Şuşa Bəyannaməsi qorxudur...
18.02.2022 [10:04]
Erməni parlamenti sənədi niyə müzakirə etmək istəyir?
Pərviz SADAYOĞLU
2021-ci ilin iyununda Azərbaycan ilə Türkiyə arasında imzalanmış tarixi “Şuşa bəyannaməsi”nin hər iki dövlət tərəfindən ratifikasiya olunması və rəsmiləşməsi Ermənistanda böyük siyasi gərginliyə səbəb olub. Regional təhlükəsizliyin inkişafına xidmət edən və iki dövlətin strateji maraqlarının vəhdətinə çevrilən bu sənədin Ermənistan parlamentində müzakirəyə çıxarılacağı ilə bağlı xəbərlər yayılıb. Erməni KİV-nin məlumatına görə, fevralın 23-də bu məsələ ilə bağlı erməni parlamentarilərin növbədənkənar iclası çağırılacaq.
Ermənistan dövlətinin bu davranışı isə beynəlxalq hüquqa zidd olmaqla yanaşı, özündə bir sıra sualları meydana çıxarır. İkitərəfli əməkdaşlığın inkişafına, müttəfiqliyə əsaslanan bu sənədin Ermənistan tərəfindən hədəfə alınması hansı səbəblərdən qaynaqlanır? Azərbaycan-Türkiyə birliyinin əsaslarının daha da möhkəmləndirilməsi bu ölkənin hansı “marağına” əksdir? Ən əsası isə, Ermənistan parlamenti hər hansı bir toplantı ilə bu sənədə qarşı hansı hüquqi maneələr yarada bilər?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir “Şuşa bəyannaməsi”nin rəsmiləşməsi ilə bağlı Ermənistanda yaranan ajiotajın anlaşılan olmadığını bildirib. Onun sözlərinə görə, iki dövlət arasında əməkdaşlığın inkişafını hədəfələyən bir sənədin imzalanmasının üçüncü ölkə tərəfindən bu cür etirazla qarşılanması səhvdir, onun hüquqi əsasları yoxdur. Belə ki, “Şuşa bəyannaməsi” özündə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını ehtiva edir. Bu sənəddə ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində əməkdaşlığın inkişafının mühüm əhəmiyyəti əks olunur: “Bəyannamədə tərəflərin beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərindən söz açılır. Ermənistanın apardığı dövlət siyasəti beynəlxalq hüquqa zidd olmayacaqsa və ya BMT-nin müvafiq sənədlərinə adekvat olacaqsa, bu əməkdaşlıqdan niyə narahatdırlar? İstər Türkiyənin, istərsə də Azərbaycanın müəyyən məsələlərlə bağlı öz səylərini birləşdirməsi müstəsna hüquqlarıdır. Hər iki dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcəklər. Bu isə müttəfiqlik münasibətlərinin daha da dərinləşməsini təmin edəcək. Ermənistanın buna qarşı çıxmağa nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan parlamentinin bununla bağlı hər hansı bir və ya bir neçə iclas çağırması isə heç nəyi dəyişmir. Dünyada bu sənədin icrasına mane ola biləcək hüquqi mexanizm mövcud deyil”.
Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyənin dövlət siyasəti hər zaman regional təhlükəsizliyin təmin olunmasına və inkişafına yönəlib. Ermənistan isə bütün dünyada təcavüzkar dövlət kimi tanınıb və tanınır. 30 ilə yaxın bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan, birinci və ikinci Qarabağ müharibələrində minlərlə dinc insanın ölümünə səbəb olan, tarixi-dini abidələri, hətta qəbiristanlıqları belə xaraba qoyan bir dövlət olaraq Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozub. “Ermənistanın 30 il ərazində davam edən, işğalçılığa, təcavüzkarlığa söykənən dövlət siyasəti regiona siyasi-iqtisadi təhdidlər yaradıb. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi isə bu təhdidin aradan qaldırılmasını şərtləndirdi. Həm Azərbaycan, həm də Türkiyə Vətən müharibəsindən sonrakı mərhələdə regionun inkişafı üçün yeni əməkdaşlıqların perspektivini müəyyənləşdirib. Ölkəmizin diqtəsi ilə regional kommunikasiyaların blokdan çıxarılması yeni iqtisadi münasibətlərin formalaşmasına zəmin yaradıb. Artıq bir sıra böyük dövlətlər bu kimi layihələrdə iştirakçı olmaq üçün öz təkliflərini irəli sürür. Birmənalı şəkildə deyirəm ki, regionun yeni güc mərkəzinə çevrilmiş Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazın inkişafında mühüm bir mərhələnin əsasını qoyub. Ermənistanın narahatlıqları yalnız subyektiv amillərdən qaynaqlanır. Tarixən öz qonşularına qarşı qeyri-səmimi siyasət yürüdən Ermənistan bu gün də xainlik xofundan qurtula bilmir. Onlar dərk etməlidirlər ki, Azərbaycanın yaratdığı bu yeni mənzərə Ermənistan üçün çıxış yoludur. Biz hər zaman sülhü və inkişafı dəstəkləyirik”, - deyən E.Mirbəşir əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan bəyannamənin ratifikasiyası bölgədə sülhün davamlılığının təminində böyük əhəmiyyət daşıyacaq. Bu bəyannamə bir sıra xarici güclərin regionda distabilizasiya yaratma ehtimalını da aradan qaldırır. Artıq hər kəs anlayır ki, Türkiyə - Azərbaycan birliyi nəzəri yox, praktiki birlikdir.
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

