Azərbaycan terrorçuluğa qarşı mübarizəni gücləndirir
29.06.2022 [10:02]
Qarabağ separatçıları isə Azərbaycan-Rusiya arasında yeni Sazişlə bağlı təşviş içindədirlər
Nardar BAYRAMLI
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. İyunun 24-də S.Lavrovun ölkəmizə səfəri çərçivəsində imzalanmış saziş informasiya təhlükəsizliyi sahəsində mövcud təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədi daşıyır.
Ermənistan və Qarabağdakı separatçılar isə Azərbaycan və Rusiya arasında bu sənədin imzalanmasından narahatdır. Buna səbəb nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, hazırda Ermənistanda və separatçıların arasında yaşanan gərginlik, Azərbaycanın və Rusiyanın imzaladığı yeni sazişlə bağlı narazılıqlarını ifadə etməsi bu sənədin nə qədər mühüm olduğunu sübuta yetirir. Onun sözlərinə görə, saziş Azərbaycan ilə Rusiya arasında müttəfiqlik münasibətlərinə dair Bəyannamənin müddəalarına uyğundur: “Şübhəsiz ki, bu, çox önəmli sənəddir. Saziş, ilk növbədə, Rusiyadan Azərbaycan məkanına daxil ola biləcək təhdidlərin, eyni zamanda, erməni lobbisinin, erməni diasporunun Azərbaycan əleyhinə fəaliyyətinin qarşısının alınması istiqamətində böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, sənəddə tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü ilə bağlı məqamlarda vahid mövqedən çıxış etməsi və qarşılıqlı olaraq təhdidlərin qarşısının alınması məsələləri yer alır ki, bunun da Azərbaycan üçün önəmi xüsusi vurğulanmalıdır. Bu, eyni zamanda, separatçılıq təbliğatının qarşısının alınması istiqamətində mühüm addımlardan biridir”.
Deputat sazişin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Onun fikrincə, Azərbaycan imzalanmış yeni sənəd vasitəsilə terrorçuluğa qarşı mübarizəni gücləndirmək və bu sahədə daha fəal olmaq imkanı əldə edir. Şübhəsiz ki, saziş Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son dövrdə imzalanmış önəmli sənədlərdən biridir. R.Məmmədov onu da söyləyib ki, informasiya mənbələrində terrorçuluğun təbliğinin qarşısının alınması ümumilikdə terrorizmə qarşı mübarizə sahəsinə ciddi töhfələr verə bilər.
Məhz bu məqamın da Azərbaycanla Rusiya arasında sözügedən sənəddə yer alması terrorizmə qarşı birgə mübarizə imkanlarını yaradır. Bütün bunlardan əlavə, millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması da ciddi təhdidlər sırasında müəyyənləşdirilib. R.Məmmədov deyib ki, bu istiqamətdə təhdidlərin qarşısının alınması ümumilikdə qlobal təhlükəsizliyin təmin olunmasına mühüm təsir kimi nəzərdən keçirilə bilər: “Beləliklə, Azərbaycanla Rusiya arasında “Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması, strateji sahələrdə təhlükəsizlik tədbirlərinin effektiv, sülhə və təhlükəsizliyə birbaşa xidmət edən addımlar atılması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən əməkdaşlıq sistemini şərtləndirir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

