Şimali Koreya güc nümayiş etdirir?
26.05.2022 [10:13]
Baydenin Uzaq Şərqə səfərindən sonrakı “atəşfəşanlıq”...
Nardar BAYRAMLI
Şimali Koreya mayın 25-də Yapon dənizinin şərq sahillərinə üç ballistik raket atıb. Yaponiya və Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu, Şimali Koreyanın 2022-ci ilin əvvəlindən bəri keçirilən 17-ci ballistik raket sınağıdır. Diqqətə çəkən məqam ondan ibarətdir ki, ballistik raketlərin Yapon dənizinə atılması ABŞ prezidenti Cozef Baydenin Yaponiyaya səfərini başa vurduqdan bir neçə saat sonra baş verib. ABŞ və Cənubi Koreya rəsmiləri əvvəllər xəbərdarlıq etmişdilər ki, Baydenin səfəri zamanı Şimali Koreya silah sınağına hazır görünür. Yapon dənizinə üç ballistik raketin atılması növbəti nüvə silahı sınağına hazırlıq kimi də qiymətləndirilir. Bütün bunların fonunda hələ ötən həftənin sonunda Seulda Co Bayden və Cənubi Koreyalı həmkarı ilə Şimali Koreyanın artan silah sınaqlarının qarşısını almaq üçün birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı razılığa gəlmişdilər. Belə olan təqdirdə, ABŞ prezidentinin Yaponiyaya səfərinin başa çatmasından dərhal sonra Şimali Koreyanın raket sınaqlarını keçirməsi regionda güc nümayiş etdirməsi deməkdirmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Şimali Koreya vaxtaşırı olaraq belə sınaqlar keçirir. Onun sözlərinə görə, bu kimi hallar region dövlətləri, o cümlədən ABŞ tərəfindən narahatlıqla qarşılanır: “ABŞ prezidentinin Yaponiyaya səfərinin başa çatmasından sonra Şimali Koreyanın Yapon dənizinə ballistik raketlər atması regionun təhlükəsizlik arxitekturası nöqteyi-nəzərindən böyük narahatlıq doğurur. Eyni zamanda, biz müşahidə edirik ki, dünyanın müxtəlif bölgələrində dondurulmuş münaqişələr, mübahisəli məsələlər yenidən qabarır. Dövlətlər bir-birinə qarşı ərazi iddiaları ilə çıxış edir və sülhün, sabitliyin təmin edilməsi üçün edilən çağırışlar artmaqdadır. Bu, həm Avropada geniş vüsət alır, həm də Yaxın Şərqdə eskalasiya riskləri güclüdür. Digər tərəfdən, Uzaq Şərqdə də təhlükəsizliyə təhdid yaradan amillərin sayı çoxalmaqdadır. Bütün bunlar ciddi və narahatedici məqamlardır. Şimali Koreya ilə Cənubi Koreyanın arasında olan ziddiyyətlərin aradan qaldırılması istiqamətində ABŞ-ın 45-ci prezidenti Donald Tramp mühüm təşəbbüslər həyata keçirmişdi və tərəflər arasında dialoq baş tutmuşdu. Lakin növbəti mərhələdə Şimali Koreyanın ballistik raketləri sınaqdan keçirməsi, bu sahəyə diqqəti və maliyyəni artırması ciddi narahatlıq yaradan bir məqamdır. Bu baxımdan, təhlükəsizliyin və etimadın gücləndirilməsinə daha böyük ehtiyac var. Eyni zamanda, Qərbin selektiv yanaşması da burada öz sözünü deyir”.
Politoloq qeyd edib, ABŞ-ın əsas ticari-iqtisadi, siyasi tərəfdaş kimi regionda Cənubi Koreyanı və Yaponiyanı seçməsi digər ölkələr üçün fərqli seçim imkanı yaratmır: “Bu səbəbdən də, onların təhlükəsizlik mühitinin gücləndirilməsi istiqamətində atdığı addımlar da radikallıq kimi qəbul edilir. Ona görə də, bütün dövlətlərlə balanslaşdırılmış siyasətin yürüdülməsinə böyük ehtiyac var. ABŞ-ın xarici siyasət vektorunda demokratiya və liberal dəyərlər üstün hesab edilir, insan haqlarının qorunması, siyasi azadlıqlar öncül xarakter daşıyır. Bu nöqteyi-nəzərdən, Qərb üçün Şimali Koreya regionda sabitliyi pozan dövlət kimi fərqləndirilir. Şimali Koreyanın indiki liderinin yürütdüyü siyasət ona bu ölkənin əvvəlki rəhbərlərindən miras qalıb. Bu siyasətin hazırda da davam etdirilməsi müşahidə olunur. Böyük insan tələfatına səbəb ola biləcək raketlərin sınaqdan keçirilməsi, qitələrarası raketlərlə bağlı tədqiqatların aparılması da çox ciddi təhdid elementidir. Qərbin siyasi strateqləri, hərbi mütəxəssisləri bu problemin aradan qaldırılması istiqamətində uzun müddətdir fəaliyyət göstərirlər. Lakin yekun nəticə əldə olunmur. Ona görə də, siyasi-diplomatik yollarla məsələlərin həllinə böyük ehtiyac var. Kommunikasiyaların qurulması, təmasların davam etdirilməsi hər zaman gərginliyin azaldılması üçün önəmlidir. Bu alətdən geniş şəkildə istifadə olunmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

