15 ildən sonra...
17.02.2022 [10:17]
İsrail prezidenti Ankaraya gəlir
Pərviz
İsrail Prezidenti İsaak Hersoq martın 9-da Türkiyəyə səfər edəcək. Bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfərinə münasibət bildirərkən deyib ki, İsrail Prezidenti ilə müxtəlif məsələlərlə bağlı telefon danışıqları aparılıb: “Mart ayında ölkəmizi ziyarət edəcəyi gözlənilir. Təbii ki, bu səfəri müsbət qarşılayırıq. İnşallah, uzun müddətdən sonra belə bir addımın atılması Türkiyə-İsrail münasibətlərinə müsbət təsir göstərəcək”.
Hersoqun səfərinin reallaşacağı təqdirdə, bu, İsrail Prezidentinin son 15 ildə Türkiyəyə ilk səfəri olacaq. Bundan əvvəlki səfər 2007-ci ildə Prezident Şimon Peresin vaxtında baş tutmuşdu. Ərdoğan yanvar ayında israilli həmkarının Türkiyəyə səfərinin mümkünlüyünü bildirmişdi. Həmin vaxt Türkiyə XİN-in nümayəndəsi jurnalistlərə demişdi ki, İsaak Hersoq bu dəvəti müsbət qarşılayıb. Bir müddət öncə isə İsrail prezidenti COVİD-19 testi müsbət çıxmış Rəcəb Tayyib Ərdoğana zəng edərək onun sağlığı ilə maraqlanmışdı.
Göründüyü kimi, regionda yaranan yeni iqtisadi reallıqlar siyasi mənzərəyə də mühüm çalarlar əlavə etməkdədir. Azərbaycanın yaxın tərəfdaşı olan Türkiyə ilə İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Nəzərə alsaq ki, İsrail də Azərbaycanın mühüm tərəfdaşlarından sayılır, bu səfər ölkəmizdə də yüksək dəyərləndirilir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, iki ölkə arasındakı münasibətlərdə 2010-cu ildən müəyyən gərginliklər müşahidə edilirdi. Bununla belə son dövrlərdə əlaqələr bərpa olunur, təmaslar yaradılır. Millət vəkili bildirib ki, bu iki dövlət arasında münasibətlərin müsbət zəmində inkişafı Azərbaycan üçün də olduqca vacibdir: “Bəlli olduğu kimi, Türkiyə bizim üçün qardaş və strateji müttəfiq olan bir ölkədir. İsrail ilə Azərbaycan arasında da mühüm əməkdaşlıqlar mövcuddur. İsrail Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən dövlətlərdəndir. Bu mənada, iki dövlət arasındakı yaxınlaşmanı olduqca yüksək dəyərləndirirəm”.
İ.Hersoqun Türkiyə səfərindən öncə rəsmi Ankaranı təmsil edən nümayəndə heyətinin İsrailə gedəcəyini bildirən R.Həsənin fikrincə, aparılacaq fikir mübadilələri Yaxın şərq regionunda vəziyyətin stabilləşməsində mühüm əhəmiyyətə malik ola bilər. “Türkiyə mətbuatının yaydığı məlumata görə, prezidentin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal fevralın 16-da və 17-də Fələstinə və İsrailə səfər edəcəklər. Kalının rəhbərlik etdiyi nümayəndə heyəti Fələstin dövlət başçısı Mahmud Abbasla da görüşəcək. Fələstin təmaslarından sonra Kalın və Önal İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə səfərinin hazırlıqlarını müzakirə etmək və siyasi məsləhətləşmələr aparmaq üçün İsrail rəsmiləri ilə görüşəcək. İsrail mətbuatında isə bu ölkənin xarici işlər nazirinin müşavirinin ötən həftə Türkiyəyə səfər etdiyi barədə də xəbərlər yayılıb. Yəni təmaslar artmaqdadır. Bu gün bölgədə yeni iqtisadi, siyasi reallıqlar meydana gəlib. Eləcə də müasir çağırışlar əməkdaşlığın inkişafını tələb edir. Fikrimcə, hər iki dövlət bu istiqamətdə imkanlarını araşdıracaq. Qeyd edim ki, bu iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsində Azərbaycanın da böyük təsiri var. Ölkəmiz hər iki dövlətlə yaxın əlaqələrə malikdir. İnanıram ki, Türkiyə ilə İsrail arasındakı münasibətlərin istiləşməsi regiona yeni iqtisadi-siyasi inkişaf vəd edir”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17

