hər kəsə aydındır ki, müharibənin fəlakətli nəticələrinə görə əsas məsul və günahkar hakimiyyətdir. İndi isə həmin orqanlar istintaq komissiyası yaradıb deyirlər ki, “məsuliyyətimizin, yaxud günahımızın dərəcəsini müəyyən edək”. Mən obyektivlikdən danışanda, ilk növbədə bunu nəzərdə tuturam. İndiki şəraitdə bu, sadəcə olaraq hakimiyyətin səhnələşdirməsidir ki, onun əsas məqsədi əvvəlcədən günahkarları və cavabdehləri təyin etməklə 44 günlük müharibənin səhifəsini bağlamaqdır”.
“Maariflənmiş Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan isə öz “Facebook” səhifəsində müxalifətin 2020-ci ildə 44 günlük müharibənin şəraitini araşdırmaq üçün parlamentin istintaq komissiyasının işində iştirakdan imtina etməsini düzgün saymayıb. Onun fikrincə, komissiyanın fəaliyyətində iştirak etmək, orada balans yaratmaq müxalifətçilərin xeyrinədir.
Göründüyü kimi, müharibə məğlubiyyətinin məsuliyyəti məsələsi Ermənistan siyasi səhnəsinə yeni gərginlik qatıb. Baş nazir Paşinyanın belə dindiriləcəyi bu komissiya yalnız müharibə dövründə baş verənləri deyil, 2018-ci ildən öncəni də təftiş edəcək. Bu isə, kimlərinsə işinə yaramır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, belə bir komissiyanın yaradılacağı gözlənilən idi. Müharibədə uğradıqları ağır məğlubiyyətlə bağlı Ermənistan cəmiyyətinin də sualları var. Baş nazir Paşinyan isə daxili auditoriyanı sakitləşdirməli, müharibədə uğradığı məğlubiyyətdə tək günahkar olmadığını izah etməlidir: “Paşinyan çalışır ki, Ermənistan vətəndaşına bu müharibədə həm də uduzdurulduğunu izah etsin. Bunun üçün isə əvvəlki hakimiyyətin dövründə baş verənlər təftiş edilməlidir. Bu mənada, 2018-ci ilə qədərki prosesi araşdırmaq üçün belə bir komissiyanın yaradılması ideyası çoxdan vardı. Ermənistan parlamentində təmsil olunan “Maariflənmiş Ermənistan” fraksiyası belə bir təkliflə çıxış etdi. Bu təklifə etiraz edənlərin kimliyinə diqqət yetirdikdə hər şey aydın olur. Təklifin əleyhinə çıxan partiya və ya fraksiya təmsilçiləri hər biri əvvəlki hakimiyyətlərdə təmsil olunan şəxslərdir. Maraqlıdır ki, komissiyanın yaradılmasını dəstəkləyənlər arasında “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Daşnaksüt?un” partiyası və “Respublika” partiyasının sədri Aram Sarkisyan da yer alır. Parlamentin “Ermənistan” fraksiyası və “Şərəfim var” partiyası isə birmənalı şəkildə bunun əleyhinə çıxdı. Diqqət yetirsək, hər iki partiyada təmsil olunanlar müharibədən öncə bu prosesdə aktiv iştirak ediblər, hakimiyyət təmsilçiləri olublar. Onlar düşünürlər ki, Paşinyan birmənalı şəkildə bu məsuliyyəti öz üzərindən atmaq və onların üstünə yıxmaq istəyir”.
Komissiyada həm ordu, həm separatçılar dəstəsi, keçmiş hakimiyyət təmsilçiləri və xarici dövlətlərə işləyən şəxslər haqqında məlumatların olduğunu deyən A.Nağıyevin fikrincə, bu addımı atmaqla Paşinyan mühüm siyasi gediş edib. “Bu proses elə təşkil ediləcək ki, hətta orada Paşinyan da gəlib hesabat verəcək. Burada əsas məqsəd nəyin bahasına olursa olsun ortaya günahkar çıxarmaqdır. Bəlli olduğu kimi, Koçaryanın da məhkəməsi də davam etməkdədir. Keçmiş prezident keçmiş müdafiə naziri Seyran Ohanyanla və keçmiş baş qərargah rəisi Yura Xaçaturovla bağlı böyük miqdarda rüşvət almaqda ittiham olunur. Bu proseslər paralel aparılacaq”, - deyə A.Nağıyev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

