Marseldəki təxribatın gizlinləri...
19.02.2022 [00:00]
Acizliyin və paxıllığın növbəti təzahürü
Qədim dövrlərdən bəri idmanın əsas çağırışlarından biri hər hansı siyasi fikir ayrılıqlarına baxmayaraq, insanları, ölkələri birləşdirmək olmuşdur. Təsadüfi deyil ki, hələ eramızdan əvvəl, Olimpiya Oyunları zamanı “müqəddəs sülh” elan edilirdi: müharibələr dayandırılırdı və dünənki düşmənlər ən sürətli, ən çevik və güclü adlanmaq hüququ uğrunda dinc şəkildə yarışırdılar. 1992-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsi bu şanlı yunan ənənəsini bərpa etdi. Çünki idman və siyasət - iki fərqli anlayışdır. İstənilən idman tədbiri - bir dostluq bayramıdır.
Amma görünür, bizim qonşularımız - ermənilər, bu barədə heç nə eşitməyiblər. Onlar idman yarışları, futbol oyunları zamanı da daxil olmaqla, öz təxribatlarını həyata keçirmək fürsətini əldən vermirlər. UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində srağagün keçirilən “Qarabağ” - “Olimpik Marsel” matçı da bu baxımdan istisna olmayıb.
Hələ oyundan əvvəl böyük erməni diasporunun yaşadığı Marseldə Ağdam klubunun təxribatlarla üzləşəcəyi ehtimal edilirdi. AFFA baş verə biləcək təxribatları istisna etmək üçün UEFA və Fransa Futbol Federasiyasına müraciət ünvanlamışdı. Lakin matçın təşkilatçıları bu xəbərdarlığa məhəl qoymayıb və öz vəzifələrinə lazımi məsuliyyətlə yanaşmayıblar. Nəticədə bir qrup erməni təxribatçı stadiona Ermənistan bayraqları, eləcə də Qarabağdakı separatçı rejimin “bayrağı” adlandırdıqları əskini gətiriblər. Onlar həm də bir neçə dəfə təxribat xarakterli yazılar olan plakatlar qaldırmağa çalışıblar, lakin bu zaman stüardlar onlara yaxınlaşaraq plakatları yığışdırmağı xahiş ediblər. Görünür, ermənilər bu yolla Ağdam klubunun futbolçularını qəzəbləndirməyə çalışsalar da, Qurban Qurbanovun intizamlı oyunçuları təxribata reaksiya verməyib. Bu hadisə ilə bağlı “Qarabağ” klubu UEFA və Marsel futbol klubuna rəsmi şikayət göndərəcək.
Bu, erməni futbol azarkeşlərinin (əgər bu təxribatçıları belə adlandırmaq olarsa) heç də birinci təxribatı deyil. Ən həyasız və yaddaqalan hadisə 2019-cu ilin oktyabrında UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” və Lüksemburqun “Düdelanj” klubu arasında keçirilən oyununda azarkeşlərin pilotsuz uçuş aparatından istifadə edərək, dünyada heç kim tərəfindən tanınmayan (o cümlədən Ermənistanın tərəfindən) Qarabağdakı separatçı rejimin “bayrağını” meydançaya endirdikləri zamanı baş verib.
Vicdansız erməni lobbisi nə olursa olsun, öz ölkələrinin qeyri-sağlam siyasi ambisiyalarını təbliğ etmək üçün istənilən platformadan istifadə edir. Eyni zamanda, ermənilərin bilavasitə bu idman növündə uğurları heç də ürəkaçan deyil. Bu baxımdan, Ermənistan Futbol Federasiyası prezidentinin keçmiş müşaviri, ictimai xadim Zöhrab Yeqanyanın erməni diasporunun dünənki təxribatına münasibəti diqqət çəkir. O, öz Facebook səhifəsində bu sözləri yazıb: “”Marsel” (Fransa) və “Qarabağ” (Azərbaycan) komandaları arasında keçirilən oyunda icmamız stadionda aksiya təşkil edib... Mən 10 ildir deyirəm: Ermənistan komandası şərq qonşularımız kimi Avropa yarışlarında bu qədər irəli gedib, Marsel kimi komandalarla yarışsa, daha yaxşı olmazdımı?
Erməni futbolunun hazırkı durumuna cavabdeh olan şəxsləri, xüsusən də “Ararat” klubunun rəhbərlərini tənqid edən ictimai xadim qeyd edib ki, ermənilər bu cür “qələbələrə” sevinən zaman, azərbaycanlılar artıq bu komanda vasitəsilə “Qarabağ” sözünü özləri ilə əlaqələndirə biliblər, bunu milyonlarla insana çatdırıblar. “Gəlin bir az daha realist olaq. Gəlin bir az düşünək və irqi düşüncədən əl çəkək, bir az ağıllanaq...”, - deyə Yeqanyan çağırır. Lakin onun paylaşımının altındakı şərhlərə nəzər salanda görünür ki, bir çox erməni hələ də ağlın səsinə qulaq asmağa hazır deyil.
Bu təxribata qəsdən yol verilibmi, yoxsa adi səhlənkarlıq baş verib - birmənalı cavabı olmayan bir sualdır. Lakin nəzərə alsaq ki, Marseldə təxminən 100 min erməni yaşayır, 16 bələdiyyə vilayətindən, 6 vilayətdə əhalinin əksəriyyətini ermənilər təşkil edir və bir çox vilayətlərin başçıları erməni əsillidir, yerli erməni telekanalı fəaliyyət göstərir, şəxsən mən birinci varianta meyil edirəm. Qarşılaşmadan müxtəlif şəkillərdə əks olunan təxribat xarakterli plakatların, bayraqların böyüklüyünü nəzərə alsaq, onların stadiona gizli şəkildə keçirilməsinin də ehtimalı azdır. Ola bilsin ki, bu, fransızların səssiz razılığı ilə edilib.
Bütün bu ucuz təxribatların heç bir mənası yoxdur və sadəcə acizliyin və paxıllığın təzahürüdür. Azərbaycanın “Qarabağ” klubu uzun illərdir ki, futbol meydanındakı uğurları ilə onlara adekvat cavab verir. Ona görə də qonşularımız idmanı siyasi təbliğat və təxribatlar meydanına çevirməkdənsə, Yeqanyana qulaq asıb, onun (idmanın) Ermənistanda inkişafına daha çox diqqət yetirməlidirlər.
Taleh AĞAVERDİEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23

