“G7” ölkələri Ukraynaya dəstəyi artırır
10.09.2022 [10:32]
“Böyük Yeddilik” Rusiyadan enerji asılılığını azaltmaq imkanlarını da müzakirə edib
Nardar BAYRAMLI
ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə “Böyük Yeddilik” (“G7”) ölkələrinin liderləri videokonfrans formatında Ukraynaya gələcək dəstək məsələlərini müzakirə ediblər. Fransa prezidenti Makron onlayn görüşdə iştirak etməsə də, bu ölkəni təmsil edən rəsmi şəxslər müzakirələrə qatılıblar. Bundan əlavə, videokonfransda Polşa və Rumıniyanın prezidenti, NATO-nun baş katibi, o cümlədən Avropa İttifaqının nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Ukraynaya davamlı beynəlxalq dəstəyin, o cümlədən təhlükəsizlik və iqtisadi yardımın davam etdirilməsi qərara alınıb. Onlayn görüşdə eləcə də, Rusiyanın enerjidən silah kimi istifadə etməsi, Avropada dayanıqlı və sərfəli enerji təchizatını təmin etmək üçün gələcək koordinasiyanın zəruriliyi müzakirə olunub.
Ümumiyyətlə, toplantının prioritet məsələsi Rusiya ilə Ukrayna arasındakı hərbi əməliyyatlar, o cümlədən, G7 ölkələrinin rəsmi Moskvaya qarşı iqtisadi sanksiyalarının daha da sərtləşməsi ilə bağlı olub. İndiyə qədər “G7” ölkələri rəsmi Kiyevə böyük yardım göstərib. Bu məqsəd üçün cari ildə milyardlarla dollar vəsait ayrılıb. Ukraynaya 2014-2021-ci illər ərzində göstərilən iqtisadi yardımın həcmi 60 milyard dolları ötür. Bundan başqa, “Böyük Yeddilik” Ukraynaya lazım olduğu qədər dəstəklərini davam etdirəcəklərini bəyan ediblər. Bu dəstək maliyyə, humanitar, hərbi və diplomatik sahələri əhatə edir. Ukraynaya yardımla yanaşı, “Böyük yeddilik” Rusiyaya qarşı təzyiqləri də artırmaq fikrindədir.
ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə “G7” ölkələrinin liderlərinin onlayn görüşünü şərh edən politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirib ki, Ukraynadakı hərbi əməliyyatların qlobal səviyyədə formalaşdırdığı risklər sadəcə bu ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı olan məsələ deyil. Bu müharibə ümumilikdə Avropanın təhlükəsizliyinə təhdidlər formalaşdırır. İqtisadi, enerji böhranı, qlobal səviyyədə ərzaq çatışmazlığı və digər amillər İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyinə ciddi hədələrdir. Onun sözlərinə görə, müharibənin başladığı ilk vaxtlarda sanki “G7” və “G20” ölkələri vəziyyətin ciddiliyindən xəbərdar deyildilər: “Artıq 200 gündür ki, bu müharibə davam edir. İlkin vaxtlarda Qərb, “G7” ölkələrinin mütləq çoxluğu Ukraynanın müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi addımlar atmadılar. Söz versələr də, yerinə yetirmədilər. Bu, həm ABŞ-a, həm də Avropa İttifaqına aiddir. Artıq 8 aydır ki, hərbi əməliyyatlar davam edir. Yaranmış vəziyyəti əvvəlcə ciddiyə almayan Qərb indi fərqindədir ki, bu problem nəinki Avropa, o cümlədən Amerika üçün də böyük zərərlər verir. Bu səbəbdən də, bəzi addımların atılması ilə bağlı razılığa gəlinib”.
Qarşıdan qış fəslinin gəldiyini deyən politoloq qeyd edib ki, istər Ukraynanın, istərsə də Rusiyanın hərbi əməliyyatları davam etdirmək üçün imkanları tükənməkdədir. Onun fikrincə, müharibə Rusiya ilə bağlı olan bəzi mifləri sındırdı: “Rusiya ordusunun gücünə və hərbi-texniki imkanlarına görə dünyada ikinci olduğu bildirilirdi. Amma Rusiya ordusunun gücünə görə dünyada ilk 50 ölkə sırasına düşməyən Ukrayna üzərində istədiyinə nail ola bilmir. Ukrayna ordusu Rusiyaya çox ciddi müqavimət göstərir. Rus ordusu elə də böyük uğura nail ola bilməyib. Bu da rus ordusu haqda miflərin dağılmasına səbəb olur. Digər tərəfdən, müharibə Rusiyanın iqtisadi potensialına da zərbə vurur. Sanksiyalar ona ciddi təsir göstərir. Ukrayna ərazisində gedən hərbi əməliyyatların Rusiyaya vurduğu iqtisadi ziyanlar qlobal səviyyədə də özünü göstərir. Rəsmi Moskva bu itkilərin fərqindədir. Müharibənin yaratdığı çatlar bütün müstəvilərdə hiss olunur”.
Y.Hacıyeva deyib ki, Ukrayna ərazisində aparılan hərbi əməliyyatlar dünyada Çinin gücü haqda təəssüratları daha da möhkəmləndirir. Aydın olur ki, dünyadakı böhranlardan qazanan bir tərəf var ki, o da Çindir. Ukraynadakı hərbi əməliyyatlar həm də onu göstərdi ki, Qərb o qədər də qüdrətli deyilmiş. Çünki Avropanın bir hissəsində aparılan hərbi əməliyyatlar Qərbin təhlükəsizliyinə də təhdidlər yaradır. Rusiya ilə Qərbin ən böyük rəqibinin Çin olduğunu xatırladan həmsöhbətimizin fikrincə, Ukrayna müharibəsində Rusiya və ABŞ bir-birini zəiflədir. Qazanan isə üçüncü tərəf- Çindir.
Bu məsələlər fonunda bir sıra addımların atılmalı olduğunu deyən Y.Hacıyeva söyləyib ki, bunlardan biri Rusiyanın hərbi əməliyyatlara son qoymasıdır: “Rəsmi Moskva bu haqda ciddi fikirləşir. Amma bunu nəyin müqabilində etməsini düşünür. Nəticə etibarilə “G7” və “G20” ölkələri də fərqindədirlər ki, Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlar aparmaqla onların maraqlarına toxunur. Digər tərəfdən, Ukraynanın ərazi bütövlüyü və suverenliyi Qərb üçün prioritetdir və bu məsələdə güzəştə getməyəcək. Çünki Ukraynanın öz ərazisinin bir hissəsini itirməsi Qərbin Rusiyaya və Çinə uduzması olacaq. Ona görə də, Co Baydenin təşəbbüsü ilə keçirilən “G7” ölkələrinin görüşündə Ukraynaya hərtərəfli dəstək verilməsinin qərara alınması anlaşılandır. Bundan sonra da rəsmi Kiyevə hərbi, maliyyə, iqtisadi və humanitar dəstək veriləcək. Qarşıdan qış fəslinin gəldiyini nəzərə alsaq, Ukraynada məhv edilmiş enerji infrastrukturunun bərpasına da kömək göstəriləcək. Əks halda, Avropanı yenə miqrant dalğası silkələyəcək. Amma indiki enerji böhranı fonunda Avropa miqrantları qəbul eməyə hazır deyil”.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

