15 sentyabr Azərbaycan və Türkiyə qardaşlaşdığının təntənəsi günüdür
15.09.2010 [09:08]
Bu gün Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsindən 92 il ötür. Bu münasibətlə dünən Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi (ATXƏM) və bir sıra ictimai təşkilatların nümayəndələri Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Şəhid türk əsgərlərinin xatirəsi ehtiramla yad olunub, onların adları yazılmış lövhələrin üzərinə gül-çiçək dəstələri düzülüb, abidənin önünə əklil qoyulub.
Xatırladaq ki, həmin illərdə Azərbaycana gəlmiş xilaskar türk ordusunun 1130 əsgəri Şəhidlər Xiyabanında uyuyur.
Sonra ATXƏM-in təşkilatçılığı ilə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
çıxış edən ATXƏM-in sədri İlham İsmayılov 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb. Hər il ənənəvi olaraq, bu tarixin ATXƏM tərəfindən qeyd edildiyini deyən təşkilat sədri ildən-ilə keçirilən tədbirin kütləviliyinin artdığını söyləyib. Xüsusilə, Azərbaycanın müstəqillik illərindən sonra 15 sentyabrın mütəşəkkil şəkildə qeyd olunduğunu deyən İlham İsmayılov bu günün rəsmi bayram günü kimi qeyd edilməsinin tərəfdarı olduğunu söyləyib: “Bizim təşkilatın da daxil olduğu Türk Birliyi Uğrunda Koalisiya cənab Prezident İlham Əliyevə müraciət etməyi nəzərdə tutub. Müraciətdə dövlət başçısından paytaxt Bakıda Nuru Paşanın heykəlinin qoyulması və mərkəzi küçələrdən birinə onun adının verilməsi xahiş olunur”.
Təşkilat sədri bu prosesin ictimailəşməsini də zəruri sayıb və qeyd edib ki, cəmiyyət bu barədə geniş məlumatlandırılmalıdır. İlham İsmayılov Azərbaycanın türk dünyasının inteqrasiyasında oynadığı roldan da danışıb. Bildirib ki, bu gün Azərbaycan türk dünyasının inteqrasiyasında körpü rolunu oynayır: “Prezident İlham Əliyev bu prosesdə lider rolunu oynayır. Son illər ərzində türk dünyasının birlik və bərabərliyi istiqamətində ölkəmizin təşəbbüsü ilə Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi belə deməyə əsas verir”.
ATXƏM sədri deyib ki, bizim mənəvi birliyimiz olan türk birliyi reallaşacaq.
Sonra çıxış edən tarix elmləri doktoru, professor Anar İsgəndərov 1918-ci ilin sentyabrında baş verən hadisələr barədə ətraflı məlumat verib.
15 sentyabrın Azərbaycanın tarixində ən şərəfli bir tarix olduğunu söyləyən professor Musa Qasımlı Qafqaz İslam Ordusunun həmin dövrdə Azərbaycanı işğaldan azad etdiyini diqqətə çatdırıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev də Bakının bolşevik-daşnaq birləşmələrindən azad olunmasının əlamətdar bir hadisə olduğunu söyləyib və əmin olduğunu bildirib ki, tezliklə bu tarix rəsmiləşdiriləcək və rəsmi bayram günü kimi qeyd olunacaq. Qafar Əliyev deyib ki, o zaman Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi bu gün Bakı şəhəri Azərbaycanın paytaxtı olmayacaqdı. Professor Şahin Fazil, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İsmayıl çalışqan və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Azərbaycanla Türkiyənin daim bir-birinə arxa olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, iki ölkənin dostluq-qardaşlığı hər gün daha da möhkəmlənir və əlaqələrin inkişaf etdirilməsi üçün yeni-yeni imkanlar açır.
Daha sonra Türk Birliyi Uğrunda Koalisiya Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

