Türk amili Xəzərdə dostluq və əməkdaşlığın möhkəmlənməsinə stimul verə bilər
23.11.2010 [09:44]
Xəzər dənizinin sahilində yerləşən beş dövlət - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran bu su hövzəsini öz aralarında bölməyə, bununla da, öz payına düşən su hissəsində suveren dövlət hüquqlarını tam reallaşdırmağa çalışır. Sovet İttifaqının dağılması və müstəqil sahilyanı dövlətlərin sayının artması ilə meydana çıxan bu məsələ ətrafında davam edən müzakirələr nəticəsində bəzi məqamlarda razılığın əldə olunmasına baxmayaraq, bir sıra mübahisəli məsələlər hələ də qalmaqdadır. Lakin unutmaq lazım deyil ki, Xəzər hövzəsindəki dövlətlər eyni coğrafi məkanda yerləşir və Xəzər də bu dövlətləri, xalqları ayıran deyil, birləşdirən dəniz rolunu oynamalıdır.
Məlumdur ki, ayrı-ayrı dövlətlərin vətəndaşı olmasına baxmayaraq, Xəzər ətrafındakı etnik zolaq eyni kökə və mədəniyyətə əsaslanır. Belə ki, sahil dövlətlərindən üçü, yəni, Azərbaycan, Qazaxıstan və Türkmənistan əhalisinin əksəriyyəti türklərdən ibarət olan qardaş ölkələrdir. Şimal qonşumuz olan Rusiyanın cənub ərazilərində, o cümlədən, Xəzər dənizinin şimal sahillərində tarixən müxtəlif türk tayfaları yaşayıb və öz dövlətlərini qurublar. Bu gün də həmin bölgələrdə, eləcə də, Dağıstan ərazisində çoxlu sayda Azərbaycan türkləri, qumıqlar, noğaylar və başqa türk xalqları yaşayır. Digər sahilyanı ölkə olan İranın şimal hissəsində, Xəzər dənizinin cənub sahillərində əsasən Azərbaycan türklərinin yaşadığı məlumdur. Göründüyü kimi, bu beş ölkənin sahilyanı ərazilərində yaşayan xalqları ortaq etnik mənşə, tarixi qonşuluq əlaqələri, mənəvi dəyərlər birləşdirir. Bu isə Xəzərin sülh, dostluq, qardaşlıq və əməkdaşlıq dənizinə çevrilməsinə stimul verən mühüm faktordur. Qeyd edək ki, Azərbaycanın bu istiqamətdə dövlət siyasəti də məhz sülh, dostluq, qardaşlıq, əməkdaşlıq prinsiplərinə söykənir. Prezident İlham Əliyevin Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündə söylədiyi kimi: “Bizi birləşdirən Xəzər dənizi dostluq və əməkdaşlıq dənizidir”.
Dövlət başçısı, həmçinin, Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə gələn Türkmənistan və Qazaxıstan prezidentləri ilə görüşündə xalqlarımız arasında mövcud olan dostluq qardaşlıq əlaqələrinə, tarixi bağlılığa da toxunub. Dövlət başçısı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündə bildirib: “Bizi xalqlarımızın ortaq soy-kökləri, müştərək tarixi, uzun əsrlər boyu qarşılıqlı əlaqələr bir-birimizə bağlayır”.
Qeyd edək ki, Xəzər dənizi ilə bağlı sərhəd, hərbi və ekoloji təhlükəsizlik, enerji, tranzit və digər məsələlərin öz həllini tapması bütün sahil dövlətlərinin milli mənafelərinə uyğundur. Eyni zamanda, sahil dövlətlərinin Xəzərdəki fəaliyyətinin rəqabət şəklində deyil, müxtəlif sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə həyata keçirilməsi bu dövlətlərin hər biri üçün sərfəlidir. Bunun üçün isə kifayət qədər geniş imkanlar mövcuddur. Azərbaycan Xəzərin öz payına düşən hissəsində mövcud imkanlardan geniş şəkildə yararlanır. ölkəmizin təşəbbüsü ilə dənizdə reallaşdırılan nəhəng enerji layihələrinə müxtəlif ölkələrlə yanaşı, Xəzər hövzəsi dövlətləri də cəlb olunur. Lakin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsi hələ də əsas məsələlərdən biri kimi qalmaqdadır. Bu barədə ortaq razılığın əldə olunması dövlətlərin nümayiş etdirəcəyi siyasi iradədən asılıdır. Məlum olduğu kimi, Azərbaycan, Qazaxıstan və Rusiya öz aralarında imzaladıqları müqavilərlə dənizin dibinin milli sektorlar üzrə bölünməsini razılaşdırıblar. Prezident İlham Əliyevin Zirvə toplantısında söylədiyi kimi, bu təcrübə yekun razılığın əldə olunmasında əsas kimi götürülə bilər. Bu məsələnin həlli, yəni Xəzərdə davamlı sülh və sabitliyin təmin olunması sahil zolağında yaşayan türk xalqlarının təhlükəsizlik məsələlərinin öz həllini tapması deməkdir ki, bu da həmin beş dövlətin maraqlarına uyğundur.
Beləliklə, bu gün beş sahilyanı dövləti strateji-coğrafi mövqedən irəli gələn siyasi-iqtisadi münasibətlər, beynəlxalq aləmdə bir-birini dəstəkləmək kimi ortaq maraqlarla yanaşı, bu ölkələrdə yaşayan xalqları qardaşlıq əlaqələri, tarixi-mədəni münasibətlər, mənəvi dəyərlər birləşdirir. ümid edirik ki, türk faktoru başqa sahələrdə olduğu kimi, Xəzərin hüquqi statusu ilə bağlı məsələdə də birləşdirici rol oynayacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

