“Şəxsiyyət və zaman” mövzusunda konfrans keçirilib
05.05.2022 [15:54]
Mayın 5-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə Xəzər rayonu, Şağan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Şəxsiyyət və zaman” mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Xəzər rayonunda ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.
Konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Prezident İlham Əliyevin liderliyi ilə Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələ təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.
Xəzər rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov isə bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. O, Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və qeyd edib ki, bütün bu işlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var.
Konfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən neqativ hallara qarşı qətiyyətli mübarizə aparıb. Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətində ən çox cəlb edən xüsusiyyət onun malik olduğu cəsarət, fədakarlıq, qətiyyət, humanizm, mərhəmət, əsl vətəndaş mövqeyi, azərbaycançılıq hissləridir. Ulu öndərin xilaskarlıq missiyasından da ətraflı bəhs edən X.Qoca qeyd edib ki, Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq.
YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abbasova da çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən A.Abbasovanın sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, ulu öndər Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb.
Daha sonra konfrans diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

