Rusiya Ermənistana nota verdi...
18.08.2022 [10:46]
P.İSMAYILOV
Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. Rusiya KİV-nin xəbərinə görə, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nota İrəvanın “Sürməli” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan KİV-nin Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.
Xatırladaq ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər həyatını itirib, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə, 62 nəfər zərər çəkib. Baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib. Ermənistan KİV-ləri isə bu hadisədə dolayısı ilə Rusiyanı və ya ona yaxın qüvvələri günahlandırır. Hətta bəzi qəzetlər açıq şəkildə partlayışın Rusiyanın xüsusi xidmət orqanları tərəfindən törədildiyini iddia edir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən siyasi şərhçi İbrahim Babayev bildirib ki, Ermənistanda baş verən bu hadisə hazırki məqamda bir çox siyasi qüvvələrin maraq dairəsinə düşmüş kimi görünür. Əslində, hadisənin baş verməsinin ilkin səbəbləri araşdırılmalı, bununla bağlı həm mətbuata, həm də yerli ictimaiyyətə məlumat verilməli idi. Amma ilkin mərhələdəcə Ermənistan KİV-nin hədəf kimi birbaşa Rusiyanı göstərməsi bir çox suallar yaradır: “Birbaşa Rusiyanın günahlandırılması, hətta erməni mətbuatında bu ölkə ilə bağlı sərt fikirlərin yer alması bunun öncədən hazırlanmış bir kampaniya olması ehtimalını da yaradır. Yerli KİV iddia edir ki, bu hadisə Rusiya tərəfindən, daha doğrusu bu ölkənin bəzi xidmət orqanları tərəfindən törədilib. Hələ araşdırmalar davam edərkən bu qədər açıq ittihamın yürüdülüməsi hüquqi cəhətdən də düzgün olmaz. Bunu Ermənistan tərəfi də anlayır. Nəzərə alsaq ki, iki ölkə arasında münasibətlər müsbət tendensiyaya malikdir, Rusiyanın Ermənistanda hansısa bir terror aktı törətmə ehtimalı inandırıcı görünmür. Amma qeyd etdiyimiz kimi, ilk andaca Rusiyanın hədəfə düşməsi müəyyən açıq suallar formalaşdırır”.
Siyasi şərhçinin fikrincə, partlayışın səbəbi kimi ilkin versiya pirotexniki əşyalar anbarında baş vermiş yanğın göstərilib. O qeyd edib ki, məsələ ilə bağlı Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda isə göstərilir ki, istintaqın predmeti bütün mümkün versiyalardır. Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan isə bildirmişdi ki, binada dörd tona yaxın partlayıcı maddə olub: “Bütün bunlar yayılan rəsmi məlumatlardır. Təbii ki, məsələnin araşdırılmasının bir qeyri-rəsmi tərəfi də mövcuddur. Burada siyasi maraqlar istinad kimi seçilə bilər. Kimlərə sərf edir ki, baş verən bu partlayışda Rusiya ittiham olunsun? Və ya Azərbaycanla sülh danışıqlarının aparıldığı bir dönəmdə bu kimi hadisənin törədilməsi kimlərin marağındadır? Hakimiyyətdə olan bəzi qrupların hələ də sülhlə bağlı vahid qərara gələ bilmədiyini nəzərə alsaq, yeni bir versiya da ortaya atılmış olur. Hazırda sülh prosesinə mane olmağa çalışan hakimiyyətdaxili qruplaşmalar bu addımla vaxt udmaq istəyə bilər. Bunu da mümkün versiyalardan biri kimi önə sürmək olar. Və ya bu partlayışın ardından Ermənistan yenidən xarici “mənbələrdən” humanitar ad altında yardımlar istəyəcək. Bu yardımların əsl mahiyyətini isə hər kəs anlayır. Bu mənada araşdırılası versiyalar çoxdur. Amma hər bir halda Rusiya tərəfinin rəsmi şəkildə Ermənistan XİN-inə nota təqdim etməsi mühüm amildir. Bu ikitərəfli əlaqələrə böyük ziyan gətirəcək bir haldır. Dünənə qədər əsas müttəfiqi saydığı bir ölkəni bu cür açıq kontekstdə ittiham etməklə Ermənistan nəyə nail olmaq istəyir? Ən azından KİV-lərin apardığı açıq kampaniya bunu deməyə əsas verir ki, Ermənistan qarşıdakı mərhələdə öz keçmiş müttəfiqi ilə əvvəlki münasibətləri qorumaq fikrində deyil”, - deyə İ.Babayev əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

